Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Azərbaycan demoqrafik problemlərdən uzaqdır, amma...

Image


Müasir inkişaf mərhələsində dünya ölkələrinin üzləşdiyi əsas problemlərdən biri də demoqrafiya ilə bağlıdır. Bu məsələ müxtəlif ölkələrdə fərqli aspektdə özünü göstərir. Məsələn, inkişaf etmiş ölkələrdə əhalinin artım tempinin azalması, yaşlanma səviyyəsinin yüksək olduğu müşahidə edildiyi halda, digərlərində əks mənzərə görsənir.

Qeyd edək ki, dünya əhalisinin ümumi sayı artıq 8 milyardı ötüb. Onların 50,5 faizi kişi, 49,5 faizi isə qadınlardır. Hesablamalardan belə bəlli olur ki, dünya əhalisinin 70 faizindən çoxu 20 ən sıx məskunlaşan ölkədə yaşayır. Çin hazırda dünyanın ən sıx məskunlaşma ölkəsi olsa da, Hindistanın əhalisi daha sürətlə artır. Lakin bu və digər ölkələrdə əhali artımı fonunda demoqrafiya məsələləri də kəskinləşir.

  • Demoqrafik artım insan kapitalının formalaşmasına müsbət təsir edir

Ümumiyyətlə, dövrümüzdə qlobal demoqrafik problem özünü aşağıdakı aspektlərdə və tendensiyalarda göstərir. Əvvəla, aşağı iqtisadi göstəricilərlə xarakterizə olunan Asiya, Afrika, Latın Amerikasının inkişaf etməkdə olan ölkələrində əhalinin sürətli artımı qeydə alınır.  

Üçüncü dünya  ölkələri hesab olunan dövlətlərdə  əhalinin artımına nəzarət sistemi və ardıcıl demoqrafik siyasət yoxdur. Sənayeləşmiş ölkələrdə, ilk növbədə Qərbi Avropada əhalinin artımı azalır və demoqrafik böhran yaşanır. Beləliklə, qlobal miqyasda qeyri-bərabər əhali artımı özünü qabarıq şəkildə büruzə verir. Ölüm nisbətinin azalması dünya üzrə doğum nisbətinin müvafiq azalması ilə müşayiət olunmur və nəticədə planetdə əhalinin çoxalması qeydə alınır.  O da maraqlıdır ki, ölkənin iqtisadi inkişaf səviyyəsi və vətəndaşların həyat keyfiyyəti nə qədər aşağı olarsa, onda doğum səviyyəsi bir o qədər yüksəkdir və əksinə, milli iqtisadi sistem yüksək artım templərinə çatdıqca, əhali artımı davamlı olaraq aşağıya doğru gedir. İnkişaf etmiş ölkələrdə doğum nisbətindəki tendensiya və yaşlıların biri-birilə tərs mütənasibdir. İndi ölkələr üçün əsas aktual məsələ bu vəziyyətdə demoqrafiya məsələsini uğurla tənzimləməkdir. Bu mənada, Azərbaycan yenə fərqlənən ölkələr sırasındadır.  Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, Azərbaycanda əhalisinin sayı 10,3 milyona çatır. Ölkəmizdə artım tempi müsbətdir. Buna paralel olaraq, əhalinin rifah halının yaxşılaşması daim xüsusi diqqət mərkəzindədir. Son dörd ildə həyata keçirilən üç sosial islahat paketinin icrası öz müsbət nəticələrini verir. 4 milyon vətəndaşı əhatə edən həmin paketlər çərçivəsində dövlət tərəfindən 6 milyard manat ayrılıb. 2023-cü il üçün nəzərdə tutulmuş yeni sosial islahat paketi isə milyona yaxın insanı əhatə edəcək və daha 750 milyon manat əlavə vəsaitin ayrılması nəzərə tutulur. Ayrılan bu vəsaitlər Azərbaycanın insanlarına daha rifahlı həyat təmin edir və demoqrafik artıma da müsbət təsir edir. Bununla Azərbaycan etibarlı insan kapitalı formalaşdırır. Hazırda insan kapitalı sosial, iqtisadi tərəqqinin əsas amilinə çevrilib. Dünya Bankının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının hesablamalarına görə, planetdəki hər bir ölkənin ümumi sərvətinin 16%-ni fiziki kapital, 20%-ni təbii, 64%-ni isə insan kapitalı təşkil edir. Bir çox inkişaf etmiş ölkələrdə sonuncunun payı 80%-ə yaxınlaşır. Belə ki, Dünya Bankının hesablamalarına görə, ABŞ-ın milli sərvətinin tərkibində fiziki kapital cəmi 19%, təbii resurslar 5%, insan kapitalı isə 76% təşkil edir.

Dünya iqtisadiyyatının insan kapitalının böyük hissəsi Qərbi Avropanın, ABŞ-ın və Yaponiyanın inkişaf etmiş iqtisadiyyatlarında cəmləşib. Məhz bu ölkələr innovativ fəallıq nümayiş etdirir və bir çox qabaqcıl istehsal texnologiyalarının öndərləridirlər. Aparılan təhlillər insan kapitalının iqtisadi resurs kimi xüsusi əhəmiyyətini üzə çıxarır. İnsan kapitalı inkişaf etmədən və onun genişlənmiş təkrar istehsalına şərait yaratmadan iqtisadi artımın mümkünsüzlüyü artıq əyani şəkildə təsdiqini tapıb.  İnsan kapitalının inkişafının tənzimlənməsi sahəsində sistemli dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi ölkəmizə və onun regionlarına iqtisadi artımın, inkişafın keyfiyyətcə yeni səviyyəsinə qalxmağa imkan verir. İnsan kapitalı üçün demoqrafiyada müsbət halların olması da zəruri şərtdir. İndi əsas məsələ demoqrafiyada müsbət tendensiyanı qoruyub saxlamaqdır.

  • Demoqrafiya baxımından Azərbaycan yenə regionda liderdir

Demoqrafik məsələlərin həllində nöqsanlar istənilən ölkənin təhlükəsizlik problemini də aktuallaşdırır. Məsələn, məlumdur ki, Cənubi Qafqazda demoqrafiya, əhali artımı baxımından ən pis vəziyyət Ermənistanda qeydə alınır. Bu ölkədə əhalinın sayı ümumiyyətlə, azalmağa doğru gedir. Cəmiyyət üzləşdiyi problemlərdən xilas yolunu yenə ölkə xaricində axtarır və sözügedən kontekstdə Ermənistandan köçənlərin sayı artır. Xüsusən də postmüharibə dövründə qeydə alınan ağır sosial-iqtisadi vəziyyət fonunda  xarici ölkələrə miqrasiya əhalinin böyük əksəriyyəti üçün yeganə ümid yeri sayılır.

Mövcud vəziyyətdə Ermənistanda demoqrafiya müstəvisində kəskinləşən daha bir problem depopulyasiya ilə bağlıdır. Artıq bir neçə ildir ki, Ermənistanda doğulanların sayı ilə ölənlərin sayı arasında disbalans ikincinin lehinə artır. Ermənistanda etiraf edilir ki, ölkədə təbii artımın heç vaxt mənfi göstəricisinin qeydiyyatı aparılmayıb, yalnız doğum və ölüm göstəriciləri müqayisə edilib. Lakin miqrasiya balansı da nəzərə alındıqda mənzərənin tamam fərqli olduğu üzə çıxır. Son araşdırmalar göstərir ki, miqrasiya balansı da nəzərə alındıqda son onillikərdə təbii artımın müsbət tempi azalmağa doğru gedib. Ölkədə qalan əhalinin yaş və cins tərkibi də vəziyyətin pisləşməkdə olduğunu göstərir. Mühacirətin davamlı xarakter alması fonunda əsas etibarı ilə yaşı 55-ə qədər olan əməkqabiliyyətli şəxslər Ermənistanı tərk etdiyindən ölkə artıq “yaşlanır”. BMT-nin müəyyənləşdirdiyi meyarlara görə, əgər bir ölkədə yaşlı insanların nisbəti 7 faizdən yuxarıdırsa, bu, əhalinin qocalması sayılır. Hazırda Ermənistanda yaşlıların sayının ümumi əhali sayına nisbəti 14 faizdir. İndiki demoqrafik şəraitdə Ermənistanda iqtisadi tərəqqi, xüsusən də əməktutumlu sahələrin inkişafı daha çətin hala gəlir. Belə çıxılmaz vəziyyətdə Ermənistanın demoqrafik, iqtisadi böhrandan qaçmaq imkanları yoxdur. Ölkə ordusunu şəxsi heyətlə təmin etmək sarıdan da ciddi çətinliklər yaşayır. Bu halda Ermənistanın regionda Azərbaycan, Türkiyə kimi mühüm qonşuları ilə münasibətlərini normallaşdırmadan inkişaf yoluna çıxması mümkün deyil. Deməli, demoqrafiya məsələsi ölkənin təhlükəsizliyinə, xarici siyasətinə və bir çox digər sferalara da təsir edir. Azərbaycan bu mənada demoqrafiya sahəsində üstün mövqeyini bundan sonra da qoruyub saxlamalı, bu məsələyə xüsusi önəm verməyə davam etməlidir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ