Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Çernobıl əlilləri pensiya və müavinət artımlarını müzakirə edirlər… - MÜSAHİBƏ

Image


1986-cı il aprelin 26-da Çernobıl atom-elektrik stansiyasında baş verən qəza bəşəriyyət tarixinin ən böyük texnogen fəlakəti hesab edilir. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun fəaliyyəti nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı.

Radiasiyanın yayılması təxminən on gün ərzində davam etsə də, sonrakı fəsadları illərlə sürüb. Fəlakətin nəticələrinin aradan qaldırılmasında azərbaycanlılar da iştirak edib.

Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən azərbaycanlılara bu gün dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyə görə müavinətin həcmi artıb.

Belə ki,Çernobıl AES-də hərbi xidmətlə əlaqədar - I qrup əlillər üçün 500,  II qrup 400 və  III qrup 330 manat olub.

Qeyd etdiyimiz kimi, Çernobıl qəzasında iştirak edənlərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

  • “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən azərbaycanlılar konkret olaraq şüalanmaya məruz qaldıqları üçün onlar da müharibə əlilləri ilə eyni hüquqa malikdirlər”

Mövzu ilə bağlı “Bakı-Xəbər”-in suallarını “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov cavablandırdı.

- Məlumdur ki, bu günlərdə Prezident İlham Əliyev Çernobıl əlillərinin müavinətini artırdı. Müavinətin artmasının nə kimi sosial əhəmiyyəti var?

- Prezident İlham Əliyev hər zaman bu qəbildən olan insanlara diqqət və qayğı göstərir. Müavinətlərin həcminin artması mövcud zamanın tələblərinə uyğunlaşdırılmanı təmin edir. Xatırladım ki, 2008-ci ldə cənab Pezident İlham Əliyev şəhid ailələri, müharibə əlilləri üçün xüsusi sərəncam imzaladı. Həmçinin, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərlə bağlı prezident təqaüdünün verilməsi ilə bağlı sərəncam da imzalanıb. Məlumat üçün deyim ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən azərbaycanlılar da konkret olaraq şüalanmaya məruz qaldıqları üçün onlar da müharibə əlilləri ilə eyni hüquqa malikdirlər. Onu da qeyd edim ki, onların statusunun müəyyənləşməsində, sosial müdafiəsinin gücləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidməti olub. Belə ki, 1993-cü ildə Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin statusu haqqında qanun qəbul olunub. Sonrakı dövrlərdə də Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Ümumiyyətlə, qanunvericilik aktlarına müxtəlif vaxtlarda dəyişiklik edilən zaman Çernobıl əlilləri heç vaxt kənarda qalmayıb. Bu kateqoriyadan olan şəxslər daim dövlətin qayğısını hiss edir.

-Hazırkı şəraitdə müavinət və təqaüdlərin artmasını necə dəyərləndirirsiz?

- Məlumdur ki, son zamanlar ölkədə qiymət artımı yaşanır. Belə bir şəraitdə müavinət və təqaüdlərin həcminin artması Çernobıl qəzasında iştirak etmiş şəxslərin sosial durumunun yaxşılaşmasına səbəb olacaq. Onların həyat şəraiti, sosial durumu yaxşı olacaq.

- Çernobıl qəzasının ləğvində nə qədər azərbaycanlı iştirak edib?

- Məlumat üçün deyim ki,  Çernobıl qəzasının ləğvində 8000-dən çox azərbaycanlı iştirak edib. Təbii ki, illər ərzində bu say azalıb. Xəstəliklər insanların səhhətinə təsir edir. Çernobılçılar ən çox onkoloji xəstəliklərdən əziyyət çəkir. Hazırda bu qəzada iştirak edən azərbaycanlıların sayı 4900-a yaxındır. Həmin şəxslər də, təbii ki, dövlətin qayğısı ilə əhatə olunur.

- Qeyd etdiyiniz kimi, Çernobıl qəzasının ləğvində iştirak edənlərə dövlət tərəfindən qayğı və diqqət göstərilir. Bu qəbildən olan şəxslərə mənzil hədiyyə edilib…

- Bəli, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib. Prezident İlham Əliyev tərəfindən Çernobıl əlillərinə xüsusi qayğı göstərilir. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Onların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət də ödənilir.

- Məlumata görə, Çernobıl qəzasının ləğvində iştirak edənlər Qarabağ müharibəsində də iştirak ediblər.

- Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə Çernobıl qəzasının ləğvində iştirak edənlər də olub. Onlar arasında şəhid olanlar da var. Eyni zamanda, təkrar əlilliyə məruz qalan çernobulçular da var.

- 44 günlük Vətən müharibəsində Çernobıl əlillərinin övladları da var idi…

- Bəli, Çernobıl əlilləri Birinci Qarabağ müharibəsi zamanı, övladları isə Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə ön sırada olublar. Şəhid olanlar, təkrar əlillik statusu qazananlar var. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərdən iki min nəfərdən çoxu Birinci Qarabağ müharibəsində iştirak edib, Vətən müharibəsində isə 100-dən artıq çernobılçının övladı döyüşüb.

- Çernobıl qəzasının ləğvində iştirak edən, ancaq əlillik dərəcəsi ilə təmin edilməyənlər varmı?

- Həmin şəxslər bir faiz də təşkil etmir. Əksəriyyəti əlillik dərəcəsi ilə təmin olunub.

- Çernobıl atom-elektrik stansiyasında qəzanın nəticələrinin ləğv edilməsində iştirak edənlərdənsiz. Oraya həmin vaxt bu məqsədlə Azərbaycandan nə qədər adam gedib?

- 18 yaşımda həmin qəzanın ləğvində iştirak etmişəm. Mənimlə yanaşı, yeddi minə yaxın azərbaycanlı vardı orada. Təəssüf ki, onların çoxu vəfat edib. O vaxt baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə 600 min insan cəlb olunmuşdu. Həmin vaxt bəşəriyyət böyük bir fəlakətdən xilas oldu. Etiraf etmək lazımdır ki, bəşəriyyəti faciədən qurtaran insanların səhhətlərində ciddi problemlər yarandı, həyatlarında böyük bir iz qoydu. Xeyli sayda yeni doğulan körpə tələf oldu, uşaqlar xəstəliklə, əlilliklə doğuldular.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ