çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərbi Azərbaycan ziyalılarının tarixində İrəvan Müəllimlər Seminariyası...

Image


Tarixi Azərbaycan şəhəri İrəvan yalnız öz mədəni irsi, zəngin abidələri ilə Qafqazda nümunə deyildi, həm də təhsil sahəsindəki uğurları ilə diqqət mərkəzində idi. Qərbi Azərbaycan, İrəvan təhsili barədə danışanda ilkin olaraq yadımıza İrəvan Müəllimlər Seminariyası düşür. Bu seminariya nəinki Qərbi Azərbaycanda, eləcə də ətraf bölgələrdə çox populyar olub.

Mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, XIX əsrin axırları XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən bu təhsil ocağının ilk əsasnamələrinə görə, bu tip təhsil müəssisələrinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. Lakin 1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılır. Məlumatlara görə, 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanıb.

  • “1918-ci ildə erməni­lərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə  səbəbindən seminariya fəaliyyətini dayandırdı...” 

Professor Fərrux Rüstəmov “Bakı-Xəbər”ə bildirdi ki, 1862-si ildə İrəvan quberniyasında 206 təhsil müəssisəsi (dini və dünyəvi) fəaliyyət göstərirdi və orada 293 müəllim (azərbaycanlı, erməni və rus) dərs deyirdi. O, vurğuladı ki, təhsil alan şagirdlərin 4256-sı oğlan, 117-si qız idi ki, onlardan 1500 nəfərdən çoxunu müsəlmanlar təşkil edirdi. “İrəvan Müəllimlər Seminariyasında 128 nəfər təhsil alırdı ki, onlardan da 30 (23,4%) nəfəri azərbaycanlı, 37 (28,9 %) nəfəri erməni, 52 (40,6) nəfəri  rus idi. Həmin dövrdə Zaqafqaziya Müəllimlər Seminariyasında 132 nəfərdən 54-ü  (40,9%), İrəvan şəhər məktəbində oxuyan 152 nəfərdən 39-u azərbay­can­lı idi. İrəvan xalq məktəbləri direksiyasına tabe olan məktəblərdə oxu­yan   9561 nəfər oğlandan 1580 nəfəri, 1855 qızdan 119-u azərbaycanlı idi”.   

İrəvan Müəllimlər Seminariyasının təşkilindən danışan F.Rüstəmov qeyd etdi ki, Müəllimlər  seminariyasının ilk əsasnaməsinə görə, bu tip təhsil müəssisəsinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. “1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. 1879-cu ildə Daşkənddə Türküstan Müəllimlər Seminariyası, Orsk şəhərində  Qazax Müəllimlər Seminariyası açıldı. Rusiya Dövlət Şurası 20 oktyabr 1880-cı ildə "Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul etdi.   İrəvan Seminariyasına dövlət xəzinəsindən 28.350 rubl vəsaitin ayrılması nəzərdə tutuldu”.

O vurğuladı Xalq Maarif Nazirliyi tərəfindən İrəvan Müəllimlər Seminariyasının ştat cədvəli də təsdiq edilib. “İrəvan Müəllimlər Seminariyası 8 noyabr 1881-ci ildə 9 müəllim, 42 şagirdlə  fəaliyyətə başladı. İlk vaxtlar seminariyanın binası yox idi. İrəvan Xalq Təsərrüfatı İnstitutunun indiki binasında fəaliyyətə başladı. Seminariyanın ilk direktoru görkəmli maarifçi Yakob Stepanoviç Suşevski olmuşdur. O, ilk illərdə seminariyanın təşkilində böyük çətinliklərlə qarşılaşmalı oldu. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin popeçitelu A.O.Çernyayevskinin seminariyaya azərbaycanlı tələbələrin cəlb edilməsindəki çətinlikləri o da yaşamalı oldu. Kuban və Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının mütərəqqi ənənələrindən bəhrələnən Y.S.Suşevski çətinliklə də olsa ilk tədris ilində  seminariyaya  9 müəllimin, 42 şagirdin cəlb edilməsinə, maliyyə məsələlərinin həllinə nail oldu.

 İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk dövrdə tədris prosesi üçün lazımi səviyyədə əlverişli şəraiti olmayan, illik icarə haqqı 5 min rubl olan birmərtəbəli binada yerləşmişdi. Binanın qapısının üzərindən kiçik bir lövhə asılmışdı. İrəvan təhsil tarixinin tanınmış tədqiqatçısı dos.Cəlal Allahverdiyevin  araşdırmalarına görə, həmin lövhənin üzərində əski ərəb əlifbası ilə bu sözlər yazılmışdı: “Əcəb səadətə çatdıq görüb əsl səidi, bu zülmət içrə göründü gözə “Ziyayi-Rəşidi”.

1901-ci ildə seminariyanın pedaqoji şurası təhsil müəssisəsi üçün ayrıca bina tikmək qərarına gəldi, şəhərin yuxarı hissəsində (Daşlı küçədə) bağlarla əhatə olunmuş ərazi məktəb binası üçün ayrıldı. Bir il sonra memarlar Vasili Mirzoyan və Nikolay Kitkin layihəsi əsasında binanın tikintisinə başlanıldı. 1905-ci ildə tikintisi başa çatan binada on il İrəvan Müəllimlər Seminariyası fəaliyyət göstərdi. 1915-ci ildə bina kazarmaya çevrildiyindən seminariya Armavirə köçürüldü. İki il müəllimlər seminariyası kimi fəaliyyət göstərən təhsil ocağı 1917-ci il fevral burjua inqilabından sonra Rusiya imperiyasında fəaliyyət göstərən digər seminariyalar kimi üç illik pedaqoji kursa çevrildi və 1918-ci ildə isə öz fəaliyyətini tamamilə dayandırdı.  Seminariyada ilahiyyat fənlərini P.Q.Qambarov (pravoslav), keşiş Q.Q.Amanasyanç (erməni-qri­qor­yan) və Axund Məmməd Bağır Qazızadə (islam) tədris edirdi. Axund Məm­mədbağır Qazızadə həm də tatar (Azərbaycan) dili müəllimi vəzifəsində çalı­şırdı. 1883-cü ildə seminariyada A.A.Karamosko, İ.A.Tamamşev, S.A.Nazar­yan, A.O.Ray­meman, Bazılyeviç, E.K.Bayor müəllim kimi çalışırdı.1884-cü ildə P.Q.Qəm­bərov keşiş A.Sokolovla əvəz olunmuş, yuxarı siniflər açıldığından yeni mü­əllimlər - İ.M.Klopov (rus dili və tarix), A.İ.Lyaudanski (riyaziyyat), V.Dıviçkiy (təbiət elmləri və coğrafiya), N.A.Suvorov (ibtidai məktəbin müdiri), S.N.Kaspadze, A.B.Zeldliç, V.V.Zaüçov və b. pedaqoji fəaliyyətə cəlb edilmişdir. 1885-ci ildə müəllimlərin sayı 12-yə, 1889-cu ildə 13-ə çatdı. Kollektivinin təcrübəli, öz işini sevən  müəllimlərdən təşkil edilməsi seminariyada təhsil-tərbiyə işlərinin ildən-ilə yaxşılaşmasına, nümunəvi tədris müəssisəsinə çevrilməsinə səbəb oldu”.

Professor Rüstəmov vurğuladı ki, Qafqazdakı  digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyasının da tərkibi beynəlmiləl idi. Onun bildiriyinə görə, ilk təhsil ilində seminariyaya qəbul olunan 42 şagirdin 8-i rus, 28-i erməni, 6-sı azərbaycanlı idi: “İkinci tədris ilində azərbaycanlıların sayı xeyli artdı.İkinci tədris ilinin sonunda tələbələrin ümumi sayı 54 nəfər olmuşdu ki, onlardan da 7-si rus, 23-ü azərbaycanlı, 23-ü isə erməni idi. Arxiv sənədlərindən məlum olur ki, hər il 15 nəfər azərbaycanlı  tələbənin İrəvan Müəllimlər Seminariyasında dövlət vəsaiti hesabına oxuması və pansionda yaşaması müəyyənləşdirilmişdi .  

Seminariyada təhsil müddəti 3 il idi, nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai mək­­təb fəaliyyət göstərirdi. Seminariya iki qrupla (böyük hazırlıq qrupu və birinci qrup) başlamışdı. 1883-cü ildə üçüncü sinif təşkil olunmuşdu”.

Seminariyanın azərbaycanlı müəllimlərindən söhbət açan F.Rüstəmov dedi ki, İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili müəllimi vəzifəsində 1881-1897-ci illərdə Axund Məmmədbağır  Qazızadə, 1898-1903-cü illərdə Rəhim Xəlilov, 1904-1909-cu illərdə Həmid bəy Şahtaxtinski, 1910-1917-ci illərdə Həmid bəy Şahtaxtinski, şəriət müəllimi vəzifəsində 1881-1911-ci illərdə Axund Məmmədbağır Qazızadə, 1911-1917-ci illərdə Axund Qazızadə işləmişdir. İrəvan Müəllimlər Seminariyasının məzunu olan Həbib bəy Səlimov (Azərbaycan Xalq Cümhuriyyətinin generalı) az bir müddətdə seminariyada gimnastika (fiziki tərbiyə) müəllimi işləmişdir.

Seminariyanın azərbaycanlı məzunlarına gəlincə, alim bildirdi ki, Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Tey­mur oğlu Güllücinski, Ağa bəy Firudinbəyov Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Qədimov, Abbas Allahverdi oğlu Qədimov, Əli Sultanov, Fərrux Ağakişibəyov, Əli Cəlilzadə,Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfərbəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Vahid Musa­bəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəm­mədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Hüseynəli bəy Rüstəm­bəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil Mahmudbəyov, Həmid bəy Şahtaxtinski, İbadulla bəy Muğanlinski və b. ayrı-ayrı vaxtlarda seminariyanın məzun­ları olmuşdur. Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də həmin seminariyanın məzunu olmuşdur.

Seminatiyanın məhz erməni fitnəsi ilə bağlandığına diqqət çəkən alim “1918-ci ildə erməni­lərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə səbəbindən seminariya fəaliyyətini dayandırdı, müəllimlərin və  tələbələrin bir qismi amansız­casına qətlə yetirildi,  sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana  pənah apardılar. Çar Rusiyasının bilavasitə dəstəyi ilə qədim Azərbaycan torpağında yaradılan İrəvan quberniyasının əsasında  RSFSR-in köməyi ilə ilk erməni dövləti (Ararat) yaradıldı. Bu torpağın qədim sakinləri - azərbaycanlılar isə  öz vətənlərində azsaylı xalqlardan birinə çevrildilər.Ermənistan K(b)P MK-nın nəzdində fəaliyyət göstərən Azsaylı xalqlar şöbəsinin müdiri Bala Əfəndiyevin, Xalq Maarif Komissarlığının "Azlıqda qalan millətlər" bürosunun rəhbəri Mehdi Kazımovun, "Zəngi" qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və digər milli ziyalıların milli iradəsi və təkidli tələbləri  sayəsində 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı...” - deyə bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ