Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Gəncə Texnologiya Universitetinin yarım milyondan çox vergi borcu necə yaranıb?..

Image


Mətbuatda yayılan məlumata görə, Gəncə Texnologiya Universitetinin  (Azərbaycan Texnologiya Universiteti) (VÖEN - 2300343181) dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb. Dünənki məlumata görə, təhsil ocağının 565 min 865 manat 94 qəpik vergi borcu var.

Qeyd edək ki, “Qaynarinfo” saytının yaydığı məlumata görə,  son günlər sosial şəbəkələrdə universitetin rektoru Akif Süleymanovun sağlamlığında problem olması ilə bağlı görüntülər yayılıb.

Göründüyü kimi, Gəncə Texnologiya Universitetinin yarım milyondan çox vergi  borcu var.

Maraqlıdır, bu universitetin vergi borcu necə yaranıb? Ümumiyyətlə, hansı hallarda universitetlərin vergi borcları yaranır?

Məsələ ilə bağlı sözügedən universitetin feysbuk səhifəsi və elektron ünvanı üzərindən sorğu göndərsək də, ali məktəbin mövcud telefon nömrəsinə zəng vursaq da, sorğumuza cavab ala bilmədik. Bütün cəhdlərimizə baxmayaraq, universitetdən hələ ki, rəsmi cavab verilməyib. Lakin həmin universitetdəki mənbəmizdən aldığımız məlumata görə, sözügedən ali məktəbdə kifayət qədər qanun pozuntusu mövcuddur və o pozuntular saymaqla qurtarmaz. Mənbə bildirdi ki, vaxtilə universutetdə “Dəyanətli İnkişaf” Mərkəzi fəaliyyət göstərib və pandemiyadan əvvəl məzunlara həmin mərkəzə 600 manat pul köçürtdürürmüşlər. Universitetdə “Dəyanətli İnkişaf” Mərkəzinin xətti ilə tədbir keçirildiyini deyən mənbə bildirdi ki, eşitdiyinə görə, burada külli miqdarda vəsait yeyilib. Sonra “Dəyanətli İnkişaf” Mərkəzinin universitetdə fəaliyyət göstərən Keyfiyyətin Təminatı şöbəsinə birləşdirildiyini deyən mənbənin sözlərinə görə, amma vergi borcunun bu amillə bağlı olub-olmadığını bilmir: “Bilmirəm vergi borcu ordan yaranıb, yoxsa yox. Burada çox neqativ şeylər var. Orada işləyən müəllimlərin də çoxunun savadı aşağı səviyyədidir. Onlar sizə rəsmən heç bir cavab verməyəcəklər, versələr də balanslı və siyasi cavab verəcəklər. Heç zaman deməyəcəklər ki, bu vergi borcu niyə yaranıb”.

Mənbənin bildirdiyinə görə, burada o qədər neqativlər var ki, saymaqla bitib qurtarmaz. 

  • Elçin Əfəndi: “Bu universitetin vergi borclarının yaranması və vergidən yayınması onu idarə edən şəxslərin məsuliyyətdən yayınmasıdır”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə bildirdi ki, vergi borclarının yaranmasının başlıca səbəbi yığılan ödənişlərdən vergi verilməməsidir: “Yəni ödənişli oxuyan tələbələrin illik təhsil haqlarından, eyni zamanda müvafiq işçi heyətin ödənişlərindən və sairdən vergi borcları yaranır. Neçə vaxtdır vergi verməyiblər deyə, vergi borcları bu qədərdir. Universitetlər publik hüquqi şəxs statusu alandan sonra onları artıq dövlət maliyyələşdirməyəcək. Bu statusdan sonra özləri özlərini maliyələşdirməlidirlər”.

Universitetlərin özləri pul qazanırlar, kifayət qədər yüksək təhsil haqqı müəyyən ediblər, bu halda dövlət niyə onların vergi borcunu ödəməlidir ki? E.Əfəndinin sözlərinə görə, universitetlərdə ödənişli oxuyub təhsil haqqı ödəyən tələbələrlə yanaşı ödənişsiz təhsil alan tələbələr də var, o tələbələrin təhsil xərcini dövlət ödəyir. “Bu universitin vergi borclarının yaranması və vergidən yayınması onu idarə edən şəxslərin məsuliyyətdən yayınmasıdır. Yaxud bu onların vergiyə ödəniləcək həmin vəsaiti mənimsəməsi ilə bağlıdır. Buna başqa ad vermək olmur. 

  • Kamran Əsədov: “Bu gün bu universitetin vergiyə bu şəkildə borclanmasının səbəbi burada maliyyə şəffaflığının təmin edilməməsidir”

Digər təhsil eksperti Kamran Əsədov ilk növbədə qeyd etdi ki, Azərbaycan ali təhsil müəssisələri hazırda dövlət büdcəsindən daxil olan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına maliyyələşir: “Demək olar ki, biz əksər ali təhsil müəssisələrində şəffaf mühasibatlığı görə bilmirik. Daxil olan vəsaitlərlə və onların xərclənməsi ilə bağlı ciddi şəkildə hesabatları ictmaiyyətə təqdim etmirlər. Hətta sorğular nəticəsində belə bunu vermirlər. Qeyd edim ki, hər bir ali təhsil müəssisəsinə vəsaitlər daxil olan kimi avtomatik olaraq oradan vergi tutulmaları, eyni zamanda əməkhaqlarına görə DSMF və digər ödənişlər ödənilməlidir. Amma bəzən mühasibatlıq şəffaf fəaliyyət göstərmir, onlar mövcud borcların nə vaxtsa dövlət tərəfindən ödənilməsinə ümid edərək müvafiq ödənişləri həyata keçirmirlər. Ali təhsil müəssisələrində olan mövcud borc məsələsində sonradan orada təhsil alan şəxlər də problem yarada bilir. Yəni vaxtında DSMF-nin və başqa borcların ödənilməməsi həmin şəxslərin sığorta hesabında mövcud vəsaitin oturmamasına gətirib çıxarır. Ümumiyyətlə, Azərbaycan ali təhsil məktəbləri gəlirlərini artıq kommersiya fəaliyyətindən əldə etməlidirlər. Burada söhbət ixtiralardan, kəşflərdən gedir. Bu gün universitetlər özlərinin gəlirlərini tələbələrin təhsil haqqı əsasında formalaşdırdıqlarına görə, demək olar ki, heç bir əlavə gəlirlərə malik deyillər. Tələbələr təhsil haqqlarını gecikdirəndə universitetlər ciddi şəkildə problem yaşayırlar. Ona görə də, universitetlər qrant layihələrdə, kəşflərdə, bazarda məhsul satmaqda maraqlı olmalıdır. Yəni özləri avadanlıqlar hazırlayıb satışından gəlir əldə etməlidirlər. Amma bunları görə bilmirik. Fikrimcə, bu ciddi bir qüsurdur. Bu gün bu universitetin vergiyə bu şəkildə borclanmasının səbəbi burada maliyyə şəffaflığının təmin edilməməsidir. Maliyyə şəffaflığının təmin edilməməsi nəticəsində universitetlər belə problemlərlə üzləşir və bu da universitetlərin gələcək müqəddaratını belə sual altında qoyur. Düşünürəm ki, universitetlər maliyyə xərclərində şəffaf olmalıdırlar. Əlavə xidmət sahəsində gəlirlərin artmasında daha aktiv iştirak etməlidirlər”- deyə K.Əsədov qeyd etdi.

Gəncə Texnologiya Universitetinin də mövqeyini dərc edə bilərik.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ