Dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılovun nəşi Bakıya gətirildi

img

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Bakıya gətirilib.

Trend-in məlumatına görə, Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəmin heyətinin 19 üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Son xəbərlər