Cümə axşamı günü, 12 noyabr 2026
     

AMEA institutlarında direktor dəyişiklikləri - mənimsəmədən söhbətlər gedir, cinayət məsuliyyətinə isə cəlb edilən yoxdur...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarının fəaliyyəti ilə bağlı yoxlamalar həyata keçirilir. Akademiyadan mətbuata verilən məlumatlarda qeyd edilir ki, yoxlamalar zamanı Fizika İnstitutunda ciddi maliyyə yeyintiləri müəyyən edildiyinə görə bu institutun direktoru, AMEA-nın həqiqi üzvü (akademik) Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Keçən həftə isə Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Məlumatlara görə, Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb.

Yeri gəlmişkən, O.Səmədov direktor vəzifəsindən xaric edilsə də, akademiya rəhbərliyi tərəfindən O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edilib.

Akademiyanın Rəyasət Heyətinin qərarı ilə sözügedən şəxslərə qarşı cəza tədbirləri yalnız onların tutduqları rəhbər vəzifələrdən azad edilməsi ilə kifayətlənib. Halbuki, söhbət miqdarından asılı olamayaraq, dövlət vəsaitlərinin mənimsənilməsindən gedir və dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsinə görə isə qanunvericilikdə ayrıca hüquqi məsuliyyət var. Görünən odur ki, akademik, müxbir üzvü, professor elmi titulu daşıyan adamlar törətdikləri əməllərə görə cinayət məsuliyyətindən kənarda qalırlar, hətta bu azmış kimi, işində yol verdiyi nöqsanlara görə AMEA-nın müxbir üzvü laboratoriya müdiri kimi fəaliyyətini də davam etdirə bilir.

Ekspertlər qeyd edirlər ki, qanunlar qarşısında hamı eyni dərəcədə bərabərdir və burada akademikə, müxbir üzvünə, professora xüsusi güzəştlər nəzərdə tutulmayıb.

  • “Burada kütləvi həbslər və cəzalar da istisna olunmamalıdır”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov öz “Facebook” hesabında çox diqqətçəkən bir status paylaşıb: “Masallı Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun maliyyə yeyintisinə görə saxlandığı bildirilir. AMEA-nın hansısa institutunda direktor maliyyə yeyintisinə yol verdiyinə görə laboratoriya müdiri olur. Belə çıxır ki, baş həkimə yeyinti olmaz, amma akademikə olar? Axı qanunda belə şey yoxdur!”

İ.Abbasov “Bakı-Xəbər”ə bildirdi ki, akademiyada baş verənlər həqiqətən də böyük faciədir. Son zamanlar akademiyada yaşanan xoşagəlməz olayların dövlətçiliyimizə ağır zərbə olduğunu deyən İ.Abbasov hesab edir ki, dövlət büdcəsindən ayrılan vəsaiti talayan akademikə, müxbir üzvünə qarşı indiyə qədər cinayət işinin açılmaması təəccüblü görünür. “Mən deməkdən və yazmaqdan yorulmuşam, o qədər demişəm, yazmışam ki... Akademiyada qanunun funksionallığı yoxdur. Belə görsənir ki, qanunlar akademiyada işləmir, bu quruma təsir etmir. Mən 4-5 ildir ki, bu barədə deyirəm, yazıram. Akademiyadakı direktorlar, akademiklər artıq tam arxayındırlar, qanunu pozmaqdan qətiyyən ehtiyat etmirlər. Yəni qanunsuzluğu bir “qanun”, “norma” halına gətiriblər. Ona görə də buna məəttəl qalmışam, özüm çıxış yolu tapa bilmirəm ki, bu nə deməkdir. Yəni burada söhbət dövlət vəsaitinin mənimsənilməsindən, milli maraqlara, dövlətin onurğa sütununa vurulan zərbədən, bu qədər maliyyə fırıldaqlarından söhbət gedir. Bəs belə olduğu halda heç bir tədbir görülmürsə, bunun özü bir faciədir, dövlətin dayaqlarının sarsıdılmasıdır. Bu, dövlətin dayaqlarını sarsıdır.

Qeyd etdiyimiz kimi, sözügedən institutlarda bu qədər cinayətlərin üstü açılır, amma akademiya adlı qurumda bunu öz şəxsi düşüncələri əsasında həll edirlər və buna qanun müdaxilə etmir. Sanki bura başqa bir adadır, bu adada baş verənləri özləri öz şəxsi münasibətləri, şəxsi düşüncələri ilə həll edə bilərlər. Bu baş verənlər dövlətçilik prinsipləri ilə daban-dabana ziddir.  Ümumiyyətlə, artıq elmdən söhbət getmir. Yəni bu qurum elmi-tədqiqat müəssisəsi kimi öz funksiyasını itirib. Hər şey göz qabağındadır. Yəni görülən işə qiymət verilmir, qanuni işlə qanunsuz iş bir-birinə qarışıb. Başa düşmürəm ki, onlar nəyə arxayındırlar, nəyə güvənirlər, niyə bu cür edirlər? Bilmirəm”.

Vəzifəsindən çıxarılan institut direktorunun cəzalandırılmaq əvəzinə, laboratoriya müdiri kimi institutda saxlanması böyük faktdır deyən İ.Abbasovun sözlərinə görə, kiçik bir inzibati xəta törədən adam dərhal cərimələnir, cəzalandırılır, hər şey yerindəcə həll olunur, amma ümummilli maraqlara, dövlət maraqlarına bu qədər ziyan vuran, onu sarsıdan, gələcəyimizə zərbə vuran, böyük qanun pozuntularına yol verən insanlar cəzalandırılmır: “Bu bir paradoksdur. Mətbuatda oxudum ki, bir xəstəxananın baş həkimi rüşvət üstə tutulub və qandallanıb. Amma milyonları mənimsəyən sözügedənlər kənarda qalır. Burada milyonlardan söhbət gedir. Milyon olmasın, 100 min olsun, bu vəsait mənimsənilib. Əgər akademiklik titulu onları qanuni məsuliyyətdən azad edirsə, onda belə çıxır ki, ayrıca məcəllə qəbul edək, akademiklər cəzadan azaddırlar, onlar nə istəsələr onu da edə bilərlər (?). Demək istəyirəm ki, akademiklik heç kəsin məsuliyyətdən yaxa qurtarması üçün əsas deyil.  Hazırda ölkədə elə bir vəziyyət yaranıb ki, burada bir iradə ortaya qoyulmalıdır. Dövlət artıq bu məsələdə öz iradəsini göstərməlidir. Hətta burada kütləvi həbslər və cəzalar da istisna olunmamalıdır. Zərurətdirsə, bu mütləq gerçəkləşməlidir. Qətiyyən elmi nailiyyətlərin, titulların heç nəyə dəxli yoxdur ki, kimsə desin mənim yüksək elmi titulum var və mən məsuliyyətdən kənarda qalmalıyam”.

İ.Abbasov hesab edir ki, kimsə bir elmi kəşf edibsə, kimsə bir kitab yazıbsa, bu o demək deyil ki, həmin titullu adamlar öz davranışları ilə dövləti dağıtmaq, onun əmlakını, vəsaitini havaya sovurmaq, mənimsəmək yolunu tutsunlar, milli maraqları tapdasınlar: “Başa düşmürəm ki, biz bu təfəkkürlə, düşüncə ilə hara gedirik. Bu olmaz axı. Biri deyir mənim elmdə xidmətim var. Xidmətin var, xidmətinin də qarşılğını almısan. Görürsünüz, bir əsər ortaya qoyan kimi ona dövlət büdcəsindən milyonlar xərclənir, bəs cinayət törədəndə niyə bu adamlar “məni cəzalandırın” demirlər. Bəs bununla niyə razılaşmırlar? Yəni bu kimi neqativlər ölkəni çıxılmaz bir labirintə çevirib. Bu halların qarşısı yəqin ki, alınar. Mən həmişə demişəm, yenə də deyirəm, inanıram ki, ölkə Prezidenti bu məsələdə də öz iradəsini göstərəcək. Hesab edirəm ki, dövlətə arxadan zərbə vuranlar cəzalandırılmalıdırlar. Onlar cəzasız qalmamalıdırlar”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ