
Azərbaycanda tikintisi planladırılan Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq. Trend-in məlumatına görə, bunu tikintini həyata keçirəcək "Tekfen İnşaat" şirkətinin baş direktoru Mustafa Kopuz deyib.
O bildirib ki, 67 981 kvadrat metr ərazidə inşa olunacaq binanın tikintisi 3 il davam edəcək. Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq.