
Müharibədən qayıdıb ailəsi ilə görüşməyə gələn hərbçi yol qəzasında dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında Bakı-Balakən magistralının Şəki rayonundan keçən hissəsində baş verib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Vətən müharibəsinin iştirakçısı, 1995-ci il təvəllüdlü Məcidov Kənan Rəsul oğlu ailəsi ilə görüşməyə gələn zaman qəzada dünyasını dəyişib. Qardaşı Rəvan Məcidovun isə vəziyyəti ağırdır.
Onu da qeyd edək ki, Kənan Məcidov həm də N saylı hərbi hissənin zabiti olub.