Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub: "Hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib".