Cümə axşamı günü, 12 noyabr 2026
     

AMEA-da birinci vitse prezidentlər ləğv edilir, ixtisarlar başlayır - islahat, ya təmizləmə...

Image


Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) rəsmən bildirilmişdi ki, AMEA-da islahatların aparılmasına ehtiyac var və bu proses qaçılmazdır.

Deyəsən, artıq proses başlayıb. AMEA-nın yanvarın 8-də keçirilən iclasında qurumun Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələrinin ləğv olunması ilə bağlı  qərar qəbul edilib. Qərara uyğun olaraq, yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub. Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər. AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib. D.Tağıyev daha əvvəl AMEA-nın vitse-prezidenti vəzifəsini icra edib. Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezident vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.

Bundan başqa, AMEA-nın Fizika İnstitutunun rəhbər heyəti vəzifəsindən azad edilib. Bu barədə AMEA-nın Rəyasət Heyətinin cari ildə ilk iclası zamanı bildirilib. Belə ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Nəticədə Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər. 

Həmçinin, akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib. Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb. AMEA-da baş verənləri islahatlar hesab etmək olar, yoxsa bu, kosmetik mahiyyət daşıyır?

  • “İndi də aşkarlanır ki, bu institutda nə qədər korrupsiya...”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov baki-xeber.com-a bildirdi ki, burada söhbət kadr islahatlarından və digər bu istiqamətdə olan işlərdən getmir. Bu qurumda korrupsiya hallarının olduğunu və artıq bunun üzə çıxdığını deyən İ.Orucov hesab edir ki, AMEA-nın Fizika İnstitutunda baş verən biabırçılıqlar deyilənlərə əyani misaldır: “Milli Elmlər Akademiyasının Fizika İnstitutunda korrupsiya hallarının aşkar edilməsi, eyni zamanda, “struktur islahatları” adı altında müəyyən vəzifə ştatlarının ləğv olunması ilə bağlı xəbərləri mən də izləmişəm. Əslində, bunlara “islahat” demək istəməzdim, çünki bu, islahat deyil. Əlbəttə, əlavə ştat vahidlərinin ləğv edilməsi təqdirəlayiqdir. Ona görə ki, AMEA-da çoxlu sayda mənasız, gərəksiz ştat var. Hətta Akif Əlizadənin vaxtında daha çox şişirdilmiş, elmə heç bir faydası olmayan ştatlar mövcud idi. Biz o zaman deyirdik ki, AMEA-ya uğursuz rəhbərlik edən Akif Əlizadənin dövründə bu ştatların yaradılması dövlət vəsaitinin havaya sovrulması deməkdir. Hələ o vaxt deyirdik ki, AMEA-da vitse-prezident ştatlarını artırmaq Akademiyanın fəaliyyətinə müsbət heç nə gətirə bilməz. Akademiya ildə 5 gənc alimi xarici ölkələrə elmi konfranslara göndərə bilmir, müxtəlif mübadilə proqramlarında Akademiyanın adı yoxdur. Biz bu məsələlərlə bağlı iradlarımızı bildirəndə Azərbaycan elminə rəhbərlik edənlər bizi düşmən gözündə görürdülər. Gördüyünüz kimi, zaman göstərdi ki, Akademiyanı idarə edənlər nə qədər yanlışlıqlara yol veriblər. Əlbəttə, biz burada yalnız zaman itirməmişik, həm də dövlətin çox böyük həcmdə vəsaitini itirmişik. Təsəvvür edin ki, bu gün Azərbaycan elmi dövlətin inkişafından nə qədər geri qalır, AMEA-ya rəhbərlik edənlər çoxlu sayda gəncin yolunu bağlayıblar.

Akademiyanın Fizika İnstitutu vaxtilə SSRİ miqyasında nəhəng bir elmi mərkəz idi. Xatırladım ki, “Elektriklər və yarımkeçiricilər fizikası” ixtisası üzrə keçmiş SSRİ məkanında birinci elmi müəssisə Akademiyanın Fizika İnstitutu idi. Fizika İnstitutuna vaxtilə Həsən Abdullayev, Çingiz Qacar, Firidun Həşimov kimi elm fədailəri rəhbərlik ediblər. Siz görün Akif Əlizadə Fizika İnstitutunu hansı günə qoydu və ora Nazim Məmmədov kimi yekəxana, kobud, buranı öz “dədəsinin mülkü” sayan və idarə edən birini gətirdi və adam da, əslində, ixtisasca heç fizik deyil. İxtisasca fizik olmayan bir adamı gətirib Akademiyanın flaqmanı olan Fizika İnstitutuna direktor qoymaq nə dərəcədə düzgün idi ki, bu adam bu institutu dağıtsın? İndi də aşkarlanır ki, bu institutda nə qədər korrupsiya halı var. Mən Fizika İnstitutunda işləmişəm. Fizika və Radiasiya Problemləri institutlarının birgə aspirantı olmuşam. Vaxtilə tədqiqatlarımı orada həyata keçirmişəm. Orada hansı biabırçılıqların baş verdiyini çox yaxşı xatırlayıram. Əslində, Azərbaycan elminə zərbə vuran təkcə Nazim Məmmədov deyil, onun kimi hələ çoxu var və onlar Akademiyanın institutlarına rəhbərlik edirlər.

Necə ola bilər ki, bir adam 40 il bir elmi-tədqiqat müəssisəsinə rəhbərlik edə, amma onun rəhbərlik etdiyi institut Biləcəridən o yanda tanınmaya”.

Fizika İnstitutunda aşkarlanan yeyinti, korrupsiya, ezamiyə xərclərindən düzgün istifadə edilməməsi və sair problemlərin yalnız bu institutda deyil, başqa institutlarda da müşahidə edildiyini deyən İ.Orucov hesab edir ki, Akademiyanın bütün elmi-tədqiqat institutları bu cür bərbad gündədir. “Azərbaycan elmini kor qoyan o qoca, kobud, bürokratik adamlar nə qədər ki, AMEA-dan təmizlənməyiblər, orada hər hansı bir inkişafdan danışmağa dəyməz. Bilirsiniz ki, uzun illər Akademiyaya, elm sahəsinə kuratorluq edən Ramiz Mehtiyevin özü olub. Necə ola bilərdi ki, o, bu biabırçılıqları görməyib. Mütləq idimi ki, Ramiz Mehtiyev Akademiyanın prezidenti olsun və bu korrupsiya hallarını aşkarlasın. Əgər bu qədər yeyinti Fizika İnstitutunda varsa, başqa institutlarda da var. Bir neçə institut istisna olmaqla, hamısında bu hallar mövcuddur. Məsələn, Vaqif Abbasovun rəhbərlik etdiyi Neft Kimya Prosesləri İnstitutunda bu kimi hallar yoxdur, bu adam gənclər üçün qapıları açıb və nə qədər gəncin bura cəlb edilməsinə şərait yaradıb. Amma əksər institutda biabırçılıqlar baş alıb getməkdədir. Həmin institutları yoxlasınlar. Hesab edirəm ki, dövlətin müvafiq qurumları bu məsələləri araşdıracaqlar. Alim adına layiq olmayan şəxsləri gətirib elmi müəssisələrin başına qoyanda, korrupsioneri bir vaxtlar saf, həqiqi alimlərin əyləşdiyi kreslolara əyləşdirəndə bundan başqa heç nə gözləmək olmazdı. Hətta akademik seçkilərində necə biabırçılıqlar baş verib, elmə dəxli olmayan adamları “akademik”, “müxbir üzvü” ediblər. Bu adamlardan nə gözləmək olardı? Bu adamların Azərbaycan elminə vurduğu zərbələr, gətirdikləri yaramazlıqlar aşkarlanıb onlar ifşa olunsunlar. Çünki bu adamlar illərdir ölkə rəhbərini aldadıblar, xalqı aldadıblar, beləliklə də dövlətə xəyanət ediblər” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:41
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ