Cümə axşamı günü, 12 noyabr 2026
     

Ölümün üstünə gülə-gülə gedən qəhrəman Rəsul... - FOTO

Image


...Həyatda qəhrəmanlıq dastanı yaratmaq, adını tarixlər boyu yaşatmaq və şəhidlik zirvəsini fəth etmək hər kəsə qismət olmur. Çünki belə cəsur gənclər birinci növbədə nümunəvi ailə tərbiyəsinə malik olur, vətənpərvər ruhda böyüyürlər, Ana Vətənimiz uğrunda canını fəda verir, gələcək nəslə nümunə olacaq həyat yaşayırlar...

Zaqatala rayonunda isə belə cəsur, ölümün gözünə dik baxan, canını qurban verən vətənpərvərlər çoxdur. Adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan, ölümün gözünə dik baxan qəhrəman oğullardan biri də şəhid Süleymanlı Rəsul Kamil oğludur. Düşmənə qan udduraraq torpaqlarımızın yağı düşməndən təmizlənməsində mövqelərimizi fədakarlıqla müdafiə edən, qorxu bilmədən ölümün üstünə gülə-gülə gedən elimizin fəxri Rəsul Süleymanlıdır...

...Bizim igidimiz - 18 yaşında əsl şücaət göstərərək, bütöv Azərbaycanımızın yolunda, ömrünün ən şirin anlarında canından, qanından keçən Rəsul Süleymanlı 2002-ci ilin 19 yanvar tarixində Zaqatala şəhərinin “Qala Düzü” adlanan tarixi məkanında dünyaya göz açıb.

Digərlərinə nümunə olacaq çox tərbiyəli, sakit təbiətli, mülayim və mehriban bir ailədə dünyaya göz açmışdı qəhrəmanımız. Bu ailəni dəyərləndirmək üçün söz tapa bilmirəm. Qəhrəmanımızın atası Kamil və anası Günel xanım övladlarına yüksək səviyyədə, əsl ailə modelinə, müasir dövrün tələblərinə uyğun tərbiyə verib. Mən həmin ailədə olarkən Rəsulun nənəsi, anası, bacıları, şəhid anası olan xalası, xalası oğlu ilə görüşüb, söhbət edərkən onların necə yüksək dəyərlərə sahib olduqlarının şahidi oldum.

Bəli, Rəsul Süleymanlı Süleymanovlar ailəsinin ilk beşiyi olub. Onun 17 yaşında Əsma, 15 yaşında Sümeyya bacıları, 5 yaşında isə İsa adında sonbeşik qardaşı vardı. Bu ailə ilə söhbət etmək mənim üçün  necə də maraqlı idi. Ailə üzvləri özlərini necə də qürurlu, təmkinli və dəyanətli aparırdılar. Sanki onlar Rəsulun həlak olması ilə fəxr edirdilər.

Anası Günel xanımı dinlədikcə, o duyğulandıqca, oğlunun yoxluğuna inanmadığını hiss edirdim: “Uşaq yaşlarından hərbi vətənpərvərliyə maraq, istək çox olub balamda. O, ali təhsilli hərbçi olan böyük xalası oğlu Harundan məktəb illərindən hərbinin sirlərini çox öyrənmişdi. 16 aprel 2016-cı il döyüşlərində qəhrəmanlıqla düşmənə qarşı döyüşərək həlak olan cəsur, qorxmaz, Xüsusi Təyinatlı Xüsusi Dəstənin döyüşçüsü olmuş xalası oğlu şəhid Sərxan Bayramovun göstərdiyi, tarix yazmış qəhrəmanlığını özünə örnək etmişdi...

Sərxanın qəhrəmanlığından fəxrlə danışmaqdan doymazdı... Xalası oğlu şəhid olanda onun portretini götürüb izdihamın qarşısında gedən məhz Rəsul olmuşdu... Nə biləydi ki, balam Rəsul da xalası oğlu Sərxan kimi bu əbədiyyətə gedən yolu seçəcək və tezliklə onunla haqq dünyasında görüşəcək?! Şirin balamın da qəbri Sərxanla bir sırada, hətta yan-yana qazılacaq...” – deyə Günel xanım təmkinlə söhbətinə davam edir: “Rəsul balamız kiçik yaşlarından çox həssas, diqqətcil, hər bir sahəyə maraq göstərən, səliqəli övlad olub. O, Zaqatala şəhərindəki Humanitar Fənlər Gimnaziyasının IX sinfini 2018-ci ildə bitirib. Gimnaziyada oxuduğu zaman seçdiyi Tarix fənnindən savayı idman, hərbi, humanitar fənlərlə yanaşı, texniki fənləri də mükəmməl öyrənməyə çalışırdı. Xoş xasiyyəti ilə, dilavərliyi ilə məktəb yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrilmişdi. Sonradan öyrəndik ki, bizim fəxrimiz Rəsul uğrunda həlak olduğu “Qarabağ tarixinin əsasları”nı dərindən öyrənib. Oğlum həm də güclü idmançı olmaq arzusundaydı. Gimnaziyada oxuyandan idmanın sərbəst güləş və cüdo növləri üzrə məşğələlərə gedirdi. Müxtəlif idman yarışlarında, birinciliklərdə, beynəlxalq turnirlərdə iştirak edirdi. O, dəfələrlə rayon birinciliyinin qalibi olmuş, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olmuş, İran və Türkiyədə keçirilən beynəlxalq yarışlarda 2 –ci və 3 –cü yerə çıxmışdı. Rəsul çox ailəcanlı uşaq idi. Gimnaziyanı əla qiymətlərlə bitirsə də, işin qulpundna yapışmışdı. O həmişə deyərdi ki, “Ana, oxumaq gec deyil, ilk növbədə işləyib, ailəyə kömək etmək lazımdır. Axı mənim bacılarım və qardaşım var, sizə çox yük düşməsin”. Beləliklə o, gimnaziyanın 9-cu sinfindən çıxıb, əvvəlcə bir müddət tikintidə fəhlə, bir neçə ay isə ofisant işlədi, bizim yaxın köməkçimiz oldu. Rəsul ticarətə çox həvəsli idi və arzusu təcrübəli biznesmen olmaq idi. O, Bakı şəhərinə gedərək, Sədərək ticarət mərkəzində əvvəlcə fəhlə kimi işə girmişdi, onun bacarığına, diribaşlığına və ticarətin incəliklərini öyrəndiyinə görə iri marketə satıcı kimi işə götürülmüşdü. Demək olar ki, o hər gün bizim vəziyyətimizlə maraqlanardı, bacılarını çox istəyirdi, onlardan diqqətini əsirgəmirdi...”

Sevimli xalası, Aprel döyüşlərində şəhid olan, adı dillər əzbəri olmuş, Sərxan Bayramovun anası Həlimət Bayramova isə deyir: “Rəsul dünyaya gələndən alim olub, dinli-imanlı, əsil müsəlman kimi yetişən Rəsul bütün dini qaydalara ürəkdən, təmiz qəlblə, paklıqla əməl edən, həm idmançı, həm ticarətçi, Vətənini ürəkdən, qəlbən sevən, ailəyə bağlı, saf bir insan idi”.

Şəhid anası daha sonra əlavə etdi ki: “O bizimlə bir ailə kimi idi. Daima mənə, hazırda xəstəliyi ilə əlaqədar olaraq hərbidən tərxis olunan (ehtiyatda olan baş leytenant) oğlum Haruna və həyat yoldaşıma ürək-dirək verirdi. Ordu sıralarına çağırılanda isə belə demişdi Rəsul: “İşdi, müharibə başlasa, mən xalam oğlu Sərxanın və digər şəhidlərimizin qanını yerdə qoymayacağam. Xain, murdar düşmənlərdən qisaslarını alacağam dəfələrlə, xala, əzizim... Belə də etdi, amma...”

Bu qısa ömürlü mərdlik nümunəsinin bacılarının qardaşları barədə danışdıqları həyat hekayələrini xatırladırdı...

Bacısı Əsma deyir ki: “Mən qardaşımın ölümünə inanmıram, düzdür, kimlərinsə fəth edə bilmədiyi o zirvəni özü kimi fəth edib, biz həyatda əsl məsləkdaşımız, dayağımız, sirdaşımız olan qardaşımızla buna görə qürur duyuruq... O ölməyib, ölməzliyə qovuşub... Canımızın parçası qardaşımız...”

Mehriban çöhrəli, mülayim xasiyyətli bacısı ədab-ərkanla qardaşının xoş xasiyyətli olduğunu, diqqətcil Bakıda işlədiyi, hərbi xidmətdə olduğu müddətdə də onlarla daima maraqlandığını söylədi: “Qardaşım səliqəli geyinməyi çox xoşlayırdı, seçim edəndə biznən də məsləhətləşər, eyni zamanda bizə məsləhət verərdi. Uzaqgörən idi, yaxşılıq etməyi, köməksizlərə əl tutmağı bacarırdı Rəsulumuz. Qurani Kərimi əzbər bilirdi, səlis oxuyur, ayə və hədisləri mükəmməl təhlil edirdi. Bakı şəhərində keçirilən “Quran” yarışmasında bütün şərtlərə uğurla əməl edərək qalib olmuşdu. Təşkilatçılar tərəfindən qardaşımız təzə “Quran” kitabı və qiymətli saatla mükafatlandırılmışdı. Arzuları çox idi, qardaşımızın. Niyyəti xarici ölkələrdə təcrübə keçib, daha genişmiqyaslı iş qurub, iş yerləri açıb, ehtiyacı olan ailələri iş yerləri ilə təmin etmək idi. Bizi də gələcəkdə səmərəli layihələrə qoşmaq istəyirdi... Lakin qardaşım Ana Vətənimiz uğrunda döyüşüb həlak olmağı hər şeydən üstün tutdu... Əziz qardaşım, şəhid qardaşım...”

Digər bacısı Sümeyyanın da ürəyi dolu idi, ancaq danışmağa tərəddüd edirdi. İstəkli qardaşı barədə xatirələri danışdıqca qürurlanmaqla yanaşı qüssələnirdi. Ömrünün şirin çağında qardaşını itirən bacının hisslərini başa düşmək olardı. “O bizim təkcə qardaşımız deyildi, həm dostumuz, bizim gələcəyimizə nur saçan, gələcəyimizi xoş-firavan görmək istəyən, gələcəyə nikbin baxan, mətanətli, sözübütöv və iradəli bir insan idi. Ailədaxili qayğıları, çətinlikləri və çatışmazlıqları aradan qaldırmağa çalışardı qardaşımız Rəsul...” deyə, asta-asta söhbətimizə qoşuldu: “Onun həm də yüksək qabiliyyəti vardı. Yaradıcılığa meylli idi. Gah şeir yazır, müdrik kəlamlar qoşur, gah da müxtəlif rəsmlər çəkirdi... Qardaşımın söylədiyi dəyərli kəlamların və qoşduğu şeirin mənasına bir baxın: “Yol getmək yorucudur deyirlər hara getdiyini bilməyənlər...”, “Sadə və fərqli olmaq bizim seçimimizdir”, “Gözlərimin qarası mənzərəniz olsun...”, “Heç vaxt bir şeyi kiçik görmə...”

Bir mismar bir nalı,

Nal bir atı, o at bir döyüşçünü.

O, döyüşçü bir ordunu,

Ordu da bir ölkəni xilas edər...

Mən də fəxarətlə bildirməliyəm, Şanlı Azərbaycan Ordusunun bir xilaskar döyüşçüsü kimi düşməndən ölkəmizi xilas edərək, cavan canını Vətən yolunda qurban verdi. Qorxmazlığı ilə ucalığa doğru getdi...”

Bizim söhbətlərimizi nəzərdən keçirən, arada doluxsunan, nəzərlərini qapıdan çəkməyən şəhid balamızın ana nənəsi Adiy Qazilovanın Rəsul haqqında dediklərini həyəcansız dinləyə bilməzdik: “O bir uşaq idi ki, mən hələ də nəvəmin yoxluğuna alışmıram. Elə bilirəm ki, nə vaxtsa qayıdacaq, qapını döyəcək, məni həmişə olduğu kimi qucaqlayıb əzizləyəcək. Nənə, mən gəlmişəm, rahat ol – deyəcək. Hərbi xidmətə gedəndə demişdi ki, nigaran qalmayın, Vətənə əla xidmət edib, qayıdacağam yanınıza... Nəvəmin hərbi formadakı şəkillərinə baxanda anasının lay-lay çalaraq, mənim isə nağıllar danışaraq bələdiyim və yatırdığımız vaxtları yadıma düşür. O isə bizə xatirələr dolu nağıllar və qəhrmanlıq dastanları yaratdı...”

Şəhid Rəsulun anası Günel xanım bildirdi ki, oğlu 2019-cu ilin yanvar ayının 29-u tarixində həqiqi hərbi xidmətə gedib. Üç ay Bərdədə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib, hərbi biliklərə yiyələnib, hərbi təlimlərdə iştirak edib. Sərrast atıcı kimi bütün tapşırıqları və normativləri yerinə yetirib. Sonra isə hərbi xidmətini Tərtər rayonunun Borsunlu kəndində, düşmənlə üzbəüz mövqelərimizdə davam etdirib. Hətta xidməti dövründə idmanla məşğul olub və yarışlarda iştirak edib. Günel xanm söyləyir ki, Rəsul tez-tez onlarla telefonla danışar, ilk növbədə bacıları, qardaşı, nənəsi və əzizləri ilə maraqlanardı. Hərbi xidmətinin çox yaxşı keçdiyini, narahatlığa əsas olmadığını deyirdi Rəsul...

“Pandemiya ilə əlaqədar olaraq qadağalar olduğuna görə biz Rəsulun yanına gedə bilmədik. Ondan ötrü çox darıxmışdıq. Bacıları həsrətlə onun məzuniyyətdən gəlməsini gözləyirdilər” deyə, söhbətini davam etdirir Günel xanım. O söylədi: “Oğlum bizə demirdi ki, onlar müharibəyə hazırlaşırlar. Yay aylarında ermənilərin Tovuz təxribatından sonra çox narahat idik. Oğlumun sonuncu zəngi sentyabr ayının 27–də səhər saat 630 radələrində oldu. O dedi ki: “Ana, nigaran qalmayın, biz getdik, bacılarımdan, qardaşımdan, nənədən muğayat olun...” daha artıq heç nə demədi balam. Bu mənim əziz balamın sonuncu danışığı oldu. Müharibə xəbərini eşidəndə isə daha da narahat olmağa başladıq, günlər keçdi, oğlumdan soraq gəlmirdi. Biz, bacım oğlu, hərbiçi olmuş, ehtiyatda olan zabit Harun da Rəsulun harada döyüşdüyü, sağ olub-olmaması ilə tez-tez maraqlanırdıq. Mən Müdafiə Nazirliyinə müraciət edim və oğlumun taleyi ilə maraqlandım. Hətta xidmət etdiyi hərbi hissədən də oğlumun sağ-salamat olub-olmaması ilə də dəfələrlə maraqlandıq. Lakin dəqiq məlumat ala bilmədik. Bacım oğlu, şəhid qardaşı Harun da bir neçə dəfə cəbhə bölgəsinə gedib və Rəsulumuzu soraqlayıb...”

Harun Bayramovun (ali təhsilli zabit, şəhid-qəhrəman Sərxan Bayramovun böyük qardaşı) dediklərinə görə, xalası oğlu söz verdiyi kimi Sərxanın qisasını qaniçən düşməndən alaraq, elə ilk döyüşlərdə ən qızğın döyüşə atılaraq, “Snayperlə” erməni dığalarını qıra-qıra bir neçə postumuzu azad edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına post uğrunda ölüm-dirim mübarizəsi aparıb, postu azad etdikdən sonra “Əzrayıl” düşmən igid döyüşçülərə mərmi, raket yağışı yağdırmışdı...

Azərbaycanımızın Vətən fədailəri ilə birlikdə Rəsul ağır yaralanmış və şəhadətə qovuşmuşdu. Amma onun nəşi oktyabr ayının 26-da Yevlax şəhər xəstəxanasında aşkar edilmişdi.

Xalası Həlimət xanımın dediyi kimi: “anadan alim kimi doğulan” nurlu, əzizlərinin həyat yoluna daima işıq saçan Rəsul Sərxanın və neçə-neçə qəhrəman oğlanların qisasını düşməndən alaraq, əbədiyyət dünyasına, şəhadətə qovuşdu.

Balaca qardaşı İsa demişkən: “qardaşım üçrəngli bayraqları bizə sevdirərək qəhrəman oldu”.

...Yaşadığı 18 ildə daima əzizlərinin başını uca edən Rəsul bu dəfə yurdumuzun qeyrətli, namuslu, mərd oğlu, el qızlarımızın, ana və bacılarımızın vicdanı, namusu uğrunda həlak oldu...

Ruhun şad olsun, ölümün üstünə gülə-gülə gedən şəhid Rəsul.

Ölkə başçısı ölümündən sonra onu “Vətən uğrunda” medalı ilə təltif edib.

Vətən fədaisinin adı Respublika Cüdo Federasiyasının Şərəf Kitabında yazılıb.

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:41
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ