29/11/2020 20:41
728 x 90

Həftəsonu yalnız icazəsi olan taksilər işləyəcək - Ehsan Zahidovdan açıqlama...

img

Karantin rejimində həftəsonu fərqlənmə nişanı olan taksilərin fəaliyyətinə icazə veriləcək.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilər fəaliyyət göstərə biləcək:

“Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq fərqlənmə nişanı olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”.

Son xəbərlər