30 il mənfur erməni dığalarının tapdağında qalan müqəddəs Qarabağımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun rəşadəti hesabına 44 günə azad edildi. İndi bu Vətən torpaqlarında and yerimiz, savaş meydanında qan yerimiz olan üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Ən başlıcası, qazanılan zəfər tariximizin parlaq səhifəsinə dönərək əbədi olaraq zəngin keçmişə malik böyük bir xalqın iftixar, qürur mənbəyinə çevrildi. Bu qələbəni öz millətinə bəxş edən, köksündə vətən sevgisini daşıyan od baxışlı, dağ vüqarlı igidlərdən biri Astaranın Rüdəkəran kəndində dünyaya göz açmış İlham İntiqam oğlu Əkbərovdur. Saf arzularla müstəqil həyata qədəm qoyan İlham ali təhsilini başa vurub 2012-2013-cü illərdə hərbi xidmətdə olur. Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirir. Torpaq uğrunda, el-oba yolunda canından-qanından keçməyə hazır olan İlhamda dığalara qarşı elə həmin vaxtlarda sonsuz nifrət yaranır, yağı düşməndən qisas almağa məqam axtarır.
İlham 2014-cü ildən rayon Gənclər və İdman İdarəsində baş mühasib kimi fəaliyyətə başlayır. Həyatının dəyərini vətəninə, xalqına təmənnasız xidmətdə görür, layiqli vətəndaş olaraq insanların gözündə ucalır. Və nəhayət ki, dığalardan intiqam almaq məqamı çatır. İlham könüllü vətəni öz qanı bahasına yaşadan qeyrətli oğulların cərgəsinə qoşulur. 30 yaşlı atıcı igid vətənin haqq savaşında sinəsini yanar od edib dığaların bağrını yarır, yağıya qan qusdurur, onlara verdiyi itkilərin sayı bilinmir. Daha qısası, dığalardan ürəyincə qisas ala bilir.Oktyabrın 26-da ağır ölüm-dirim müharibə zamanı ağır yaralanıb. Hətta vətən eşqli sevdalı ürəyi dayanmaq həddinə gəlir. Lakin Füzuli xəstəxanasında təcili əməliyyat olan, Yevlaxda hərbi hospitalda müalicə alan igid yenidən döyüşə atılmaq arzusuna düşür... Doğma Astara elinə başucalığı gətirən İlhama kiçik də, böyük də böyük ehtiram göstərir. Mən də vətənin igid oğlu ilə görüşdüm. Vüqarına, qüruruna heyran qaldım. O dedi:– Döyüş zamanı snayper gülləsinə tuş gələndə həyatımın bitdiyini zənn etdim. Bir anlıq gözümün önünə mənimlə vətən naminə son qəfəsə qədər çiyin-çiyinə döyüşüb şəhid olan yoldaşlarımı gətirdim. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmaq böyük xoşbəxtlikdir, təəssüf ki, onlar qələbəni görmədilər. Nə yaxış ki, Azərbaycanın düşmən üzərində şanlı zəfəri onların müqəddəs arzularını həyata keçirdi. Mənim də bu qələbədə payım olduğu üçün özümü xoşbəxt hesab edirəm.
Evin yeganə oğlu İlham Xatirə və Melisan adında iki qız atasıdır. Atası İntiqam da “Qarabağ” veteranıdır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü