Cümə axşamı günü, 12 noyabr 2026
     

Kəlbəcər elinin ağsaqqalı – Qənbər Şəmşiroğlu

Image


27 sentyabrdan başlanan haqq savaşı Ali Baş Komandamız İlham Əliyevin şücaəti ilə ordumuz sayəsində qələbə ilə bitdi.Hərb tariximizə qızıl hərflərlə yazıldı və işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. Ali Baş Komandanın dili ilə desək, bu günlər, bu dəqiqələr hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt günlər, dəqiqələrdir. Milli şüarımıza çevrilmiş “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşdı. Bütün dünya, xüsusilə mənfur düşmənlərimiz bu şüarı təsdiqləməyə məcbur edildi.

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğalından otuz ilə yaxın bir dövr keçməsinə baxmayaraq, Azərbaycan xalqı sabaha inamını itirmədi. Ali Baş Komandana daim inandı və güvəndi. Müzəffər Azərbaycan ordusu sonsuz cəsarət və qəhrəmanlıq göstərməklə torpaqlarımızı yağı düşməndən təmizlədi.

8 noyabr Şuşanın işğaldan azad olması.Ali Baş Komandanın çıxışı: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni xalqıma verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad olunan digər torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın otuz illik həsrətinə son qoyulur”.

10 noyabr müstəqil Azərbaycan dövlətinin qədim və zəngin tarixinə qızıl hərflərlə yazılan günə çevrildi.  Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.İllərlə bu qələbəni gözləyən el ağsaqqalı, XVI əsrin böyük sufi şairi  Miskin Abdal, Ağdabanlı şair Qurban ocağının yetirməsi ustadlar ustadı Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlu belə  yazır:

Eşitdim gücünü, gördüm hünərini,
Ürəkdən sevdiyim sərkərdələrin.
Həddini bilməyən nanəciblərin,
Canına vəlvələ salanlarım var.

Ulu öndər Heydər Əliyev Kəlbəcər və kəlbəcərlilər haqqında belə demişdir: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yşayan insanların fədakrlığına görə respublikada həmişə çox hörmətə,ehtirama layiq olubdur”. Belə fədakar insanlardan biri də Qənbər Şəmşiroğludur.Начало формыКонец формыQənbər müəllim 1933-cü il noyabr ayının 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya göz açıb. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsil aldıqdan sonra bir il Kəndli-Gənclər Kursunda işləyib, 1951-ci ildə ikiillik Ağdam Dövlət Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı işləyib. Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilmişdir. Qənbər müəllimin müasir Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib və bu münasibətlə Qənbər müəllim 18 oktyabr 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

1988-ci ildə erməni faşistləri tərəfindən Ağdərə-Kəlbəcər yolunda Qənbər müəllimin bacısı Çimnaz xanım, onun yaxın qohumu olan sonralar Milli Qəhrəman adını almış Şahlar Şükürov vəhşicəsinə qətlə yetirildi.           

1992-ci ilin aprel ayında erməni quldurları Qənbər müəllimin doğulub boya-başa çatdığı Ağdaban kəndində əsl soyqırım nümayiş etdirdilər - kəndi dağıdıb, qardaşı oğlu, əmiləri, əmisi uşaqları, bibisi qızı və xalasının oğlu, ümumilikdə, 14 nəfər yaxın qohumlarını vəhşicəsinə qətlə yetirdilər. Bu qətllərdən yalnız mətbuat vasitəsilə xəbər tutan o zamankı hakimiyyət rəhbərləri uzaq-ucqar bir dağ kəndinin günahsız sakinlərini - doğma soydaşlarını qəfil və qanlı terrorun pəncəsindən qopara bilmədilər... Həmin dəhşətli günlərin kulminasiyası  Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş Ağdabanlı şair Qurbanın və Əməkdar incəsənət xadimi, "Şərəf" nişanı ordenli Aşıq Şəmşirin evinin yandırılması oldu və bu ev-muzeyində  qorunub saxlanan 40 mindən artıq şeir nümunələri də odlara qalanıb külə çevrildi. Ağdabanlı Qurbanın və Dədə  Şəmşirin əski əlifba ilə yazılmış və əksəriyyəti çap olunmamış əlyazmalar külliyyatı yandırılıb məhv edildi.

Qənbər müəllimin ailəsi,qohumları Respublikanın müxtəlif şəhər və rayonlarına qaçqın düşdülər.Qənbər müəllimin anası rəhmətlik Güllü nənə, qaçqınlıqdan sonra  ömrünün sonuna qədər Tərtər şəhərində yaşadı və orada rəhmətə getdi.Tərtər şəhərində, şəhər qəbristanlığında  dəfn olunaraq torpağa əmanət qoyuldu:

Ağdabanım qan içində,
Ürək dözmür can içində.
Qənbər, alış-yan içində,
Yaman səndən nigaranam!

Anam, səndən nigaranam!
Aman, səndən nigaranam!

Qənbər müəllim Gədəbəy rayonunda İcra Hakimiyyətinin başçısı işlədiyi vaxtda erməni qəsbkarları torpaqlarımıza hücuma başladılar. O, 1992-ci ilin mart ayında ilk milli alayın yaradılmasının təşəbbüsçüsü və yaradıcısı olmuşdur. Vətənpərvər ziyalımız Qənbər müəllim dəfələrlə döyüşçülər arasında olmuş, zabitlər və əsgərlər arasında vətənpərvərlik ruhunun yüksəlməsi naminə əlindən gələni əsirgəməmişdir.

Qənbər müəllimin özü ilə bərabər iki oğlu, yaxınları, doğmaları da Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştrak edib, hazırda onlar müharibə veteranıdırlar. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarından iki nəfəri - Şükürov Şahlar Əvəz oğlu və Səfərov Sərdar Mədət oğlu dəyərli ziyalımızın ailə üzvlərindəndir.

Qənbər müəllimin sədrlik etdiyi “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçirir.

Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri - qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili var:

Şahdağdan üz tutub Murova baxdım,
Bu dağdan o dağa salamlarım var.
Kəpəzin o üzü gözəl diyarda,
Düşmən tapdağında qalanlarım var…

Qənbər müəllim Qənbər Şəmşiroğlu imzası ilə bu gün də yazıb yaratmaqdadır. Onun 40-a yaxın kitabı çap olunub.

Yurd həsrətini daima qəlbində daşıyan, həyatın min bir çətinliyinə sinə gərən Qənbər Şəmşiroğlu öz yaradıcılığında təpədən-dırnağadək vətənin haqq aşiqidir. Bir zaman zirvəsindən atla keçdiyi dağların indi yurdunun qabağına çəkilən divar olduğunu  duyan qəlbinə hər addımında o torpaqlara qovuşmaq ümidini diktə edir:

Könül bu həyatın sonu səfərdi,
Ötən ömrü eşq eləmək hünərdi.
Yurda həsrət Şəmşir oğlu Qənbərdi
Yaşıyacaq  o dağların eşqinə...

Bəli, Qənbər müəllim yaşayacaq  və yaşamalıdı o dağların eşqinə.Çünki Qənbər müəllim elə bir şəxsiyyətdir ki, ona yüzlərlə insanların ehtiyacı var.Kəlbəcərin ağsaqqalı olan Qənbər Şəmşiroğlu hansı məclisə gəlirsə, insanlar Qənbər müəllim tərəfə boylanır və: “Həmişə dar gündə bu kişi bizim köməyimiz olub” – sözlərini deyirlər.Əminliklə söyləmək olar ki bu, hər kəsə nəsib olmayan bir xöşbəxtlikdir.Ən gözəlidə odur ki,Qənbər Şəmşiroğlu bütün bu yaxşılıqları təmənnasız edir.

Bu gün Ali Baş Komandamız İlham Heydər oğlu Əliyevin sücaəti, ordumuzun qüdrəti sayəsində  torpaqlarımız mənfur düşməndən azad oldu.Gözünüz aydın əziz ağsaqqalımız, elimizin,obazmızın dəyərli ziyalısı Qənbər müəllim, gözümüz aydın Azərbaycan xalqı.Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandamız Azərbaycan şəhidlərinin qanını aldı. Sizin yazdığınız şeirdəki kimi:

Elin köməyilə çörəklənmişəm,
Dirçəlib dirçəlib zirəklənmişəm.
Orduma baxaraq ürəklənmişəm,
Bilirəm qanımı alanlarım var.

Qənbər müəllim, Ali Baş Komandanızın imzaladığı bəyannamədə mənfur düşmənlərin Kəlbəcər rayonunu boşaltması üçün 15 noyabr son müddət kimi qoyulub. Bu da Sizin doğum gününüzə təsadüf edir. Belə gündə Sizə bundan dəyərli hədiyyə ola bilməz. Gözəl insan, dəyərli ziyalımız, elimizin, obamızın ağsaqqalı doğum gününüz mübarək. Tanrı Sizi qorusun.

Rübabə ŞİRİNOVA
AMEA Əlyazmalar İnstitutu fəlsəfə üzrə  fəlsəfə doktoru,dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ