çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən böyük dəmir yolunun sonuna çatdı…

Image


Bu ayın sonunda təkcə Azərbaycan yox, ümumilikdə region və dünyanın az qala yarısı üçün böyük əhəmiyyət kəsb edəcək daha bir layihənin işə düşməsi fonunda beynəlxalq miqyasda ölkəmizə diqqətin yenidən artması müşahidə edilir. Söhbət Bakı-Tiflis-Qars dəmir yolu xəttindən gedir. Bu dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakıda keçiriləcək.

 Təntənəli şəkildə baş tutacaq açılış mərasimində bu dəmir yolu xətini çəkən ölkələrin rəhbərləri ilə yanaşı, bir sıra dövlətlərin nümayəndə heyətləri də iştirak edəcək. Tədbirə qatılanların Bakı-Tiflis-Qarsla səyahəti də gözlənir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təsdiq edib: "Ayın sonunda mən Bakıya Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin açılış mərasiminə gələcəyəm. Biz bu səfərə iki gün ayırmışıq".

Onu da qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı da artıq yola düşüb. Belə ki, 82 konteynerdən ibarət qatar Qazaxıstanın Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə yola salınıb. Qatar ilk öncə Kustanay stansiyasından Kurık limanına çatacaq, oradan isə yüklər gəmi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətiriləcək. Daha sonra isə Bakı-Tiflis-Qars dəmir yolu xəttilə yüklərin daşınması həyata keçiriləcək. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya isə vurğulayır ki, Bakı-Tiflis-Qars dəmir yolu təkcə üç ölkəni – Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Çindən Avropaya qədər daha böyük coğrafiyanı birləşdirəcək: “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə 2008-ci ildə başlanıb və artıq bu xətt istifadəyə hazırdır. Yaxın günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərarası sazişi əsasında tikilən bu dəmir yolunun rəsmi açılışı olacaq. Əminəm ki, bu layihə regionda inkişafa, sülhə, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək”. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars layihəsi işə düşdükdən sonra Avropa ilə Asiyanı birləşdirəcək yeni dəmir yolu marşrutu yaradılacaq.

Araşdırmalar göstərir ki, Bakı-Tiflis-Qars Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Eyni zamanda, bu nəqliyyat dəhlizi Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq. Qərb dünyasında kifayət qədər məhşur olan “Freight business journal” dərgisi yazır ki, sözügedən dəmir yolu Çinlə Avropa arasında yeni bir marşrut olacaq. Qeyd edilir ki, Xəzər dənizinin sahilində yerləşən paytaxt Bakı şəhəri ilə Türkiyənin şərqində yerləşən Qars vilayəti arasında dəmir yolu xəttinin açılması Çin və Qərbi Avropanın birbaşa əlaqəsinin bir hissəsini təşkil edə bilər. Bu dəmir yolu xəttilə ilk olaraq yüklərin, daha sonra isə sərnişinlərin daşınması həyata keçiriləcək.

Araşıdrmalar göstərir ki, artıq dünya miqyasında bir çox ölkələr Bakı-Tiflis-Qarsa xüsusi maraq göstərir. Bura həm Asiya, həm də Avropa ölkələri aiddir. Əsas səbəb də odur ki, bu dəmir yolu ilə yüklər Azərbaycan, Gürcüstan və Türkiyə arasında 16-18 saata daşınacaq. İndilikdə isə artıq  Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları arasında ilk yüklərin keçirilməsi üçün müqavilələr hazırlanıb. İlk olaraq 400 min tona yaxın taxıl yükləri, Rusiyadan gələn kömürlərin, taxtanın keçirilməsi üçün danışıqlara başlanıb. Dəmir yolu ilə sərnişin daşınmasına isə gələn ildən başlanacaq. Bununla əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC  tərəfindən İsveçrənin "Stadler" zavoduna 30-a yaxın vaqon sifariş verilib.

Yuxarıda qeyd olunduğu kimi, dəmir yoluna Asiya və Avropa miqyasında maraq kifayət qədər böyükdür. Artıq bir çox Orta Asiya ölkələri yüklərini məhz bu xətlə daşımaqda maraqlı olduqlarını bəyan edir. Çin isə Avropaya məhsullarının böyük bir qismini məhz Bakı-Tiflis-Qars üzərindən göndərməyə hazırlaşır. Çünki bu dəmir yolu xətti Pekindən Londonadək uzanan yolu tamamlayacaq, eyni zamanda Asiya və Avropa arasında yükdaşımaların müddətinin hazırkı 2 aydan 15 günədək azalmasına səbəb olacaq. Bakı-Tiflis-Qars dəmir yolu ilə ilkin dövrdə illik 6,6 milyon ton yük daşınacaq. Gələcəkdə bu rəqəmin 50 milyon tona çatacağı proqnozlaşdırılır.  Bütün bunlar Azərbaycan üçün böyük həcmdə iqtisadi gəlirlər deməkdir. Bu vəziyyətdə daha bir vacib məqam həm də odur ki, Bakı-Tiflis-Qarsın istfiadəyə verilməsi ilə Ermənistanın regionda təcridi daha da dərinləşəcək. Xatırladaq ki, erməni lobbisi ötən illər ərzində Bakı-Tiflis-Qarsa çox maneə yaratmağa çalışıb. Amma mövcud reallıq artıq bu maneələrin heç bir işə yaramadığını göstərir.

Bir məqamı da qeyd edək ki, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat-kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də artırır. Bakı-Tiflis-Qars isə “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin daha effektiv fəaliyyət göstərməsində müstəsna rol oynayacaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ