İran ilin sonuna qədər Rusiya və Azərbaycan liderləri ilə üçtərəfli görüşün təşkilində maraqlıdır. Trend-in məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sanai bildirib.
Səfir bildirib: "İran tərəfi bu il Tehranda İran, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşünün ikinci raundunun keçirilməsində çox maraqlıdır".
“İranın İŞİD terror qruplaşmasının Suriyadakı mövqeyinə raket zərbələri Tehranda törədilmiş terror aktına cavabdır”. Bunu da İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.
Beynəlxalq Qüds Gününə həsr olunmuş tədbirdə çıxış edən diplomat bildirib ki, İran bu raket zərbələri ilə dünyaya gücünü və müdafiə qabiliyyətini, eləcə də öz sərhədlərini qorumaq üçün bütün gücünü istifadə etməyə hazır olduğunu nümayiş etdirdi.
Qeyd edək ki, iyunun 7-də İranda parlament binasına və Xomeyninin məqbərəsinə silahlı hücum zamanı 17 nəfər ölüb, 43 nəfər xəsarət alıb.