Avropa Ədalət Məhkəməsi PKK-nı terror təşkilatı siyahısından çıxarmaq məsələsini gündəmə gətirib. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq bununla bağlı müzakirələr başlayıb.
Əvvəl Belçikada sonra da Almaniyada məhkəmələr saxlanan PKK-çıları azadlığa buraxıb. Baxmayaraq ki, PKK Avropa Birliyinin terror təşkilatları siyahısında yer alır. Buna görə məhkəmələr Avropa Məhkəməsinin qərarlarını pozub.
İndi isə Avropa Məhkəməsi "PKK-nı terror təşkilatları siyahısından çıxarmağı" gündəmə gətirib. Məlumata görə, məhkəmə Avropa Komissiyasından PKK-nın hansı səbəbə görə terror təşkilatı siyahısına salındığına dair hesabat istəyib. Komissiya isə PKK-nın terror aktları törətdiyini bildirib.
Məsələnin gündəmə gətirilməsinin səbəbi isə PKK-nın müraciəti olub. Belə ki, PKK İŞİD-lə mübarizə apardığını iddia edərək terror təşkilatları siyahısından çıxarılmaq üçün müraciət edib. O da bildirilir ki, Almaniya və Belçika məhkəmələrinin PKK-çıları sərbəst buraxarkən göstərdikləri səbəblərlə, təşkilatın müraciətindəki səbəblər də üst-üstə düşür.
PKK bununla, həm təşkilat üzvləri haqqındakı iddiaların ləğv edilməsini, həm də Avropadan qanuni şəkildə pul, silah kimi dəstəklər almağa çalışır.
Avropa Məhkəməsinin PKK-nı terror təşkilatı siyahısından çıxarmaqla bağlı qərarı verərsə, Avropa Komissiyasının bu qərara etiraz etmək hüququ var.
TAHİR