çərşənbə günü, 18 noyabr 2026
     

Novruz Məmmədov Qarabağ həllində ləngimənin əsas səbəblərini açıqladı

Image


 “Qarabağ məsələsində respublikaçılar nisbətən daha çox anlaşma mövqeyi göstərir”

 

“Sirr deyil ki, Azərbaycan ABŞ-da respublikaçı administrasiyalarla daha yaxşı əlaqələr qurur və qarşılıqlı anlaşma daha yüksək səviyyədə olur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, ABŞ Demokratlar Partiyası insan haqları və demokratiya anlayışına xüsusi don geyindirərək öz məqsədləri üçün istifadə edir: “Mənim və heç kəsin etirazı yoxdur ki, insan haqları, demokratiya inkişafın əsas yolu olmalıdır. Lakin güclü dövlət bundan öz məqsədləri üçün istifadə etdikdə, artıq o, qarşısına qoyduğu məqsədə çata bilmir və bilməz də. Demokratlar bundan ifrat istifadə edirlər. Respublikaçılarla isə iqtisadi, siyasi, təhlükəsizlik maraqlarına üstünlük verirlər. Onlarla NATO çərçivəsində, böyük layihələrin həyata keçirilməsində daha yaxşı əməkdaşlıq edirik və qarşılıqlı anlaşma möhkəm olur”.

N. Məmmədov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Donald Trampa göndərdiyi təbrik məktubunda iki ölkə arasında 25 il ərzində yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb: “Bütün sahələrdə yaxşı əməkdaşlıq etmişik. Bir sıra sahələrdə əməkdaşlığımız strateji səviyyəyə qalxıb. Bu illər ərzində təbii ki, müəyyən problemlər də olub. Düşünürük ki, əlaqələrimiz və əməkdaşlığımız daha inkişaf edəcək. Bunun üçün əlimizdə yaxşı mövqe və arqument var. Münasibətlərimizin pis olmasına səbəb yoxdur. Münasibətlərin bazası yaxşıdır. Əlavə üstünlük odur ki, respublikaçılarla münasibətlər həmişə yaxşı olur. Mənfi cəhət isə odur ki, indiki administrasiyanın dövlət katibi bir qədər əvvəl Amerikanın həmsədr kimi mövqeyini ifadə edən normal bəyanat vermədi. Bu, bir insan kimi onun 1990-cı ildəki mövqeyində qaldığını göstərir və çox pisdir. Qarabağ məsələsi ilə bağlı dövlət katibinin mövqeyi mənfi, məkrli mövqe oldu. Bu baxımdan Azərbaycan prezidentinin məktubunda münasibətlərin yüksək səviyyəsi vurğulanmaqla yanaşı, ABŞ-ın həmsədr ölkə kimi münaqişənin həllinə öz töhfəsini verməyə borclu olduğu mesajı ötürülür”.

 

“Beynəlxalq təşkilatlar ABŞ-da seçkidən sonrakı zorakılığa niyə münasibət bildirmir?”

N.Məmmədov deyib ki, ABŞ-da Donald Trampın prezident seçilməsi bütün dünya üçün sanki gözlənilməyən, proqnozlaşdırmayan hadisə oldu. O bildirib ki, son bir ildə dünyanın aparıcı televiziya kanallarının, strateji araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi ondan ibarət idi ki, Donald Tramp prezident seçilməyəcək: “Bu, ABŞ üçün, hətta namizədin özü üçün gözlənilməz oldu. Sanki dünyada çaşqınlıq var. Bundan sonra nə olacaq, necə olacaq? ABŞ-ın daxili və xarici siyasət kursunda hansı dəyişikliklər baş verəcək? Komandada kimlər olacaq? Namizədin verdiyi bəyanatları yerinə yetirmək mümkün olacaq və ya olmayacaq? Hələlik bununla bağlı konkret mövqe yoxdur. Böyük dövlətlərin özündə də dəqiq konkret mövqe yoxdur. Dünyanın bütün dövlətlərində Tramp haqqında mənfi mövqe bildirirdilər. Lakin Tramp seçildikdən sonra tam dəyişdilər, başladılar ki, o, böyük siyasətçi, dövlət xadimidir. Baxmayaraq ki, əvvəl demişdilər bundan dövlət başçısı, siyasətçi olmaz. ABŞ-ın özündə də belə fikirlər səsləndirilmişdi. Lakin sonra görüş də oldu, bir-birilərini təriflədilər də... Bu qədər mərkəzlər, televiziya kanalları, qəzetlər, siyasətçilər dünyada baş verən proseslərdən heç nə başa düşmürlər, düzgün qərar verə bilmirlər. Ya da, ikiüzlü və riyakardırlar və süni kampaniya yaratmışdılar. Variantların ikisi də çox pis variantdır”.

N. Məmmədov qeyd edib ki, D. Trampın özü də seçiləcəyinə əmin deyildi: “Ona görə bəyanatlar verirdi ki, seçkilərin nəticəsini qəbul etməyəcək, seçkilərdə saxtalaşdırma və digər amillər olacaq. Bu gün Amerika iki yerə bölünüb. Bütün bunlar Amerika üçün müəyyən problem yarada bilər. Böyük şəhərlərdə etiraz aksiyaları keçirilir. Beynəlxalq təşkilatlar indi neyləyirlər? Qış yuxusuna getməyin vaxtı deyil. “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatlar niyə susublar? Azərbaycanda 2003-cü ildə İlham Əliyev prezident seçiləndə kiçik etiraz aksiyası oldu. Bununla bağlı onlar uzun müddət danışdılar. İndi 3-4 gündür zorakılıq var, gözyaşardıcı qazlardan istifadə edirlər, etirazçıları döyürlər. Bunların hamısı var. Lakin heç kim bunlara demokratiya və insan haqları çərçivəsində baxmır. Artıq ABŞ-ın özündə də əhalinin böyük hissəsi gördü ki, özlərində gedən proseslərdə də haqq-ədalət sual altında olur”.

 

“Qarabağ məsələsində respublikaçılar nisbətən daha çox anlaşma mövqeyi göstərir”

N.Məmmədov deyib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı respublikaçılar nisbətən daha çox anlaşma mövqeyi göstərir. O bildirib ki, ABŞ-da seçkilərdən sonra həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçılar üstünlük əldə edib: “Demokratlar insan haqları, demokratiya məsələlərini daha çox öndə tutduqları üçün erməniləri hər yerdə dəstəkləyirlər, orada yaşayan erməni diasporunun təsirinə məruz qalırlar. Lakin son seçkidə Senat və Nümayəndələr Palatasındakı bəzi güclü ermənipərəst şəxslər kənarda qalıb. Bu da mühüm hadisədir. Respublikaçılarla bizim anlaşmamız daha yaxşı olur. Altı aydan çox vaxt var ki, sakitcə işlərimiz aparaq. Əlaqələrimizi quracağıq, danışıqlar aparacağıq. 25 ildir postsovet məkanında Azərbaycan qədər bütün tərəflərlə balanslı münasibət saxlayan ikinci dövlət tapmaq çətindir. Bunun əsası böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub və prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

 

“Avropa Parlamentinə dedik ki….”

“Hazırda Avropa İttifaqı, Avropa dövlətləri öz başının hayına qalıb”. Bu sözləri də N.Məmmədov deyib. O, bir müddət əvvəl “Brexit”in baş verdiyini xatırladıb: “Sanki böyük gəmiyə elə zərbə dəydi ki, ordan-burdan içəriyə su girir. Lakin Azərbaycanın daxili və xarici siyasət kursunun təməli güclüdür. Biz mürəkkəb regionda yerləşirik, amma bütün vektorlar üzrə əlaqələr qurmağı, saxlamağı bacarmışıq. AVRONEST məsələsində olduğu kimi, lazım olanda Avropa İttifaqına sözümüzü deyirik. AVRONEST məsələsindən sonra gəldilər, danışdıq. Dedik, yaxşı, işləməyə başlayırıq. AP ilə də həmçinin, problem olandan sonra dedik siz öz işinizlə məşğul olun, biz öz işimizlə məşğul olaq. Bizim ən əsas istədiyimiz Qarabağdır. Onlara dedik ki, ədalətli mövqe göstərməlisiniz. Bizim onlarla apardığımız danışıqların əsas mahiyyəti budur ki, biz sizin əlinizdə oyuncaq dövlət olmayacağıq. Sizin məqsədiniz isə budur ki, belə edəsiniz. Biz sizlə özəl əməkdaşlıq qurmuşuq və davam etmək istəyirik. Siz də istəyirsinizsə, davam edək, istəmirsinizsə, qalsın. Avropada Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan dövlətlər var. Biz bunu qəbul etmədik. Bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü öz əksini tapmalıdır. İndi Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair təklif vermişik. Bununla bağlı mandat ilin sonuna kimi verilə bilər. Belə bir plan var”.

 

Dağlıq Qarabağ münaqişəsinin həllində ləngimənin səbəbi

N.Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ləngimənin birinci səbəbi odur ki, dünyanın başı qarışıqdır. O bildirib ki, hazırda həmsədr ölkələr olan Rusiya, Fransa və ABŞ-ın başı özünə qarışıb: “ABŞ-da dörd ildən bir gedən seçki prosesi ən mühüm hadisədir. Bu cür seçki prosesi isə daha çətindir və ermənilərin əlinə fürsət verir. Bu il prezidentlərin iki görüşü oldu. Vyanada Azərbaycan üzərinə heç bir öhdəlik götürməmişdi.  Sankt-Peterburqda prezidentlər bəyanat verdi. O görüşdə mən də iştirak etmişdim. Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllinə ciddi maraq və səy göstərdiyini gördüm. Bu, bizi bir az ruhlandırdı. Putin sözünü deyəndə üstündə durandır. Biz gözləyirdik ki, bu, bir nəticə verəcək. Amma o tərəfdə də müəyyən işlər var və öz işləri də çoxdur. Proseslər davam edir. Con Kerrinin bəyanatı başqa yerlərdə də bənzər bəyanatların verilməsinə gətirib çıxardı. Bu, yaxşı hal deyil. Böyük dövlətlər ümumiyyətlə, dünyada nüfuz qazanmaq istəyirlərsə, kiçik ölkələrdəki münaqişələri ədalətli həll etməlidirlər. Bu, onlara güclü etimad yaradar. Böyük dövlətlər bu məsələdə uğur qazana bilmir, hansısa maraqlar razılaşma əldə etmələrinə mane olur. Biz mövqeyimizdə qalırıq. Nazirlərin dekabr görüşündə geniş fikir mübadiləsi aparılacaq”.

 

“Ərazilərimizi azad etmək hüququmuz qalır”

“Ermənilərin qondarma rejimin adını və “konstitusiya”sını dəyişmək cəhdi suda boğulanın saman çöpündən yapışması kimidir”. Bu sözləri də N.Məmmədov deyib. O bildirib ki, Ermənistan indiki ərazisi tarixi Azərbaycan torpaqları olub: “Bu, uzaq tarix deyil. Vaxtilə İrəvanda əhalinin 60 faizindən çoxu azərbaycanlı idi. Yer adlarının da hamısı Azərbaycan adları olub. O adların hamısını dəyişiblər. Amma adı dəyişməklə tarixi dəyişmək mümkün deyil. Gec və ya tez ədalət öz yerini tutacaq. Dünya bunu “Arsax” kimi qəbul edib, problemi belə yazmayacaq. Ermənilər özlərini ağıllı və hər şeyi bilən, başqa xalqlarla yola gedən kimi təqdim etsələr də, normal bir dövlət qurub, öz dövlətlərinin daxili və xarici siyasətlini müstəqil yürüdə bilmirlər. Kiminsə qolunun altında, qucağında olurlar. Ermənilər bütün dövlətlərdə yaltaqlıqla, ikiüzlülüklə mövqe qazanıblar. Buradakıları da qızışdırırlar ki, möhkəm olun, vətənpərvər olun”.

Ermənistan tərəfinin Azərbaycanın keçirdiyi hərbi təlimlərin danışıqlar prosesinin ruhuna zidd olması ilə bağlı mövqeyinə toxunan N. Məmmədovun sözlərinə görə, danışıqlar prosesi var deyə başqa işlər dondurulmalı deyil: “Mən öz ərazimdə öz ordumun təlimlərini keçirirəmsə, bu, niyə problem olmalıdır? Ermənistan Azərbaycanın işğal altındakı ərazisində 45 minlik ordu ilə təlim keçirir, əsl provokasiya budur. Onların iddiaları boş sözlərdir. Biz öz ordumuzu gücləndirməliyik. Ərazilərimizi azad etmək hüququmuz qalır. Bu hüquq BMT sənədlərində də göstərilir”. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ