Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixeil Saakaşvili vaxtından əvvəl parlament seçkisində iştirak etmək və bu ölkədəki siyasi elitanı dəyişmək üçün yeni siyasi qüvvə yaratmaq fikrində olduğunu bəyan edib.
Baki-xeber.com xəbər verir ki, o bunu, bunu noyabrın 11-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Saakaşvili bildirib ki, prezident Petro Poroşenko ölkədə vaxtından əvvəl parlament seçkiləri təyin etməlidir. O deyib ki, Poroşenko ölkədə islahatlar aparmaq üçün ondan düzgün istifadə etmədi: “Ukrayna potensalına görə ən əlverilşli Avropa ölkələrindən biridir. Vergini azaltmaq, biznesi azad etmək, insanlara azad inkişaf imkanı yaratmaq lazımdır, onda hər şey öz yerini tapacaq.
Ukrayna varlı ölkədir, amma bunun bəhrəsini yalnız hakimiyyətə olan bir qrup adam görür. Bütün pullar xaricdəki ofşorlarla onların hesablarına axır. Bizə ABŞ və Avropa kömək etməməlidir, biz özümüz güclü olmalıyıq”.
Ukraynada yeni siyasi partiya quracağını açıqlayan Saakaşvili qeyd edib ki, Ukraynada hakimiyyət dəyişməlidir, onda hər şey yerində olacaq, oğurular qanun çərçivəsində ciddi cəzalandırılacaq və biz onları bütün oğurlanmış pulları geri qaytarmağa məcbur edəcəyik. O, bildirib ki, Poroşenkoya o vaxt dönə bilər ki, vaxtından əvvəl seçki təyin etsin, ayrı cür onunla əlaqə mümkün deyil. Poroşenkonun onu ölkədən çıxara bilməsi ilə bağlı suala gəldikdə isə Saakaşvili bunları deyib: “O məni ölkədən çıxara bilməz, qoy buna cəhd etsin. Mən indi onun siyasətindən əziyyət çəkən Ukrayna xalqı ilə danışıram.
Gürcüstanda mənə qarşı korrupsiya ittihamı ilə iş açılıb, amma xaricdə mənə aid hesab, heç nə tapa bilməyiblər. Poroşenko deyir ki, mən gəlməyəm. Mən Kiyevə oxumağa gələndə, o da Moldovadan gəlmişdi və Moldova vətəndaşı idi. Onda hər ikimiz gəlməyik. O ukraynalıdır, mən də ukraynalıyam. Mən Ukrayna xalqını başda oturanların hamısından çox sevirəm. Ukraynada çoxlu və hər yaşda yaxşı vətənpərvər insanlar var. Odessada işləyəndə mən insanları müsabiqə ilə seçmişəm və onların heç birini tanımırdım. Oxuduğum dövrdə çoxlu dostlarım, tanışlarım olub, amma onlardan heç birini vəzifəyə təyin etməmişəm”.
Saakaşvili daha sonra deyib ki, parlamentdə biznesmen olmamalıdır, çünki belə olanda onlar başqalarına imkan vermirlər, biznesdə hamıya bərabər şərait yaradılmalıdır. O, sonda ki, hazırki ölkə rəhbərliyi Ukraynanı Avropada ən kasıb ölkəyə çevirib.
"Hədəfimiz növbədənkənar parlament seçkisinin keçirilməsidir. Partiyamıza parlamentdə bir dövrdən çox olanları, 2-3 ildən çox çox dövlət vəzifəsində olanları qəbul etməyəcəyik. Partiyamıza böyük iş adamlarının nümayəndələri olmayacaq. Biz iş dünyasına kömək edəcəyik, lakin iş dünyasının siyasətə və parlamentə girməsinə icazə verməyəcəyik" - deyə o bildirib.
Saakaşvili "Korrespondent" jurnalına müsahibəsində isə bəyan edib ki, Ukrayna Prezidenti Petro Poroşenko ona Baş nazir postunu təklif etmişdi: "Poroşenko mənə açıq şəkildə Baş nazir postunu təklif etdi. Baş nazir olsaydım, nə dəyişəcəkdi ki? Mən ora-bura qaçıb hansısa Qonçarenkodan (deputat Aleksey Qonçarenko - red.) mənim qanunuma səs verməyi xahiş etməliydim? Qonçarenko kimilərdən Radada 400 nəfərdir və onlar mənim hər hansı təklifimə səs verməyəcəkdilər".
Qeyd edək ki, Ukrayna Dövlət Başçısı Petro Poroşenko tərəfindən ölkəyə dəvət edilən və Ukrayna vətəndaşlığı verilən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 2015-ci il mayın 30-da Odessa qubernatoru olaraq təyin edilmişdi. Ancaq Saakaşvili ölkədə korrupsiya ilə mübarizə aparmaqda maraqlı olmadığını deyərək, bir neçə gün əvvəl vəzifəsindən istefa verib.