çərşənbə günü, 18 noyabr 2026
     

Azərbaycan XİN ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmağı gözləyir

Image


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi

- ABŞ-dakı seçki prosesi dövründə bir sıra dövlətlər və siyasətçilər ABŞ-dakı seçki prosesi barədə şərhlər verir, namizədlərin xeyrinə çıxışlar edir və mülahizələr yürüdürdülər. Amma seçkinin nəticələri fərqli oldu. Seçkilərin nəticələri barədə nə deyərdiniz?

- ABŞ-da keçirilən prezident seçkiləri prosesi dünyanın diqqətində olan məsələdir. Təbii ki, biz də təmkinlə seçki prosesini yaxından izləyir və müşahidə edirdik. Amma digər dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindəndir. Azərbaycan bu siyasətə ciddi surətdə əməl edir və digər dövlətlərdən də eyni münasibətin sərgilənməsini gözləyir. ABŞ-dakı prezident seçkilərində ABŞ vətəndaşları seçki hüququndan istifadə edərək öz siyasi iradələrini ortaya qoydular və seçkilərin nəticəsi məlumdur.

Dövlətimizin başçısı tərəfindən Amerika Birləşmiş Ştatları xalqının iradəsinin ifadəsi olaraq prezident seçilmiş cənab Donald Trampa qələbə münasibətilə səmimi təbrik məktubu ünvanlandı. Məktubda ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvarlığını ifadə edən Prezident İlham Əliyev ölkələrimizin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq etdiyini vurğuladı. Həmçinin, dövlətimizin başçısı tərəfindən ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkilərək yeni administrasiya dövründə ABŞ-ın bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunmuşdu.

- Bu əsasda ABŞ-dakı prezident seçkilərindən sonra Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivlərini necə görürsünüz?

- Dövlətimizin başçısı tərəfindən ABŞ Prezidentinə ünvanlanmış məktubda qeyd olunan istiqamətlər əslində Azərbaycan-ABŞ əlaqələrinin qarşıdan gələn illər ərzində perspektiv inkişaf sahələrini müəyyən edir. Azərbaycanın 25 illik müstəqillik dövründə iki ölkə arasında siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq və Azərbaycanın karbohidrogen resurslarının dünya bazarına çıxarılması, müasir dövrün hədə və təhdidləri, o cümlədən kütləvi qırğın silahları və onların komponentlərinin yayılmasının qarşısının alınması, beynəlxalq terrorizmə qarşı mübarizə kimi sahələrdə uğurlu əməkdaşlıq qurulub. ABŞ Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. Xüsusilə müstəqilliyimizin ilk illərində ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımı, azad bazar sisteminə keçidlə əlaqədar institusional dəstəyi və neft-qaz sektorunu əhatə edən irimiqyaslı strateji lahiyələrin həyata keçirilməsində əməkdaşlığımız tərəfimizdən yüksək qiymətləndirilir.

Hazırkı şəraitdə iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələr, yüksək texnologiyalar və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün səylərin artırılması vacibdir. Məsələn, son illərdə ABŞ-dan alınmış “Boeing” tipli təyyarələr Azərbaycanın hava şirkətlərinin təyyarə parkını genişləndirib. İlk Azərbaycan peyki də məhz ABŞ-da istehsal olunub. Milyard dollarla ölçülən bu sifarişlər ABŞ-da minlərlə yeni iş yerinin açılmasına və ya mövcud iş yerlərinin saxlanmasına xidmət edərək, özlüyündə ABŞ iqtisadiyyatına bir töhfədir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun ABŞ-da daşınmaz əmlaka yatırdığı investisiyaları var. 2014-cü ildən etibarən "Azərbaycan Hava Yolları" Bakı - Nyu York marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir. Bu uçuşlar turizm, humanitar və işgüzar sahələrdə fəallığa öz müsbət təsirini göstərir. Bu reyslə səfər edən ABŞ vətəndaşları sadələşdirilmiş qaydada hava limanında viza ala bilirlər.

Həmçinin, Azərbaycanın bilavasitə iştirakı ilə həyata keçirilən Cənub Qaz dəhlizi və Şərq-Qərb nəqliyyat dəhlizi kimi layihələr ABŞ şirkətləri üçün də əlverişli imkanlar vəd edir.

Ölkəmizdə həyata keçirilən köklü iqtisadi-maliyyə islahatları, iqtisadiyyatın şaxələndirilməsi və xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işləri nəzərə alaraq, ABŞ şirkətlərinin və investisiyalarının daha yaxından Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsinin stimullaşdırılmasına zərurət vardır. Nəzərə almaq lazımdır ki, seçkiqabağı kampaniyada yeni seçilmiş prezident Donald Tramp ABŞ iqtisadiyyatının inkişafını və tərəfdaşlarla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini prioritet vəzifələrdən biri kimi müəyyən edib.

Məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ı terrorizmə qarşı mübarizədə dəstəkləyən ilk ölkələrdən biri oldu və bu məqsədlə öz hava məkanını ABŞ və onun müttəfiqləri üçün açıq elan etdi. Etibarlı və təhlükəsizlik nəqliyyat dəhlizi kimi ötən müddət ərzində Əfqanıstandakı sülhyaratma əməliyyatı məqsədilə ABŞ və müttəfiqlər Azərbaycanın təmin etdiyi bu tranzit imkanlarından istifadə edirlər. Əfqanıstanda ABŞ və Azərbaycan əsgərlərinin çiyin-çiyinə beynəlxalq sülh naminə xidmətləri sülhyaratma əməliyyatları sahəsində əlaqələrimizin inkişafının göstəricisidir. Onu da yüksək qiymətləndiririk ki, müdafiə və hərbi təlim-tədris sahəsində ABŞ-la əməkdaşlıq nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin NATO üzv dövlətləri ilə operativ əməliyyat uyğunluğu ("interoperability") imkanları inkişaf edib.

Ümumiləşdirərək qeyd edə bilərik ki, qarşıdan gələn illərdə qarşılıqlı hörmət, anlaşma, bərabərlik və dialoq şəraitində əlaqərimizin siyasi, iqtisadi-ticarət, turizm və humanitar gündəliyinin və müasir dövrün hədə və təhdidləri, o cümlədən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımızın inkişafı üçün böyük və əlverişli perspektivlər var.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-dan gözləntisi nədən ibarətdir?

- Dövlətimizin başçısı tərəfindən ABŞ-ın yeni seçilmiş prezidentinə ünvanlanmış təbrik məktubunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi olaraq qeyd olunub. Məktubda Azərbaycanın Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyi, ərazilərimizin 20 faizinin işğal altında olduğu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü qeyd olunaraq, münaqişənin həllinə dair Azərbaycanın qəti mövqeyi bir daha ifadə olunub. Belə ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan da gözləntimiz ondan ibarətdir ki, hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq, digər həmsədr dövlətlərlə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırsın və nəticə etibarilə, regionda davamlı sülh, sabitlik və hərtərəfli regional əməkdaşlıq təmin olunsun.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ