Kaliforniyada Ronald Reyqan Fondunun keçirdiyi forumda çıxış edən ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq münaqişənin sona çatmaq üzrə olduğunu, lakin iki fundamental məsələnin hələ də həll olunmadığını bildirib.
Kelloq Donetsk bölgəsinin statusu və Zaporojye Atom Elektrik Stansiyasının gələcəyinin sülhə aparan prosesə əsas maneələr olduğunu bildirib: "Hədəfə çatmaq üçün qalan son 10 metr ən çətin olanıdır".
Nümayəndə bildirib ki, bu iki məsələdə razılığa gəlinərsə, digər məsələlər də tez bir zamanda həll edilə bilər.
Noyabr ayında verdiyi açıqlamada razılaşmanın "çox yaxın" olduğunu deyən Kelloq, Kiyevin çətin qərarlarla üzləşdiyini bildirmişdi.
TAHİR