Ermənistan bəzi ərazilərdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisinə nəzarət edir. Bu etirafı Ermənistan parlamentinin sədri Alen Simonyan səsləndirib.
"Xəritədəki yerləri sizə göstərməyimi istəyirsiniz?! Deyirəm ki, biz onların təxminən 110 kvadrat kilometrlik ərazisində yaşayırıq (məsələn, Tavuşda)… Və təxminən 200 kvadrat kilometrlik bizim ərazimiz də onların nəzarətindədir. Rəsmi olaraq deyirəm ki, hətta 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər də var", - deyə o bildirib.
Simonyan qeyd edib ki, bu məsələlər hazırda delimitasiya komissiyasının gündəliyindədir.
TAHİR