çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan Rusiyadan kompensasiya tələb edə bilər...

Image


Mehman İsmayılov: “…Məsuliyyəti öz üzərinə götürüb lazımı addımı atmalıdır”

Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən biri Azərbaycan Səfirliyinin ərazisinə düşüb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və hadisə ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına dəyən aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı, infrastruktura böyük zərər vurulduğu xatırlanıb.

Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.

Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

Qeyd edək ki, Rusiya Azərbaycanın notasına cavab verib.

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çepa “Azərbaycanın Kiyevdəki səfirliyinə hücum etmək niyyətimiz olmayıb. “İsgəndər” raketi yalnız hava hücumundan müdafiə zamanı diplomatik nümayəndəliyin ərazisinə düşə bilərdi”-deyə bildirib.

"Əgər bu həqiqətən də baş veribsə, təbii ki, heç kimin Azərbaycan səfirliyini atəşə tutmaq niyyəti olmayıb. Biz yalnız hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən infrastruktura, hərbi obyektlərə zərbələr endiririk. Bu, elektron müharibə və hava hücumundan müdafiə sistemləri işləyəndə də baş verə bilər. Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi müəyyən izahat verməlidir ki, bunu heç kim planlaşdırmayıb”, - Çepa qeyd edib.

Azərbaycanın Rusiyadan kompensasiya tələb etmək hüququ varmı?

“Gözləmirəm ki, Rusiya bu hadisəni boynuna alacaq və kompensasiya ödəyəcək”

Politoloq Mehman İsmayılov baki-xeber.com-a bildirdi ki, Rusiyanın Azərbaycanın Ukrayna ərazisindəki struktirlarına vurduğu zərbə ilk deyil. M.İsmayılov qeyd etdi ki, bizim səfirliyə və konsulluğa bundan əvvəl də Rusiyanın vurduğu zərbələri unutmamışıq. “Bizim Ukraynanın ərazisində olan enerji strukturlarımıza, SOCAR-ın yanacaqdoldurma məntəqələrinə, nasos stansiyalarına vurduğu zərbələr yadımızdadır. Rusiya bütün dünyaya qorxu ixrac etmək siyasəti aparır, xüsusilə də post-sovet məkanında olan respublikalara qarşı. Aydındır ki, səfirliyimizə qarşı təxribat törədilib. Məhz buna görə Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyaya kəskin nota ünvanlayıb. Ancaq Rusiya aqressiv, bütün beynəlxalq qanunların ziddinə siyasət aparır. Rusiyaya isbat edə biləcəyikmi ki, onlar birbaşa bizim səfirliyimizə istiqamətlənən zərbə vurublar? Rusiyanın TASS informasiya agentliyi artıq xəbər yayıb ki, bizim səfirliyin binasına dəymiş zərərin guya səbəbi Rusiyanın birbaşa ballistik raketlə vurduğu zərbə deyil, Ukraynanın hava hücumundan müdafiə sistemi olan "Patriot" sisteminin qalıqlarıdır. Rusiya dövlət ərkanından kənar, etdiyi cinayətləri boynuna almayan, dezinformasiya və feyki tirajlayan bir ölkədir”.

Rusiyanı idarə edənlərin heç birinin dövlət məfkurəsi, dövlətçilik fəlsəfəsi olmadığını deyən M.İsmayılovun sözlərinə görə, bu ölkə özünü beynəlxalq qanunlardan kənar aparan bir dövlətdir. “Azərbaycanın apardığı müstəqil siyasət, Azərbaycanın əldə etdiyi uğurlar, Türkiyə-Azərbaycan birliyinin günü-gündən intensiv şəkildə inkişaf etməsi, Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsi, bu yaxınlarda 15 NATO dövlətinin nümayəndələrinin Azərbaycana səfəri və cənab Prezidentlə görüşməsi, Azərbaycan Prezidentinin Azərbaycan ordusunun NATO standartlarına keçirilməsi məsələsini bəyan etməsi, türk dünyasının birləşdirilməsində Azərbaycanın oynadığı əsas mərkəzi fiqur rolu, Türküstan respublikalarının Rusiyanın işğalçılıq pəncəsinin altından Azərbaycan, Zəngəzur dəhlizi vasitəsilə dünyaya çıxarılması, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın Rusiyanın işğalından dartılıb çıxarılması, əlbəttə ki, bu ölkənin işğalçılıq planlarının ziddinə olan hərəkətlərdir.

Rusiya müqavimət göstərir. O, Ukraynada uduzmağını həzm edə bilmir. Azərbaycanın müstəqil siyasətini həzm edə, uda bilmir. Ona görə də bu cür qanunsuz, heç bir qonşuluq, strateji tərəfdaşlıq münasibətləri çərçivəsinə sığmayan hərəkətlər edir. Əlbəttə ki, biz Azərbaycan vətəndaşları kimi yüz faiz əminik ki, Azərbaycanın Səfirliyinə zərbə qəsdən vurulub. Bunu Rusiyanın boynuna alacağını, atdıqları addımların müqabilində təzminat ödəyəcəyini gözləmək sadəlövhlük olardı. Əslində isə Rusiya bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb lazımı addımı atmalıdır. Amma təəssüf ki, bunu edəcəyinə inanmaq çətindir. Çünki 2024-cü ilin dekabrında Azərbaycanın sərnişin təyyarəsi Rusiya ərazində Qroznı səmasında vuruldu, bu hadisəni Rusiyanın boynuna alması üçün 11 ay zaman gərək oldu. Orada təkzib olunmuş faktlar ortada ikən ən cəfəng variantlar irəli sürülürdü, özü də Putin səviyyəsində. Deyirdilər ki, sərnişin təyyarəsi quş sürüsü ilə toqquşub, oksigen balonu partlayıb, sərnişin təyyarəsinin pilotları yanlış qərar veriblər və sair. Rusiyanın danışdığı nağıllar ortada idi. Putinin gerçəkdən də Azərbaycan Prezidentinin və Azərbaycan xalqının qarşısında üzr istəməsi, kompensasiya ödəniləcəyi öhdəliyini üzərinə götürməsinə 11 ay zaman lazım oldu. Rusiya indiyə kimi etdiyi hansı cinayəti boynuna alıb ki, indi Ukraynadakı Səfirliyimizə vurduğu ziyanı boynuna alsın? Hər kəs bilir ki, Rusiya post-sovet məkanını öz dədə-babasının arxa baxçası sayır və bu dövlətlərə təzyiq edir. Amma bütün bunlar hamısı Rusiyanın özünün əleyhinə çevriləcək faktorlardır. Gözləmirəm ki, Rusiya bu hadisəni boynuna alacaq və kompensasiya ödəyəcək”-deyə M.İsmayılov qeyd etdi.

Əli TURABOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ