çərşənbə günü, 30 sentyabr 2026
     

Diaspor şanlı Zəfərin sədasını bütün dünyaya yaydı...

Image


Vətən müharibəsində qazanılan şanlı Qələbənin beşinci ildönümü, Azərbaycanla yanaşı, ölkə sərhədlərindən çox kənarda da xüsusi qeyd edildi. Bu, həm də Azərbaycan diasporunun, lobbisinin uğurlu fəaliyyəti kimi yeni tariximizə yazıldı.

Ölkəmizin xaricdəki soydaşlarının təşkilatlanması, milli maraqların müdafiəsi və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği baxımından bu tədbirlər mühüm rol oynadı.

Müxtəlif ölkələrdə uğurla reallaşan fəaliyyət

Həmin tədbirlərdən biri Londonda təşkil olunan “Zəfər Salnaməsi” oldu. Tədbir Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. Diaspor fəalı və “Bülbül Azərbaycan dili” kitabının müəllifi Emiliya Cəbrayılova bu tədbirin yalnız tarixi bir anı xatırlamaq deyil, həmçinin xalqımızın qürur, qəhrəmanlıq və birliyini təntənə ilə qeyd etmək məqsədi daşıdığını bildirib. Tədbirdə Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyənin bu ölkədəki səfiri Koray Ertaş, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva çıxış edərək, xalqımızın əzmkarlığı, həmrəyliyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Vətən müharibəsində tarixi Qələbənin qazanıldığı vurğulanıb. Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin və Azərbaycan-Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün təşkilatçılığı, Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Gelzenkirxen şəhərində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev çıxış edərək, Zəfər Gününün tarixi ədalətin və beynəlxalq hüququn bərpası, milli birliyin və gələcəyə inamın rəmzi olduğunu vurğulayıb. Bayrağın xalqın milli kimliyinin rəmzi və qürur mənbəyi olduğunu qeyd edən Z.Əliyev Vətən müharibəsində tarixi Qələbə sayəsində bu gün üçrəngli şanlı Bayrağımızın Azərbaycanın hər guşəsində, o cümlədən Şuşada, Laçında, Xocalıda, Xankəndidə qürurla dalğalandığını diqqətə çatdırıb. O, diaspor gənclərinin bu istiqamətdə tarixi həqiqətlərə və real faktlara söykənən maarifləndirici fəaliyyətinin önəmini qeyd edərək, bu sahədə görülən işlərə fəal dəstəyin davam etdiriləcəyini bildirib.

Azərbaycan–Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün sədri Günay Hüseynova icmalar arasında mədəni əməkdaşlığın və həmrəyliyin önəmini qeyd edib. Diaspor fəalı Samirə Kərimova isə informasiya mühitində faktların diqqətə çatdırılmasının və təbliğinin əhəmiyyətini xüsusi vurğulayıb. ABŞ-ın Kolorado ştatında yaşayan azərbaycanlılar 8 Noyabr – Zəfər Günü münasibətilə “Rocky Mountain” dağlarına yürüş ediblər. Yürüşün əsas məqsədi Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbəni xatırlamaq, Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini anmaq və ABŞ-da yaşayan soydaşlarımız arasında milli həmrəylik ruhunu möhkəmləndirmək olub.

Azərbaycan icmasının gəncləri üzvlərinin də qatıldığı yürüşdə iştirakçılar Azərbaycan Dövlət Bayrağını qürurla dalğalandırıb, Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb, “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Bu təşəbbüs həm Koloradoda, həm də ABŞ-ın digər ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin möhkəmlənməsinə, eləcə də gənc nəsildə milli kimliyin qorunmasına xidmət edib. Yürüşə soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin5 nümayəndələri də qoşulub. Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Azərbaycanın Moldovadakı səfirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib. Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edib, bu tarixin milli birlik və ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Çex Respublikasındakı səfirliyi tərəfindən Praqa şəhərində təntənəli mərasim keçirilib. Mərasimdə Çexiyanın ictimai-siyasi, elmi və işgüzar dairələrinin nümayəndələri, Praqada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, media nümayəndələri və diaspor təşkilatlarının təmsilçiləri olmaqla, ümumilikdə 100-dək qonaq iştirak edib. Keniyanın paytaxtı Nayrobi şəhərində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə şanlı Zəfər Gününə, həmçinin ölkəmizin inkişafına həsr edilmiş videoçarxlar nümayiş olunub və Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfir Rəhman Mustafayev və baş konsul vəzifəsini icra edən Anar Yusifzadə çıxışlarında 8 Noyabr – Zəfər Gününün Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıdığını, bu Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqın birliyi, Ordunun qəhrəmanlığı və ölkənin iqtisadi qüdrəti sayəsində qazanıldığını vurğulayıblar. Bu və digər tədbirlər Azərbaycan diasporunun dünyada artan nüfuzunun, uğurlu fəaliyyətinin mühüm göstəricisidir.

Məlumat texnologiyalarından və sosial mediadan səmərəli istifadə

Proseslər göstərir ki, Azərbaycan diasporu son illərdə öz fəaliyyətinin məzmun və miqyasını xeyli genişləndirib. Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra aparılan təbliğat kampaniyaları bunun bariz nümunəsidir. Dünyanın müxtəlif ölkələrində – ABŞ, Fransa, Almaniya, Türkiyə, Rusiya və digər dövlətlərdə yaşayan azərbaycanlı icmalar erməni təxribatlarına qarşı informasiya mübarizəsində fəal iştirak edir, Azərbaycanın haqlı mövqeyini beynəlxalq media və ictimaiyyətə çatdırır. .

Bununla yanaşı, diaspor fəaliyyəti artıq yalnız siyasi-təbliğat yönümlü deyil, həm də mədəni, iqtisadi və humanitar istiqamətlərdə genişlənməkdədir. Xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, mədəniyyət mərkəzləri, bazar iqtisadiyyatı üzrə biznes şəbəkələri və təhsil layihələri ölkəmizin beynəlxalq imicinə töhfə verir. Parisdə, Berlində, Londonda, Nyu-Yorkda və digər şəhərlərdə keçirilən “Azərbaycan Mədəniyyəti Günləri”, “Xarıbülbül Festivalı” və “Azərbaycan Kinosu Həftəsi” kimi tədbirlər xarici ictimaiyyətin diqqətini ölkəmizə yönəldir. Diaspor quruculuğunun mühüm istiqamətlərindən biri də məlumat texnologiyalarından və sosial mediadan səmərəli istifadədir. Hazırda Azərbaycan diaspor təşkilatları “Facebook”, “X”, “Instagram”, “YouTube” kimi platformalarda aktivdir. Onlar yalnız məlumat paylaşmaqla kifayətlənmir, həm də ictimai rəyin formalaşmasında, təhrif olunmuş məlumatlara qarşı mübarizədə vacib rol oynayırlar. Qarabağın azad edilməsindən sonra diaspor fəaliyyətinin yeni prioritet istiqamətləri müəyyənləşdirilib. Artıq əsas məqsəd təkcə Azərbaycanın mövqeyini müdafiə etmək deyil, həm də postmüharibə dövrünün reallıqlarını və regionda sülh təşəbbüslərini dünyaya çatdırmaqdır. Azərbaycan diasporu bu mərhələdə “qalib xalq” obrazını formalaşdırmaq, ölkənin yenidənqurma və barış siyasətini beynəlxalq aləmdə təbliğ etmək kimi mühüm missiya daşıyır. Gələcək perspektivlər baxımından Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsi, xüsusilə iqtisadi və elmi əməkdaşlıq yönümlü layihələrin artırılması prioritet sayılır. Xaricdəki azərbaycanlı iş adamlarının birgə investisiya platformalarının yaradılması, diasporun yerli biznes mühitinə cəlbi və “diaspor diplomatiyası”nın gücləndirilməsi qarşıdakı illərin əsas hədəflərindəndir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ