çərşənbə günü, 30 sentyabr 2026
     

İctimai və dövlət maraqlarının beynəlxalq xeyriyyəçilik fəaliyyətləri ilə müdafiəsində Azərbaycan təcrübəsi...

Image


Müasir dünyada dövlətlərin, xalqların maraqlarının qorunması təkcə siyasi və iqtisadi vasitələrlə deyil, həm də humanitar, xeyriyyəçilik fəaliyyətləri ilə həyata keçirilir.

Qloballaşma prosesləri, sosial bərabərsizlik və regional münaqişələr şəraitində beynəlxalq xeyriyyəçilik aktları cəmiyyətlər arasında həmrəyliyin güclənməsinə, sülh və sabitliyin bərqərar olmasına xidmət edir. Bu mənada xeyriyyəçilik sadəcə humanist bir addım deyil, həm də dövlət siyasətinin, milli imicin və ictimai maraqların müdafiəsinin effektiv alətinə çevrilir.

Ölkəmizin beynəlxalq humanitar fəaliyyətləri Heydər Əliyev Fondunun genişmiqyaslı xeyriyyəçilik proqramları ilə sıx bağlıdır

Beynəlxalq xeyriyyəçilik aktları dedikdə, bir dövlətin, təşkilatın və ya şəxsin digər ölkələrdə və ya beynəlxalq səviyyədə həyata keçirdiyi sosial-humanitar təşəbbüslər nəzərdə tutulur. Bu fəaliyyətlər adətən təhsil, səhiyyə, mədəni irs, ekoloji problemlər və qaçqınlara yardım kimi istiqamətləri əhatə edir. Belə təşəbbüslər, bir tərəfdən, ehtiyacı olan cəmiyyətlərə dəstək göstərir, digər tərəfdən isə donor ölkənin beynəlxalq imicini gücləndirərək onun humanist və məsuliyyətli dövlət kimi qəbul olunmasına şərait yaradır.

Azərbaycan bu sahədə nümunəvi təcrübəyə malikdir. Ölkənin beynəlxalq humanitar fəaliyyəti Heydər Əliyev Fondunun genişmiqyaslı xeyriyyəçilik proqramları ilə sıx bağlıdır. Fondun təşəbbüsü ilə dünyanın müxtəlif bölgələrində məktəblər, xəstəxanalar, uşaq evləri və mədəniyyət abidələri bərpa edilmişdir. Vatikanda, Parisdə, Pakistanda, İndoneziyada və digər ölkələrdə həyata keçirilən bu layihələr yalnız humanitar məqsədlərə xidmət etmir, həm də Azərbaycanın sülhsevər, tolerant və humanist dövlət imicini möhkəmləndirir. Bütün bunlar fonunda təsadüfi deyil ki, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub. Xatırladaq ki, həmin səfər zamanı Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb. Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib. Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib. O, Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib. Xatırladaq ki, Mehriban Əliyeva Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Elə bu fonda İtaliyanın “Eurasiaticanews” portalı yazır ki, Azərbaycanın birinci vitse-prezidenti Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib, həyata keçirilmiş bərpa işlərlə tanış olub. Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə 2021-ci il martın 4-də imzalanıb. “Eurasiaticanews” portalı yazır ki, konservasiya işləri Kommodilla katakombalarını inkişaf etdirmək məqsədi daşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün yaşıl məhsulların istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsulların konsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasının istifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalar əsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallar yeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib. Vurğulanır ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

Ukrayna uşaqların reabilitasiyasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

Beynəlxalq xeyriyyəçilik aktlarının ictimai maraqlara xidmət edən mühüm tərəfi isə onun sosial həmrəylik və mənəvi birliyi gücləndirməsidir. Bu fəaliyyətlər vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və könüllü hərəkatların inkişafına təkan verir. Xeyriyyəçilik təşəbbüsləri vasitəsilə cəmiyyətin müxtəlif təbəqələri bir məqsəd ətrafında birləşir – insanlara yardım etmək və ümumi rifahı artırmaq. Bu da öz növbəsində dövlətin dayanıqlı sosial siyasətinin tərkib hissəsinə çevrilir.

Digər tərəfdən, beynəlxalq xeyriyyəçilik fəaliyyəti milli-mədəni dəyərlərin dünyaya tanıdılmasına imkan yaradır. Beynəlxalq xeyriyyəçilik aktları həm də qlobal təhlükəsizlik və sülhün qorunmasına mühüm töhfə verir. Münaqişə və təbii fəlakət bölgələrində həyata keçirilən humanitar yardım proqramları insanların həyat şəraitinin yaxşılaşdırılmasına, gərginliklərin azaldılmasına və qarşılıqlı inamın bərpasına xidmət edir. Azərbaycan son illərdə bu istiqamətdə də fəal mövqe nümayiş etdirir – Qəzzaya, Ukraynaya, Əfqanıstana və digər bölgələrə göndərilən humanitar yardımlar bunun bariz nümunəsidir. Ukraynanın İrpen şəhər merinin səlahiyyətlərini icra edən Anjela Makeyeva Azərbaycanın bu sahədə addımlarını yüksək qiymətləndirir: “Bu günlərdə Bakı şəhərinə işgüzar səfərdən qayıtmışam. Ölkəmizə, eləcə də qəhrəman şəhərimiz İrpenə göstərdikləri dəstəyə görə Azərbaycan xalqına və hökumətinə səmimi minnətdarlığımı bildirirəm. Biz Azərbaycan və Ukrayna hökumətləri arasında imzalanma mərhələsində olan dörd layihəni müzakirə etdik. Bunlar dörd mühüm obyekt - Mədəniyyət Evi, çoxmənzilli yaşayış binası, uşaq və uşaq-gənclər idman məktəbi, həmçinin incəsənət mərkəzi olacaq.Layihələrin icrası ilə bağlı Ukrayna tərəfindən razılaşdırılmış bütün sənədlər artıq Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim olunub. Ümid edirik ki, yaxın vaxtlarda bu layihələrin icrasına başlaya biləcəyik”. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev isə bildirib ki, Ukrayna uşaqların reabilitasiyasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Onun sözlərinə görə, həyata keçirilən proqram Kiyev və ukraynalı uşaqlar üçün böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu günlərdə Ukraynadakı müharibədən əziyyət çəkən daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib. Ümumilikdə, 260-dan çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib. Bütün bunlar həm də onu göstərir ki, dövlətlər üçün beynəlxalq səviyyədə münasibətlərin inkişafı yalnız diplomatik danışıqlarla deyil, həm də humanitar jestlərlə reallaşır. Bu jestlər bəzən rəsmi diplomatik addımlardan daha çox təsir gücünə malik olur, çünki onlar xalqların hisslərinə və dəyərlərinə toxunur. Nəticə etibarilə, ictimai və dövlət maraqlarının beynəlxalq xeyriyyəçilik aktları ilə müdafiəsi çağdaş dövrdə effektiv və zəruri vasitədir. Belə fəaliyyətlər həm cəmiyyətin mənəvi dəyərlərini gücləndirir, həm də dövlətin beynəlxalq nüfuzunu möhkəmləndirir. Azərbaycan bu sahədə formalaşdırdığı humanitar diplomatiya modeli ilə göstərir ki, xeyriyyəçilik təkcə yardım deyil, həm də strateji düşünülmüş dövlət siyasətidir. Bu siyasət sülhün, tolerantlığın və qarşılıqlı anlaşmanın yayılmasına xidmət etməklə yanaşı, milli maraqların müdafiəsi üçün ən zərif, lakin ən təsirli yoldur.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ