çərşənbə günü, 30 sentyabr 2026
     

Avropa Siyasi Birliyinin əvvəlki 6 sammiti və İlham Əliyevin prinsipləri...

Image


Avropa liderlərinin Kopenhagen görüşü dünyanın xüsusi diqqət mərkəzindədir. Burada əslində iki ayrı sammit keçirilir. Bu sammitlər Danimarkanın paytaxtı və Olborq şəhərində dronların hava məkanını pozmasından sonraya təsadüf edir. İsveç və Almaniya qonşularını dronlara qarşı əlavə qoruma ilə təmin edib.

İlk sammitdə Ukraynaya dəstək verməklə Avropanın müdafiəsinin gücləndirilməsi müzakirə olunub. Burada Avropa İttifaqının 27 üzv dövlətinin liderləri sammitdə iştirak edib. Avropa Komissiyasının müzakirəyə yolladığı sənəddə blokun növbəti beş ildə üstünlük verdiyi hərbi layihələr qeyd edilir. Oktyabrın sonunda daha ətraflı yol xəritəsi razılaşdırılmalıdır. Sənəddə qitənin müdafiəyə dərhal və daha çox vəsait ayırmasının vacibliyi vurğulanır. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzü, kiberhücumlardan hava məkanının pozulmasına qədər üzv dövlətlərə qarşı məsuliyyətsiz təxribatların artdığı bildirilir. Sənəddə Brüsselin maliyyələşdirməli olduğu dörd əsas layihə qeyd olunur: Avropa Dron Divarı, Şərq Cinaha Nəzarət, Hava Müdafiə Qalxanı və Müdafiə Kosmik Qalxanı. İlk iki layihənin vacibliyi, sürətlə irəli aparılmalı olduğu vurğulanır. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen komissiyanın Ukraynanın dron istehsalına 2 milyard avro ayırmağa razılaşdığını deyib. Oktyabrın 2-də isə Aİ liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin sammitində bir araya gəliblər. Bu, Aİ-nin rəsmi toplantısı olmadığı üçün Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə də dəvət göndərilib. Ötən ilin oktyabrında Gürcüstanda mübahisəli parlament seçkilərindən sonra Brüssel Tiflis ilə yüksəksəviyyəli siyasi əlaqələri kəsib. Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan da toplantıda iştirak ediblər. Qeyd edək ki, bu, Avropa Siyasi Birliyinin sayca 7-ci sammitidir. Avropa Siyasi Birliyi özü 2022-ci ildə siyasi və strateji diskussiyalar üçün təsis edilmiş hökumətlərarası təşkilatdır. Layihənin məqsədi bütün Avropa ölkələrinin siyasətlərinin əlaqələndirilməsi platformasını yaratmaq və qitədə təhlükəsizlik, sabitlik və Avropanın inkişafı, xüsusən ötən ilin ortalarında Ukraynada müharibə ilə əlaqədar başlayan dərin enerji böhranından sonra vəziyyətin müzakirəsi üzrə ümumi maraq doğuran məsələlərdə siyasi dialoqa və əməkdaşlığa kömək etməkdir. Avropa Siyasi Birliyinə Aİ-nin üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir. Avropa Siyasi Birliyinin ilk toplantısı 2022-ci ilin oktyabrında Praqada keçirilib. Həmin sammitdə prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının o vaxtkı prezidenti Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüş olmuşdu. Yeri gəlmişkən, Makron danışıqlar masasına özünü son dəqiqələrdə daxil etmişdi. İlk Zirvə toplantısında dövlət başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Məhz həmin tədbir çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Burada Makronla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edildilər. Bu, Azərbaycan üçün mühüm uğur ldu. 2023-cü ilin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sayca ikinci zirvə toplantısı keçirilib. Həmin zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Həmin vaxt masaya yenə Fransa prezidenti özünü dürtüşdürə bilmişdi. Almaniyanın hazırda sabiq olan Federal kansleri Olaf Şolts da burada iştirak edirdi. Azərbaycan dövləti vasitəçilik missiyasında Mişellə yanaşı, Makronun, daha sonra Şoltsun təmsilçiliyinə xüsusi etiraz etməmişdi. Makron burada vasitəçilik yox, konkret tərəf tutdu. Bu, Avropa Siyasi Birliyinin ikinci zirvə toplantısına ciddi xələl gətirdi. Qurumun 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilmiş sammitində Qərbin müəyyən dairələrinin ermənipərəstlik xətti özünün pik həddinə çatdı. Həmin vaxt Azərbaycan Qranada toplantısı çərçivəsindəki görüşə razılıq verdi. Amma bir şərtlə ki, danışıqlar masasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yer almalıdır. Lakin buna etitaz edilməsi fonunda Azərbaycan lideri tədbirə qatılmaqdan imtina etdi. Nəticədə Mişel, Makron, Şolts və Paşinyan Qranada Azərbaycanın iştirakı olmadan birgə bəyanat qəbul etdilər. O vaxt “Politico” yazırdı ki, Avropanın 50-yə yaxın ölkəsinin liderlərinin, onların köməkçilərinin və digər rəhbər şəxslərinin, həmçinin yüzlərlə jurnalistin qatıldığı Avropa Siyasi Birliyinin üçüncü zirvə toplantısı fiaskoya uğradı. Nəşrin bildirdiyinə görə, toplantıya yığışanlar Avropanın astanasında olan münaqişələrin, yaxud hansısa digər regional problemin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. “Politico” yazırdı ki, üçüncü zirvə toplantısı Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyinə dair strateji söhbətlər aparmaq imkanı kimi təqdim edilib. Avropa liderləri ABŞ-ın Ukraynaya yardımı ilə bağlı narahatlıqlar fonunda, Avropanın dəstəyini hiss etdirmək üçün Qranadada olan Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafında dolaşsalar da, əsas oyunçuların olmaması səbəbindən, digər münaqişələrdə irəliləyiş əldə edə bilmədilər. Nəşrin diqqət yetirdiyi başlıca məqamlardan biri Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü zirvə toplantısında iştirak etməməsi idi. Bu isə “Politico”nun fikrincə, Qarabağdakı o vaxtkı vəziyyətin həlli üçün hərəkətə keçmək ümidlərini puça çıxardı. Nəşr bildirirdi ki, Azərbaycan Fransanı danışıqlarda qərəzli olmaqda ittiham etdiyindən, prezident İlham Əliyev Qranadaya getmədi.

Avropa Siyasi Birliyinin 4-cü zirvə toplantısı isə İngiltərənin Oksfordşir bölgəsində yerləşən Blenheim sarayında keçirilib. Azərbaycan lideri burada təmsil olundu. Burada diqqət mərkəzinə gələn o oldu ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan Avropa Siyasi Birliyinin zirvə toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı. Həmin vaxt diqqətə çatdırıldı ki, Rusiya–Ukrayna müharibəsinə görə Avropanın özünün enerji təhlükəsizliyini təmin etdiyi vasitələr məhdudlaşıb. Bu da Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyi sahəsində əlavə olaraq böyük gərginlik yaradır. Məhz burada Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol ön plana gəldi. Avropa Siyasi Birliyinin 4-cü zirvə toplantısında iştirak edən prezident İlham Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün önəminin bariz nümunəsi oldu. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlət başçısının çıxışı da rəğbətlə və maraqla qarşılandı. Avropa Siyasi Birliyinin beşinci toplantısı Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutub. Sammit iştirakçıları Ukraynadakı vəziyyət və Yaxın Şərqdə davam edən eskalasiya, qeyri-qanuni miqrasiya, o cümlədən iqtisadi təhlükəsizlik və enerji, nəqliyyat, informasiya texnologiyaları və qlobal ticarətdə əlaqələrlə bağlı mövzular da daxil olmaqla, Avropa təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Azərbaycan lideri bu tədbirə qatılmayıb. Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı Albaniyanın paytaxtı Tiranada keçirilib. Azərbaycan prezidenti İlham Əliyev burada iştirak edib. Zirvədə iştirak edən ölkələrin liderlərinin prezident İlham Əliyevlə görüşmək üçün növbəyə dayanması, Azərbaycanın nəinki Avropada, hətta dünya birliyində söz sahibinə çevrildiyindən xəbər verirdi. Zirvə toplantısı çərçivəsində diqqət çəkən məqamlardan biri də daim Azərbaycan əleyhinə danışan, ölkəmizə qarşı təhdidlər və qərəzli fikirlər səsləndirən Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevlə səmimi görüşməsi oldu. Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı bir daha sübut etdi ki, Azərbaycan Avropa İttifaqının layiqli, etibarlı və strateji əhəmiyyət daşıyan tərəfdaşlarından biridir. Tirana görüşündə Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə görüşdü. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 22:43
İraqda 23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları bölgədən çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ