Cümə günü, 02 oktyabr 2026
     

İranı və Ermənistanı “3 bayram birləşdirir” - qəribəliklər...

Image


Məhərrəm Zülfüqarlı: “İran İslam Respublikasının mənsubu olan bir şəxsin qədim dövrə baş vurub bu cür bayramların “ermənilərlə farsların ortaq bayramları” olduğunu iddia etməsi İranın zəifliyini göstərir”

Cənubi Qafqaza gəlmə olan ermənilərin özlərini hind tayfalarına qohum saydıqları məlumdur. Ermənilər deməsələr də, bir çox hallarda İran rəsmiləri ermənilərlə farsların genetik olaraq yaxın olduqlarını iddia edirlər. Hətta bəzən müştərək tarixi, mədəniyyəti paylaşdıqlarını da bəyan edirlər. Tarixdə daha çox Hindistan qaraçıları kimi qeyd edilən hay-erməni tayfalarının farslarla əlaqəsi iddia olunur.

İranın Xarici işlər naziri Abbas Əraqçi məqaləsində yazıb ki, farslarla ermənilərin üç ortaq bayramı var: “...Mehreqan, Navasard və Vardavar kimi iki xalqın ortaq bayramları, eləcə də İranda nəsillər boyu inkişaf edən fəal erməni icmasının mövcudluğu və təbii ki, İran və Ermənistanın bir-birinə qarışmış tarixi iki xalqın birgəyaşayışının parlaq təzahürləridir”.

Əraqçi dediyi hansı bayramlardır ki, ermənilərlə farsları birləşdirir?

İranın Xarici işlər nazirinin məqaləsində qeyd etdiyi hər üç bayramın mənşəyini araşdırdıq. Maraqlıdır ki, sözügerdən bayramların heç birində “ermənilərlə farsların ortaq bayramıdır” ifadəsinə rast gəlmədik. Mövcud platformalarda onların heç birinin ermənilərlə farsların ortaq bayramı olduğu qeyd edilmir. Belədirsə, bəs İran rəsmisi niyə belə bir iddiada bulunub?

Başlayaq Mehreqan bayramından. Zərdüştlüklə bağlıdır.

Qeyd olunana görə, Mihrican bayramı və ya Mehreqan İran xalqlarında (bəluclar, farslar və s.) və zərdüştilikdə müqavilə, dostluq və sevgi ilahı Mehrin şərəfinə keçirilən bayramdır. Mihrican təqvim ilinin 196-cı günü ilə üst-üstə düşür. Təqvim ilinin başlanğıcı adətən Novruz bayramı günü (21 mart) götürülür və Mihrican bayramı 2 oktyabra təsadüf edir.

Maraqlıdır, bəzi mənbələrə görə, bu bayram vaxtilə Azərbaycanda da qeyd olunub. Mihrican bayramı Azərbaycanda son illərə qədər ilin əmək qələbəsi, ilin yekunu bayramı - məhsul bayramı kimi qeyd olunub. Mihrican bayramı həmişə payız fəslində, məhsul yığımından sonra keçirilmişdir. Bayram günlərində müxtəlif mərasim oyunları və tamaşaları göstərilər, qədim əmək nəğmələri oxunardı. Təntənəli günlərin "Ali Mihrican" adlanan altıncı günü böyük bayrama çevrilir, orada zorxana və atüstü oyunları, oxatma və idman yarışları keçirilirdi. Qonum-qonşu bir-birini təbrik edir, topladıqları məhsuldan pay verir, hər evdə meyvə (xüsusilə narıngi və nar) və şirniyyat süfrəsi açılır, həftə bazarları təşkil edilirdi.

Zərdüşti təqvimi hər ay 30 gün olmaqla 12 aydan ibarət, 365 günə bölünən günəş təqvimidir. Hər ayın, hər günün öz adı var.

Günün adı ayın adı ilə üst-üstə düşürsə, bu, əlverişli hadisə hesab olunur. Bu günləri qədim müqəddəslər qeyd edirdilər. Mehraq (Mehriqan) bayramına gəlincə, hər ayın 16-sı Mehr adlanır və əgər bu Mehr ayına (Mehr ruz və Mehr-Mah- Mehr günü və Mehr ayına) təsadüf edirsə, Mehraq bayramı çadırlı bayram kimi qeyd olunur.

Burda, gördüyünüz kimi, ermənilərin adı çəkilmir, farsların, bəlucların ortaq bayramı olduğu yazılır, hətta bunun nə zamanlarsa Azərbaycanda keçirildiyi yazılır.

Navasard bayramının isə Ermənistanın mühüm bayramı olduğu və hər il avqustun 11-də qeyd olunduğu bildirilir. “Qədim erməni salnamələrində” iddia edilir ki, guya eramızdan əvvəl 2492-ci ildə “ermənilərin əcdadı” Hayk Beli məğlub edərək, öz nəslinə azad yaşamaq və inkişaf qapısını açıb. Ermənilərin uydurmasına görə, Hayk Nahapet ( guya erməni xalqının patriarxı, Haykazuni kral sülaləsinin banisi olub) kimi tarixə düşmüş Hayk Axnavor (Oxatan Hayk) Dyutsaznamart döyüşündə Assuriya tiranı Belin qoşunlarını məğlub edib.

Ümumiyyətlə, bunun uydurma olduğunu bilirik. Bayram haqda yazılan məlumatda onun farslarla da bağlı olduğu haqda hər hansı bir məlumat tapmadıq. Burda yalnız ermənilərin olmayan qədim ənənələrindən danışılır.

Vardavar və ya Vartavara gəlincə, bu, Ermənistanda insanların bir-birini su ilə islatdıqları festivaldır.

İnternet platformalarında yazılanlara görə, Vardavarın tarixi bütpərəstlik dövrünə gedib çıxır. Qədim festival ənənəvi olaraq su, gözəllik, sevgi və məhsuldarlıq ilahəsi olan Astğik ilahəsi ilə əlaqələndirilir. Bu dini mərasim ilə bağlı şənliklər "Vardavar" adlandırılmışdır, çünki ermənilər ona qızılgülləri bayram kimi təqdim edirdilər. “Ermənistanın xristianlaşdırılmasından sonra Erməni Apostol Kilsəsi qızılgülü İsanın transfiqurasiyası ilə eyniləşdirib və Vardavar Transfiqurasiya bayramı ilə yanaşı qeyd olunub. Bəziləri bunun “Nuhdan qalma bir ənənədən” qaynaqlandığını iddia edir.

Bunları niyə bu qədər incələdik? Çünki İran rəsmisinin iddiaları diqqətimizi çəkdi və biz internet imkanlarından istifadə edib bu barədə yazılanları sizə təqdim etdik. Təbii, burda ermənilərin ifrat şişirtmələrinə daha çox rast gəldik, amma bu bayramların farslarla hayları birləşdirmədiyini öyrənmiş olduq.

“Paşinyan Qərbə yönəlik siyasət yürütdüyünə görə İran rəsmiləri çalışırlar ki, bu cür çıxışlarlarla erməni xalqını özlərinə tərəf çəksinlər”

Tarix elmləri doktoru, professor, siyasi icmalçı Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, indiki dövrdə İran rəhbərliyində təmsil olunan şəxslərin hər biri öz əqidəsinə, öz etnik kökünə uyğun olaraq fikirlər bildirir, yazılar yazır. “Yəni İran prezidenti azərbaycanlıdır, Azərbaycan təəssübkeşi kimi müsahibələr verir. Amma erməni, yaxud fars erməni qarışığı olanlar özlərinə uyğun danışırlar. Bundan incimək də lazım deyil. Çünki bütün proseslərdə bunların fəaliyyətinə bələdik. İndiki dövrdə də, xüsusilə də Alyaska görüşündən sonra İran rəsmiləri müxtəlif ziddiyyətli bəyanatlar verirlər. Bir qisminin mətbuata verdikləri açıqlamalar yalan və şişirdilmişdir. Konkret olaraq bu bayramlara gəlincə, bunlar qədim bayramlardır. Əvvəla onu deyək ki, farslar və ermənilər Hind-Avropa qrupuna aid xalqlardır. Bunların ümumi adət-ənənələrində oxşarlıq ola bilər. Amma İran İslam Respublikasının mənsubu olan bir şəxsin qədim dövrə baş vurub bu cür bayramların “ermənilərlə farsların ortaq bayramları” olduğunu iddia etməsi İranın zəifliyini göstərir. Paşinyan Qərbə yönəlik siyasət yürütdüyünə görə İran rəsmiləri çalışırlar ki, bu cür çıxışlarlarla erməni xalqını özlərinə tərəf çəksinlər. Bu mümkün olan iş deyil”.

Bayramlara gəlincə, M.Zülfüqarlının fikrincə, onların adlarından da görünür ki, qədim bayramlardır, eyni zamanda Novruz bayramına yaxın bayramlardır. “Biri gül çiləmək, başqa birisi suya girmək bayramıdır. Bu bizim bölgələrdə də qədim adət-ənənələrdən gələn bayramlardır, adları başqadır. Əgər İran rəsmisi qədim bayramlardan danışırsa, birincisi, Zərdüştlükdən danışmalıdır, çünki adları çəkilən bayramlarda Zərdüştlüyün çoxlu əlamətləri var. Amma Zərdüştlüyü, islamı qoyub artıq yaddaşlardan silinən qədim bayramlara istinad edilməsi İran rəsmilərinin zəifliyini göstərir. Ona görə də biz İran prezidenti kimi ağıllı siyasət yürüdən, azərbaycanla dostluq əlaqələrini gücləndirmək istəyən Pezeşkian və onun kimi düşünən rəsmilərin fikirlərinə diqqət etməliyik, cılız fikirlərə elə də diqqət ayırmamalıyıq” - deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ