Cümə axşamı günü, 13 avqust 2026
     

Kəlbəcərin işğalı zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

Image


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 14-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Səadət Qarayeva 16 yaşında doğma yurdundan - Kəlbəcər rayonundan məcburi köçkün düşdüyünü deyib.

O, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yaşadığı evi 1993-cü il martın 30-da tərk etdiklərini, mülklərinin işğal olunan ərazilərdə qaldığını söyləyib. Həmin vaxt doğmaları şəhid olub. Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu deyib. Bu zaman təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili ona “siz bu şəxslərdən erməni milliyyətindən olduğuna görə şikayətçisiniz?” sualını verib.

S.Qarayeva isə “Xeyr, şikayətim onların erməni olmasına görə deyil, torpaqlarımızı işğal etməsinə, işğalda saxlamasına, mülki şəxslərimizi öldürməsinə, başqa cinayətlər törətməsinə görədir” cavabını verib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ürüzə Vəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı özünün, həyat yoldaşının və digər doğmalarının girov götürüldüyünü bildirib. Həmin vaxt baldızı Vəliyeva Sürəyya Cavad qızı itkin düşüb, hələ də tapılmayıb.

O deyib ki, 1992-ci il fevralın 16-dan 17-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndində iki qardaşı girov götürülüb. Qardaşlarından biri girovluqdan azad olunaraq geri qaytarılıb. Həmin vaxt 14 yaşı olan qardaşının taleyindən isə hələ də xəbər yoxdur.

Rəşad İsmayılov ifadəsində 1993-cü il oktyabrın 23-də 16 yaşında olarkən Cəbrayıl rayonunun Mehdili kəndində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, Böyük Mərcanlı kəndinə, sonra Hadruta aparılıb, üç gün girov saxlanıldıqdan sonra azad edilib.

Yaşar Abbasov ifadəsində 1992-ci il sentyabrın 2-də Ağdərə istiqamətində döyüşlər zamanı qarşı tərəfdən açılan atəş nəticəsində sağ ayağından yaralandığını bildirib. Y.Abbasov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında o vaxtdan indiyədək ayağında problem qaldığını söyləyib.

Balay Nəsibov ifadəsində 1992-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinə qarşı bir neçə istiqamətdə döyüşlərdə iştirak etdiyini bildirib. O, əvvəlcə taborda qərargah rəisi, sonra tabor komandiri olub. B.Nəsibov 1994-cü ilin yanvar ayında Murovdağda yaralandığını bildirib.

Əslən Kəlbəcərdən olan zərərçəkmiş şəxs rayonun işğalı zamanı Azərbaycan-Ermənistan sərhədi istiqamətindən Monte Melkonyanın rəhbərlik etdiyi, aralarında xarici muzdluların olduğu işğalçı qüvvələrin hücum etdiyini bildirib.

“Kəlbəcərin işğalı zamanı (1993-cü il martın sonu, aprelin əvvəli – red.) ikinci Xocalı soyqırımı baş verməsin deyə, tapşırıq gəldi ki, əhalini təxliyə edək. Məlum məsələdir ki, eyni vaxtda həm döyüşü idarə etmək, həm də insanları təxliyə etmək çətindir. Amma çalışırdıq ki, döyüş vaxtı həm də əhalini təxliyə edək. Çünki düşmən bacardığı qədər bütün yolları kəsirdi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan zərərçəkmişə sual ünvanlayarkən deyib ki, həmin vaxt Monte Melkonyanın tabeçiliyində tabor komandiri olub.

Yasin Abbasov ifadəsində Kəlbəcər rayon sakini olduğunu, 1992-ci ilin dekabr ayından 1993-cü il aprelin 2-dək Kəlbəcər müdafiə batalyonunun tərkibində işğalçılara qarşı döyüşlərdə iştirak etdiyini bildirib. Əmisi oğlu şəhid olub. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında deyib ki, yaşadığı ev həmin vaxt işğal olunan Kəlbəcər rayonunda qalıb.

Natik Alıyev ifadəsində 1993-cü il martın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu səbəbindən Kəlbəcərdən məcburi köçkün düşdüyünü deyib. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs Ermənistan ordusuna qarşı döyüşlərdə iştirak etdiyini də söyləyib.

Qismət Allahverdiyev Kəlbəcərdə, Laçında, Füzulidə, Tərtərdə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini və yaralandığını söyləyib. O, düşmənin Kəlbəcərə hücumu zamanı orada 80-100 yaş arasında 4 nəfəri girov götürdüklərini, onların sonrakı taleyindən indiyədək xəbər olmadığını bildirib və deyib: “Bunlar Musa Bayramov adlı kişi, Gülsüm Bayramova, Minə, Mədinə və Saray adlı qadınlar idi”.

Səyavuş Bəndəliyev ifadəsində 1992-1993-cü illərdə müdafiə batalyonunun tərkibində Kəlbəcərdə, Laçında və Ağdərədə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini, 1993-cü ildə yaralandığını bildirib. Əlavə edib ki, yaralanması nəticəsində səhhətində yaranmış problemlər hələ də qalır.

Firuz Dadaşov Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini, Laçın rayonunun Narışlar kəndi istiqamətində mina partlaması nəticəsində yaralandığını deyib.

Natiq Əhmədov ifadəsində 1993-cü ilin martında Ağdamın Xıdırlı kəndində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə yarası aldığını söyləyib.

Asif İbrahimov ifadəsində 1991-ci ildə Tərtərdən Ağdərə istiqamətinə gedən avtomobilin atəşə tutulması nəticəsində 5 güllə və 6 qəlpə yarası aldığını bildirib. O, mülki şəxs olub.

Mikayıl Rzayev bildirib ki, Kəlbəcərin işğalı zamanı anası həlak olub.

Qalib Məmmədov ifadəsində kəlbəcərli olduğunu, daxili işlər orqanlarında xidmət edən zaman Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında iştirak etdiyini bildirib. O, 1992-ci il aprelin 8-də Ağdaban faciəsinin baş verdiyini eşitdikdən dərhal sonra əraziyə getdiklərini, ora çatanda dəhşətli mənzərə ilə qarşılaşdıqlarını deyib. Zərərçəkmiş bildirib: “İnsanların səsi güllə səslərinə qarışmışdı. Əvvəlcə Əbdül kişinin meyitini gördük. Bəkir Qocayev, Zeynəb Qocayeva və başqaları, ümumilikdə 32 nəfər vəhşicəsinə qətlə yetirilmişdi. 16 yaşlı qardaşımı da öldürmüşdülər, elə günə qoymuşdular ki, paltarından tanıdım”. Q.Məməmmədov, həmçinin qeyd edib ki, iki dəfə yaralanıb.

Vüqar İsayev, Zöhrab Kərimov, Bakir Ələsgərov, Nazim Rzayev, Qoşqar Tağıyev, İlqar Vəliyev, Aslan Xəlilov, Şəmiddin Xəlilov, Adil Hüseynov və Rafiq Əkbərov Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərini, müxtəlif zərərlər çəkdiklərini bildiriblər.

Nadir Əkbərov, Pərviz Əliyev, Ramiz Əliyev, Qorxmaz Əsədov, Dadaş Hacıyev, Habil İbrahimov, Xaliq İbrahimov, Habil İmaməliyev, Hikmət Mayılov, Səyyaf Muxtarov, Habil Quliyev, Akif Kərimov, Elşən Zamanov, Famil Yusibov, Mail Adilov, Rasim Adilov, Malik Əliyev, Furuz Məmmədov, Radim Mamedov, Niyazi Nazarov Ermənistan silahlı qüvvələrinə qarşı müxtəlif istiqamətlərdə döyüşdüklərini, yaralandıqlarını bildiriblər. Onlardan bəziləri iki, hətta üç dəfə yaralanıb, sonra yenidən döyüşlərdə iştirak ediblər.

Ruslan Mirzəliyev ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində yaralandığını bildirib. Onun atası Vahidcan Mirzəliyev isə 1992-ci il oktyabrın 2-də Xocavənd rayonunda şəhid olub.

Qardaşxan Adıgözəlov, Rasim Ələkbərov, Fuad Həsənov, Ağalar Əsədov, Mahir Ramazanov, Röyal Əhmədov ifadələrində 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.

Taleh Qasımov, İlyas Əhmədov, Arzu İbrahimov, Həmid Musayev, Emin Sərdarov, Cavad Mahmudov, Sarvan Məmmədov müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatları, hücumları nəticəsində zərər çəkdiklərini deyiblər.

Əfqan Səfərəliyev 1997-ci ildə hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, 2 ildən sonra Azərbaycana qaytarıldığını bildirib. Əsirlik zamanı ona dəhşətli işgəncələr verilib.

Elnur Həsənov ifadəsində bildirib ki, 2022-ci il aprelin 9-da Tərtər rayonunun Həsənqaya kəndində qoyun otararkən Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər alıb.

Mədət Mənaflı ifadəsində 2021-ci il noyabrın 16-da Laçında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralandığını deyib.

Şirin İsmayılov ifadəsində 1997-ci ildə hərbi xidmətdə olarkən əsir götürüldüyünü bildirib. 3 il 6 aydan sonra Azərbaycana qaytarılıb. Əsirlikdə olarkən ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalıb.

Cavanşir Sarıyev isə 1992-ci ildən 1993-cü ilə qədər əsirlikdə saxlanılıb. Əsirlikdə qalan zaman pis rəftara, dəhşətli işgəncələrə məruz qalıb.

Kamil Allahverdiyev ifadəsində bildirib ki, 1993-cü ildə Goranboyda girov götürülüb, 5 aydan sonra qaytarılıb. O, əsirlikdə dəhşətli işgəncələrə məruz qalıb. Zərərçəkmiş atasının da şəhid olduğunu söyləyib.

Hikmət Quluyev deyib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumu səbəbindən yaşadıqları Kəlbəcərin Günəşli kəndindən məcburi köçkün düşən zaman “Tunel” adlandırılan ərazidə qarşıları düşmən tərəfindən kəsilib. O, həmin vaxt girov götürülüb, ilyarım saxlanıldıqdan sonra Azərbaycan tərəfə qaytarılıb.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən David Manukyanın, David Babayanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 15-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ