Cümə günü, 02 oktyabr 2026
     

Müstəqillik elanından sonra Rusiyanın Azərbaycana vurduğu yaralar hələ sağalmayıb...

Image


Mehman İsmayılov: “Rusiya Azərbaycanın ərazisində üç yerdə separatçı ocaq alovlandırmışdı”

XX əsrin sonlarına yaxın xalqımızın misilsiz mübarizəsi nəticəsində Azərbaycan sovet imperiyasının qanlı pəncələrindən azad olub dövlət müstəqilliyini bərpa etdi. 1920-ci ildə bolşevik Rusiyasının süqut etdirdiyi Azərbaycan Xalq Cumhuriyyətinin varisi olaraq, Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etdi. Azərbaycanın müstəqil dövlət olması bolşevik əhval-ruhiyyəsindən qopmaq istəməyən, totalitar rejimin siyasətini indinin özündə də davam etdirən Rusiyanı daim narahat edib.

1988-ci ildə Azərbaycan xalqı ayağa qalxıb “xaqlar həbsxanasından”- SSRİ-dən ayrılmaq istəyini dilə gətirəndə rəsmi Kreml erməni separatizmini alovlandırdı, Ermənistanı Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirdi, özü də işğalçı ölkənin arxasında durdu, təcavüzü dəstəklədi, erməniləri silahlandırdı, hərbi qüvvəsi ilə onlara açıq dəstək verdi. Bütün bunlar tarixi faktlardır. Hələ Azərbaycan dövlət müstəqiliyini bərpa etməzdən əvvəl Bakıda Sovet ordusu 20 Yanvar qətliamını törətdi, azərbaycanlıların kütləvi qırğınına rəsmi Kremlin rəhbərləri göstəriş verdi. Amma Azərbaycan xalqının iradəsini qıra bilmədilər, xalqımız öz istəyinə çatdı və Azərbaycan müstəqil oldu. Aydındır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra baş verən problemlərin kökündə Rusiyanın təxribatçı niyyətləri dayandı. 20 Yanvar faciəsindən sonra bəşəriyyətin ən qanlı faciəsi - Xocalı soyqırımı həyata keçirildi. Bu genosidin törədilməsində ermənilərlə yanaşı rus ordusunun hərbiçiləri də yaxından iştirak etdi. Torpaqlarımızın işğalı prosesi gücləndi. Dediyimiz kimi, Rusiya Ermənistana dayaq durdu, onu silahlandırdı, hərbi qüvvələrlə təmin etdi və nəticədə torpaqlarımız 30 il işğal altında qaldı.

Dövlət müstəqilliyimizin elanından sonra Rusiya Azərbaycana hansı problemləri yaratdı?

“Kreml hakimiyyəti Azərbaycana qarşı bütün vəhşilikləri törətməyə başladı”

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Moskvanın Azərbaycana qarşı tutduğu xəyanətkar mövqeni biz hələ Sovet İttifaqının dövründə görmüşük, hər zaman Kreml hakimiyyəti Azərbaycana qarşı nifrət püskürüb: “Hələ Sovet dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda “Miatsum” hərəkatını ssenariləşdirən və sonra da ona dirijorluq edən Kreml hakimiyyəti idi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dəstək verən, onu maliyyələşdirən, silahlandıran, informasiya dəstəyi ilə təmin edən Moskva idi. Azərbaycanın 17 min kvadratkilometr ərazisini işğal edən, onu guya ermənilərin “millətlərin öz müqəddəratını təyin etməsi uğrunda mübarizəsi” kimi qələmə verən Kreml hakimiyyəti idi. SSRİ dövründə Sovet İttifaqının mərkəzi hakimiyyətinin Azərbaycan xalqına, bizim respublikaya qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin həddi-hüdudu yox idi. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra Sovet İttifaqı yıxıldığı dövrdə Moskvanın türk-müsəlman respublikalarına qarşı xüsusi cəzalandırma əməliyyatları həyata keçirildi, Kreml hakimiyyəti Azərbaycana qarşı bütün vəhşilikləri törətməyə başladı. Hələ Sovet vaxtında bir ictimai qınaq var idisə, Sovet İttifaqının tərlibində Rusiyanın Azərbaycana qarşı bir az əl-qolu bağlı idisə, Sovet İttifaqı dağılandan sonra Moskvanın əlləri açıldı. Azərbaycana qarşı açıq təcavüz müharibəsinə, siyasətinə bütün gücü ilə dəstək verməklə, Azərbaycanın müstəqilliyini qanda boğmaq, Azərbaycanı param-parça etmək siyasəti başlatdı. Azərbaycanın Cənub-Qərbində yerləşən Qarabağ bölgəsinə ermənilərin iddiasını Rusiya bütün gücü ilə tətikləməyə başladı, dəstək verdi, Ermənistanı silahlandırdı və Ermənistana milyardlarla dollarlıq silah-sursatı bəxşiş kimi verdi. Çünki Moskva istəyirdi ki, Azərbaycanı öz iradəsinə tabe etsin, ermənilərin əli ilə Azərbaycanın müstəqilliyini, azadlığını qanda boğsun. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini qazanandan sonra (bərpa edəndən) Kreml hakimiyyəti ölkəmizin başına olmazın müsibətlər, fəlakətlər gətirirdi. Kreml bütün gücü ilə Ermənistanın işğalçılıq müharibəsində birbaşa iştirak edərək ona yardım etdi. Azərbaycanın ərazilərinin, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətindən” kənarda olan torpaqlarının işğalında Rusiya hərbiçiləri, ayrı-ayrı hərbi bölmələri birbaşa iştirak edirdilər. Kəlbəcərin, Şuşanın, Laçının, düzən (aran) Qarabağın bütün kənd və şəhərlərinin işğalında Rusiya birbaşa iştirak edirdi. Rusiya Azərbaycanın ərazisində üç yerdə - Şimalında, Cənubunda və Cənub-Qərbində separatçı ocaqlar alovlandırmışdı. Azərbaycanın Cənub-Qərbində isə ermənilərin “Miatsum” hərəkatına bütün gücü ilə dəstək verirdi. Kreml hakimiyyəti Azərbaycanın daxilində ermənilərin əlilə terror aktları törədirdi, Azərbaycanda çevrilişlər həyata keçirirdi. Azərbaycanda kürsü davası, vətəndaş qarşıdurması təşkil edən də Rusiya idi. Əgər mərhum Heydər Əliyev Azərbaycana yenidən qayıtmasaydı, Rusiya Azərbaycanı param-parça edəcəkdi. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxmaması üçün hələ Bakı-Tbilisi-Ceyhan layihə formasında olanda onun keçəcəyi bütün yollarda Rusiya ermənilərin, radikal kürd qruplaşmalarının əli ilə terror aktları törətmək istəyirdi. Rusiya Azərbaycana qarşı əlindən gələn bütün pislikləri edirdi. Çünki Kreml hakimiyyəti hər zaman Azərbaycana münasibətdə maksimal nankorluq və miqyası bilinməyən nanəciblik edib. Rusiya Azərbaycanı nəinki müstəqil, ümumiyyətlə dövlət kimi görmək istəmirdi. Cənubdan İran, Qərbdən Ermənistan, Şimaldan isə Rusiya Azərbaycanı bir şeytan ilgəyinə salmışdılar”.

M.İsmayılovun bildirdiyinə görə, Kreml hakimiyyəti heç zaman Azərbaycan xalqının müstəqilliyini, azad siyasətini, dövlətçiliyini, torpaq bütünlüyünü qəbul etməyib, bu gün də etmir. M.İsmayılov qeyd etdi ki, Kreml hakimiyyəti hər zaman Azərbaycana qarşı düşmən mövqeyində olub və bu gün də o mövqeni daha aqressiv formada nümayiş etdirir.

M.İsmayılov bildirdi ki, Azərbaycan müstəqillik qazanandan sonra Moskva Azərbaycan xalqının başına çox oyunlar gətirib: “Azərbaycanın Qarabağ bölgəsindən 750 min vətəndaşımızın məcburi köçkün düşməsi, buna qədər isə Sovet Ermənistanından 300 minə yaxın etnik azərbaycanlının deportasiya edilməsi və sair müsibətlərin hamısı Rusiya tərəfindən Azərbaycanın başına gətirilən oyunlar idi. O dövrdə Azərbaycanı param-parça etmək istəyirdilər. Azərbaycanı İran, Rusiya və Ermənistan öz aralarında bölüşdürmək siyasəti aparırdılar. O dövrdə bizim vəziyyətimiz fövqaladə çətin idi, dövlətin funksional institutları işləmirdi, Azərbaycanın büdcəsi boş idi, ordu quruculuğu, nə yazıqlar olsun ki, yetərincə və lazımu qaydada aparıla bilməmişdi. Yalnız 1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanandan sonra atəşkəs rejimi elan edildi. Bundan sonra Azərbaycan mərhum Heydər Əliyevin rəhbərliyi ilə yenidən qurulmağa başladı. Amma Rusiya bununla kifayətlənmədi və hər zaman Azərbaycana təzyiq etdi”.

M.İsmayılovun sözlərinə görə, Rusiya enerji reurslarının Rusiyadan yan keçməklə dünya bazarına çıxarılmasına müavimət göstərdi, sonra Kreml hakimiyyəti ermənilərin əli ilə Azərbaycanda yüzlərlə terror aktı törətdi. “Çünki Kremlin Azərbaycan türkünə, ümumiyyətlə türk-müsəlman dünyasına patoloji nifrəti var. Bu nifrəti bu gün də Rusiya sürdürür və özünün informasiya potensialının, informasiya “köpəklərinin” gücü ilə Azərbaycana qarşı od püskürdür. Kreml hakimiyyətinin göstərdiyi münasibət ortadadır. Azərbaycanla Ermənistan arasında münasibətlər istiləşməyə başlayıb, nizamlanma prosesi gedir. “Ağ Ev”də memorandum imzalanıb və 17 maddə üzrə konsensusa gəlinmiş sənədlər imzalanıb, paraflanıb. Rusiyanın aqressiyası həndəsi silsilə ilə artmağa başlayıb. Bu gün də Rusiya həmin vəhşilikləri törədir, heç bir beynəlxalq qanuna, insanlıq qanunlarına, dinc yanaşı yaşamaq prinsiplərinə sığmayan, uyğun olmayan vəhşilikləri törədir, Azərbaycana qarşı şərləmə, qarayaxma kampaniyası aparır”.

M.İsmayılov vurğuladı ki, Kreml hakimiyyətinin türk nifrəti özünü Qazaxıstanda, Özbəkistanda və digər türk respublikalarında da göstərib. O qeyd etdi ki, qardaş Qazaxıstanda 3 milyon 500 min qazax türkü bolşeviklərin və daşnakların əli ilə acından öldürülüb, güllələnib. M.İsmayılovun sözlərinə görə, Özbəkistanda ermənilər və bolşeviklər tərəfindən 5 milyon 600 min özbək, türkmən, qırğız türkü qətlə yetirilib: “Cənubi Azərbaycanın ərazisində yüz minlərlə Azərbaycan türkü öldürülüb. Quzey Azərbaycanın ərazisində 2 milyona yaxın Azərbaycan türkü Rusiyanın dəstəklədiyi erməni daşnaklarının əlilə kütləvi şəkildə qətlə yetirilib. Bütün bunlar hər zaman Kreml hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Ona görə də bizim Rusiyaya nə qədər müsbət münasibət göstərməyimizdən asılı olmayaraq, Rusiya ilə konstruktiv müstəvidə əməkdaşlıq çabalarımız nəzərə alınmadan Azərbayana qarşı Moskva tərəfindən nifrət püskürülür. İndi də Rusiyanın ərazisində etnik azərbaycanlılara qarşı edilən vəhşiliklər, Ukraynanın ərazisində Azərbaycanın enerji infrastrukturuna vurulan raket və dron zərbələri göstərir ki, Moskva 1826-1828-ci, 1905-1907-ci, 1917-ci illərdəki xislətindən 1 millimetr də geri çəkilməyib”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ