Cümə günü, 02 oktyabr 2026
     

Separatçıların məhkəməsi Ermənistanın 30 illik cinayətlərini faktlarla ifşa edir...

Image


Heç bir dövlət başqa dövlətə qarşı törətdiyi müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə, terrora, soyqırıma, işğala görə məsuliyyətdən yaxa qurtara bilməz.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etməsi, uzun illər torpaqlarımızı işğalda saxlaması, xalqımıza qarşı amansız cinayətlər törətməsi, əsir və girov götürdüyü vətəndaşlarımızın başına gətirdiyi faciələr inkarolunmaz faktdır...

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə davam edən açıq məhkəmə prosesinin baxış iclaslarında Azərbaycan ərazilərini 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlayan Ermənistanın insanlıq əlieyinə müharibə cinayətləri bir-bir ifşa edilir. Proseslərdə separatçılarla yanaşı Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən vətəndaşlarımızın şahid qismində iştirak etməsi də çox gizlinlərə aydınlıq gətirir. Heç şübhəsiz, Azərbaycan xalqına qarşı cinayət törədənlər layiqli cəzalarını alacaqlar.

Söz yox ki, bu gün Ermənistan və havadarları, xaricdəki “ilhamvericiləri” Azərbaycan məhkəməsinin ədalətinə kölgə salmağa çalışırlar, amma onların Bakıdakı ədalət mühakiməsinə qarşı apardıqları kampaniya birmənalı olaraq iflasa məhkumdur.

Azərbaycan xalqına qarşı saysız cinayət əməlləri törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəməsi hər şeyi açıq şəkildə ortaya qoyur, onlar hər bir cinayət faktı ətrafında ayrıca danışırlar. Bu, Ermənistanın onilliklər boyu həyata keçirdiyi hərbi cinayətlərlə bağlı məhkəmədə ortaya qoyulan faktlardır ki, bu ölkə törətdiyi hərbi cinayətlərə görə beynəlxalq hüquq müstəvisində mütləq cavab verəcək.

Yadınıza salaq ki, təqsirləndirilən keçmiş separatçı rejimin başçısı Arayik Harutyunyan da məhkəmə prosesində verdiyi sərbəst ifadəsi zamanı etiraf edirdi ki, qondarma rejim bütün əmrləri rəsmi İrəvandan alıb, Ermənistanın uydurduğu "Qarabağ müdafiə ordusu" birbaşa bu ölkənin Müdafiə Nazirliyinin tabeliyində olub.

Arayikin bu ifadəsi də göstərdi ki, Ermənistan bu prosesdə nə qədər günahkardır.

Separatçılar özləri Ermənistanın törətdiyi bütün cinayətləri etiraf edir və dəqiqliyini təsdiq edirlər.

Məhkəmədə şahid qismində dindirilən bəzi azərbaycanlı zərərçəkmişlərin ifadələri də diqqətçəkəndir.

Şahid ifadələri Ermənistanın cinayətlərini tam ifşa edən faktdır...

Bakı Hərbi Məhkəməsində (avqustun 8-də) keçirilən prosesdə çıxış edən zərərçəkmiş şəxs Lənkəran Cəfərli 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ağdam rayonunun Çəmənli kəndində mülki əhalinin təxliyəsi ilə məşğul olarkən Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında həmin ərazidə Azərbaycan Ordusunun atəş nöqtələrinin olmadığını deyib.

Şəmsi Kazımlı ifadəsində Vətən müharibəsi zamanı oktyabrın 19-da Hadrutda iki güllə yarası aldığını bildirib. Zərərçəkmiş şəxs 2021-ci ilin mayın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində, Laçın rayonunda, Gorus-Sisyan istiqamətində ona küt alətlə xəsarət yetirildiyini deyib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı ərazidə Ermənistan silahlı qüvvələrinin və silahlı mülki şəxslərin sayının təxminən 400-500 nəfər olduğunu söyləyib: “Hadisə zamanı onlar bizi əhatəyə almışdılar. Orada güllə atılmayıb, söhbət aparılırdı. Qəfildən arxadan küt alətlə vurdular. Hadisə zamanı mənimlə birlikdə altı nəfər xəsarət aldı”.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Ranil Abdullayev ifadəsində Vətən müharibəsi zamanı, oktyabrın 21-də Suqovuşanda minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs Elvin Kərimovun hüquqi varisi - Niyaz Kərimov ifadəsində qardaşının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib.

Zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanılıb. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş Ağbulaq kəndində (Xocavənd rayonu – red.) müxtəlif tikinti işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır.

Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.

Mahir Əbilov 2021-ci ilin noyabr ayında Laçın rayonunun Güləbird kəndində “Azərişıq” ASC-nin əməkdaşı qismində çalışarkən mina partlayışı nəticəsində xəsarət aldığını bildirib.

Diləfruz Ələkbərova ifadəsində 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun İsmayılbəyli kəndini işğal etməsi nəticəsində ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Onların bütün mülkləri həmin vaxt işğal edilmiş ərazilərdə qalıb.

Tovuz Cəlilova ifadəsində həyat yoldaşı Bədirxan Cəlilovun 1994-cü il aprelin 17-də Ağdam rayonunun Güllücə kəndində döyüşlər zamanı itkin düşdüyünü bildirib.

Gülizar Salahova ifadəsində övladı Salahov Valeh Vaqif oğlunun 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndində döyüşlər zamanı itkin düşdüyünü söyləyib.

Rasim Bağırov ailə üzvləri ilə birlikdə Xankəndidən məcburi köçkün düşdüyünü deyib.

Ofeliya Almuradova ifadəsində Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonunu işğal etməsi nəticəsində 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Qardaşı yaralanıb, əmisi oğlu itkin düşüb.

Zərərçəkmiş şəxs Cəfərov Emin Xeyrulla oğlunun hüquqi varisi Zümrüd Əbdülrəhimova ifadəsində qardaşının 1993-cü il dekabrın 26-da Füzuli rayonunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.

Mahir Ağayev ifadəsində 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində Füzuli rayonunda yaşadığı ikimərtəbəli evin dağıldığını, bir müddət sonra isə işğal səbəbindən məcburi köçkün düşdüyünü bildirib.

Gəncəli Kərimov 1992-ci ilin may ayında Laçın rayonunun Xanalılar kəndindən məcburi köçkün düşdüyünü bildirib. O deyib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri kənddə evləri talan edərək yandırıblar.

Sevinc Əsgərova 1993-cü ildə Zəngilan rayonunun Mincivan kəndindən məcburi köçkün düşdüklərini bildirib. O deyib ki, həmin vaxt Araz çayı vasitəsilə İrana keçiblər.

Tahir Nəcməddinov 2016-cı ildə Aprel döyüşləri zamanı, aprelin 3-də Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarətlər aldığını bildirib.

Həbib İmanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xocalı soyqırımı zamanı atasının və babasının həlak olduğunu bildirib.

Sevindik Əliyev ifadəsində deyib ki, yaşadığı Füzuli rayonunun Ayıbasanlı kəndinin 1993-cü il mayın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən top atəşinə tutulması nəticəsində anası Sitarə Əliyeva həlak olub. Bir müddət sonra isə məcburi köçkün düşüb.

Zərərçəkmiş şəxslər - Firudin Yaqubov, Rasim Şükürov. Mübariz Zülfüqarov. Eldar Əsgərov, Azər Sadıqov, Əhməd Əhmədov, İradə Məmmədova, Rövşən Niftalızadə, Qəzənfər Abbaszadə və Şahsuvar Abbasov ifadələrində Ermənistan silahlı qüvvələrinin müxtəlif tarixlərdə təxribatları, hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Levon Mnatsakanyanın, David Manukyanın, David Babayanın, Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ