Cümə günü, 02 oktyabr 2026
     

MDB-də 2 işğalçı ölkənin biri odur - MDB-ni dağıdır, Bakıdan Kiyevə görə qisas alır...

Image


Məhəmməd Əsədullazadə: “Rusiyanın MDB ölkələrinə qarşı işğalçılıq siyasəti hələ də davam edir”

Rusiya hazırda elə bir vəziyyətə düşüb ki, özünün işğalçılıq maraqlarını qətiyyən gizlətmir, əksinə, hər addımda büruzə verir. Bu gün MDB-də iki işğalçı dövlət mövcuddur, onun biri Ermənistan, ikincisi Rusiyadır. Rusiyanın bu işğalçılıq siyasətindən hazırda Ukrayna xalqı çox ciddi əziyyət çəkir, onlar faciə yaşayırlar. Rusiya həm Ukraynaya, həm də digər dövlətlərə vəhşi münasibət sərgiləyir. Rusiyanın postsovet məkanında Ermənistandan sonra ikinci işğalçı dövlət olması nəticəsində postsovet məkanının Rusiyadan üz döndərməsi prosesi gedib. Bilirik ki, Rusiyanın işğalçılıq siyasəti üzündən Gürcüstan MDB-dən çıxıb, Moldova bu qurumu tərk edib. Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB-nin artıq dağılması prosesi başlayıb və Azərbaycan da artıq onun tədbirlərinə qatılmır. Baş nazirin müavini Yaqub Eyyubov MDB İqtisadi Şurasının iclasını boykot etdi və o tədbirə qatılmadı. Bütün bunlar onu göstərir ki, Rusiyanın işğalçı sifəti getdikcə qabarıq şəkildə üzə çıxıb. MDB məkanında Rusiyanın bu işğalçılıq siyasətinin davam etməsinin əsas hədəflərindən biri də məhz Azərbaycandır.

Xatırladaq ki, xeyli müddət əvvəl Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirilib, daha sonra SOCAR-ın ofisinin yanına raketin düşməsi hadisəsi baş verib.

Avqustun 8-də isə Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa şəhəri istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə hədəfə alınması və zərbələrə məruz qalması Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin nümunəsi kimi özünü göstərir.

Təyyarəmizin vurulması, Yekaterinburqda baş verən hadisələr də Rusiyanın bu münasibətinin təzahürüdür. Artıq Rusiyanın MDB-də əsas işğalçı dövlətə çevrilməsi və onun işğalçı siyasəti üzündən MDB-nin getdikcə dağılması prosesinin şahidi oluruq.

Konkret SOCAR-a qarşı bu zərbə Rusiyanın Azərbaycandan qisas əməliyyatı sayıla bilərmi? Rusların bu zərbəsinin ABŞ görüşü ərəfəsində baş verməsi təsadüfdür?

Qeyd edək ki, avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da Ağ Evdə üçtərəfli bəyannamə imzaladılar. Bu mühüm hadisənin baş verdiyi ərəfədə Rusiya SOCAR-ın Odessadakı neft bazasını partladıb, itkilər baş verib, xəsarət alanlar olub. Bütün baş verənlərin kökündə isə Rusiyanın yırtıcı işğalçılıq siyasəti dayanır.

“...Həyata keçirdiyi bu təcavüz aktı Azərbaycana...”

Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Ermənistandan sonra MDB-də ikinci işğalçı dövlət olan Rusiyanın sifəti tamamilə ifşa olunur və məkrli niyyətləri açılır. O vurğuladı ki, Rusiya MDB-də ən işğalçı dövlətə çevrilib və bu işğalçı siyasətin üzündən MDB sürətlə dağılır və artıq MDB-nin gələcəyi yoxdur.

“Təbii ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh danışıqlarında müəyyən nəticələrin əldə olunması Rusiyanı həddindən artıq narahat edir. Rusiya ona görə də Azərbaycanla əlaqələri böhran halına gətirib. Halbuki, bütün problemlər Rusiyadan qaynaqlanır. Ötən 5 il ərzində Rusiyanın kifayət qədər imkanları vardı ki, ABŞ-ın indiki yerini özü alsın. Amma Rusiya rəhbərliyi reallıqları görə, siyasi prosesləri düzgün qiymətləndirə bilmədi, XIX əsr rus çarı eyforyasında qaldı. Bu proseslər də Rusiyanın əleyhinə işlədi”.

Müsahibimiz qeyd etdi ki, Azərbaycanın Ukraynaya qaz ixracatından Rusiya narahatdır və bu səbəbdən də sözügedən hallar baş verib. O hesab edir ki, bu, Rusiyanın Azərbaycana qarşı hərbi təzyiqi kimi də qiymətləndirilə bilər, amma bundan o yana keçməyəcək. “Avqustun 8-də Rusiyanın həyata keçirdiyi bu təcavüz aktı Azərbaycana bir mesaj idi. Bu halın baş verməsi təsadüfi deyildi. Rusiya proseslərdən kənarda qaldı. Artıq prosesləri Amerika idarə edəcək, Rusiya zəifləyib və ABŞ-dan aslıdır. Bütün bunlara baxmayaraq, Rusiyanın MDB ölkələrinə qarşı işğalçılıq siyasəti hələ də davam edir, Rusiya geri oturmaq istəmir, amma proseslər onun əleyhinə işləyir. Onun işğalçılıq siyasəti nəticəsində MDB-də sürətlə dağılma prosesi getdiyinin də şahidiyik. Bütün proseslər də Rusiyanın əleyhinədir”-deyə M.Əsədullazadə bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ