Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

Image


Cənubi Qafqazda davamlı sülh nəinki mümkündür, bu həm də tamamilə realdır. Belə bir açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan "İrəvan dialoqu" beynəlxalq forumunda çıxış edib. Ermənistan və Azərbaycan arasında sülh danışıqları məsələsinə toxunan Paşinyan deyib ki, sülh müqaviləsinin 80 faizinin tərəflər arasında razılaşdırıldığı təsdiqlənib.

Xatırladaq ki, daha öncə Azərbaycan prezidenti İlham Əliyev  müqavilə layihəsinin məhz 80 faizinin razılaşdırıldığını bəyan etmişdi. Bunu təkrar edən Paşinyan daha sonra bəyan edib: "13 maddə və layihənin preambula hissəsi tamamilə razılaşdırılıb. Hər biri əsasən iki cümlədən ibarət olan daha 3 maddə barəsində qismən razılığa gəlinib. Bu iki cümlədən biri razılaşdırılıb, digəri yox". Bununla belə, baş nazir sözügedən cümlələrin məzmununu açmayıb. O, yalnız bunu deyib ki, İrəvan "təməl sənədin" əldə olunması üçün artıq razılaşdırılmış müddəaların imzalanmasını təklif edib. Paşinyanın sözlərinə görə, qalan məsələlər üzrə danışıqlar bundan sonra da davam etdirilə bilər: "Sülh müqaviləsi layihəsinin artıq razılaşdırılmış maddələrindən biri İrəvan və Bakıya danışıqları davam etdirmək mexanizmi verir. Bundan başqa, sülh müqaviləsi layihəsinin artıq razılaşdırılmış hissəsində Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulub". Paşinyan bir daha bəyan edib ki, o, artıq razılaşdırılmış maddələri ən yaxın müddətdə imzalamağa hazırdır. Lakin rəsmi Bakı bəyan edib ki, yarımçıq razılaşdırılmış sülh müqaviləsinin imzalanmasını qeyri-məqbul hesab edir. Azərbaycan tərəfi bunu da bildirir ki, problematik məsələlər bir sıra istiqamətlərdə aydınlaşdırılmalıdır. Azərbaycan israr edir ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir. Bakı, özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Bir daha xatırladaq ki, Müstəqillik Bəyannaməsində Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Paşinyanın özü də ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq. Ermənistanın baş naziri iyulun 5-də bir daha Ermənistanın yeni konstitusiyasının qəbuluna çağırmışdı. Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına ana qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb. Baş nazirin sözlərinə görə, yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır.

Paşinyanla yanaşı, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bildirir ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, üçünü isə qismən razılaşdırıblar. Amma Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Mirzoyanın sözlərini şərh edərək bildirib ki, Ermənistan sülh sazişi layihəsindən zəruri olan müddəaları çıxarıb: "Layihə. təqribən 80 faiz razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması, hələlik, mümkün olmayıb. Ancaq bu, o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu, məqbul hesab edilə bilməz". A.Hacızadə  bir daha vurğulayıb ki, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarına istinad edən konstitusiyasinda müvafiq dəyişikliklər etməlidir. Amma yuxarıda qeyd edildiyi kimi, İrəvandan son açıqlamalara görə, Ermənistan konstitusiyaya yalnız 2027-ci ildə dəyişiklik etmək niyyətindədir. Belə olan halda, vəziyyətin necə olacağı xüsusi maraq doğurur. Ekspertlər qeyd edir ki, istənilən halda sülh müqaviləsinin imzalanması daha çox iki ölkədən asılıdır. Konkret iki tərəfin bir-birinə iradları və təklifləri da bəllidir. Azərbaycan təklif edib ki, sülh müqaviləsinin razılaşdırılmış 80 faiz mətni paraflansın. Paraflanma imzalanma demək deyil, sadəcə olaraq paraflanma qaydalarına görə, razılaşdırılmış mətnə daha dəyişiklik edilmir. Bu təklif masa üzərindədir. Ölkəmiz qəbul edir ki, konstitusiyanin dəyişməsi vaxt tələb edir, ancaq elə məsələlər var ki, onlar parlament səviyyəsində həll oluna bilər. Elə Qarabağla birləşmə ilə bağlı deklarasiya məsələsi də Ermənistan parlamentində qəbul olunmuşdu. İndi parlamentdə bu qanunazidd və icra olunmayan hissəni konstitusiyadan xaric etmək mümkündür. Azərbycana qarşı ərazi iddiasını ehtiva edən digər sənədlər də var ki, onlar parlament və hökumət səviyyəsində qəbul olunub. Bunlar da referendum olmadan parlament səviyyəsində həllini tapa bilər. Məsələn, Ermənistan parlamentinin separatçı qurumla birgə komissiyası var. Bu komissiyanın ləğvi zəruridir, çünki bu separatçı qurum hüquqi cəhətdən də tanınmırdı, indi faktiki də yoxdur. Bu qondarma komissiyanın ləğvinin zəruriliyini spiker   Alen Simonyan da dilə gətirib. Hesab edilir ki, bu, müsbət addımdır və bu yöndə atılan addımları Azərbaycan qiymətləndirəcək. Bundan əvvəl Alen Simonyan deyib: "Dağlıq Qarabağ, Artsax rəsmiləri artıq mövcud deyillər və Ermənistanda daha heç kəsin belə statusu yoxdur. Artsax Respublikası onun öz rəsmilərinin qərarı ilə buraxılıb... Söhbət yalnız bizim köç etmiş soydaşlarımızdan gedir və Ermənistan hökuməti onların problemlərini mükəmməl şəkildə həll edir". Beləliklə, sülh sazişinin böyük hissəsinin razılaşdırıldığını hər iki tərəf təsdiq edir. Yeganə mübahisə doğuran əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənddir. O bənd konstitusiyadan çıxarılsa, sülh sazişinin imzalanmasına heç bir əngəl qalmayacaq. Bunu da referenduma qədər parlamentlə həll etmək mümkündür. Hazırda   2027-ci ilə qədər sülh sazişinin havada qalması və bölgədə gərginliyin davam etməsi hər iki ölkənin maraqlarına cavab vermir. Ermənistan Azərbaycanın şərtini ilin sonuna qədər yerinə yetirə bilər. 

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ