Bazar ertəsi günü, 02 noyabr 2026
     

Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

Image


Əli Zülfüqaroğlu: "Artıq müxalifətin ciddi təzyiqləri var və Makron hökumətinin bu təzyiqlərə uzun müddət davam gətirməsi üçün immuniteti yoxdur"

Fransanı gələn il yeni növbədənkənar parlament seçkiləri gözləyir. Bu fikri sağçı "Milli birlik" partiyasının Fransa Milli Assambleyasındakı fraksiyasının lideri Marin Le Pen İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib. 

"Aydındır ki, vəziyyət belə davam edə bilməz. Bu, Makrondan başqa hamıya aydındır. Aydın görünür ki, bir il sonra bizi qanunverici orqana yeni növbədənkənar seçkilər gözləyir. Əvvəl-axır Fransaya mütləq çoxluq lazımdır və biz buna yalnız yeni proporsional seçki qanununun köməyi ilə nail ola bilərik", - deyə Le Pen vurğulayıb.

Onun sözlərinə görə, sağçı "Milli birlik" partiyasının fraksiyası yeni baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürməyə tələsməyəcək. Belə ki, ilk ictimai bəyanatları onun "bütün siyasi qüvvələrlə kompromis tapmaq istəməsi" təəssüratını yaradır: "Görək, seçicilərin, məsələn, Avropa ilə bağlı istəkləri də nəzərə alınacaqmı? Barnye mühüm rol oynadığı Avropa quruculuğuna sadiq olmasına baxmayaraq, seçkilərin nəticələrini unutmamalıdır. Çünki fransızların əksəriyyəti indiki Avropa nizamına qarşıdır".

Xatırladaq ki, növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra prezident Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. Bu təyinat bir sıra siyasi qüvvələr tərəfindən etirazla qarşılanıb.

"Hökumətin getdikcə daha çox səhvlərə yol verməsi zəifləməsinə, daxildə dayaqlarının itirilməsinə səbəb olur" 

ƏHD Partiyası idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Emmanuel Makron Fransa tarixində ən uğursuz lider kimi qalacaq. "Çünki məhz onun dönəmində Fransa ağılsız və yanlış qərarlar qəbul edərək dünyada nüfuzunu itirməyə başladı.

Makronun yarıtmaz və aqressiv siyasətinin nəticəsi olaraq Fransanın geosiyasi dayaqları sarsıldı və bu ölkə dünya siyasi səhnəsindən enməyə davam edir.

Fransanın Afrikadan qovulması bu ölkənin gələcəyini şərtləndirən əsas amillərdən biridir. Çünki Fransanın Afrikadan illik 500-600 milyard dollar müstəmləkə gəlirləri ciddi şəkildə azalacaq. Eyni zamanda Frankofoniya dövlətlərində artıq Fransaya qarşı etiraz səsləri ucalmağa başlayıb.

Həmçinin Yeni Kaledoniyada olan problemlər də bu qəbildəndir.

Makronun ağılsız qərarlarının nəticəsi olaraq bu ölkənin bir çox dövlətlərlə münasibətləri korlanıb. Buna Türkiyə, Azərbaycan və.sair  ölkələri misal olaraq göstərə bilərik. Avropa İttifaqı daxilində də Fransanın diqtə siyasətinə qarşı narazılıqlar getdikcə artır. Bütün bu faktorlar isə, təbii ki, Fransanın daxili siyasətinə də təsir edir. Ölkə daxilində iqtisadi problemlərin artması və uğursuz sosial siyasət Makronun reytinqini aşağı salıb.

Biz Fransanın heç bir beynəlxalq hüquq tanımayan siyasətini Vətən müharibəsi və ondan sonrakı dönəmlərdə daha çılpaqlığı ilə müşahidə etdik. Artıq de-fakto mövcud olmayan Minsk qrupunun həmsədri kimi Fransanın missiyası ədalətli yanaşma sərgiləmək olsa da, bunun əksinə, işğalçıya dəstək verildiyini gördük". 

Ə.Zülfüqaroğlu qeyd etdi ki, bununla da Azərbaycan, xüsusilə Qoşulmama Hərəkatında Fransaya tutarlı cavab verdi və Makron növbəti rüsvayçı diplomatik məğlubiyyətlə üzləşdi. "Bununla bağlı kifayət qədər nümunələr çəkmək olar.

Artıq müxalifətin ciddi təzyiqləri var və Makron hökumətinin bu təzyiqlərə uzun müddət davam gətirməsi üçün immuniteti yoxdur. Əksinə, hökumətin getdikcə daha çox səhvlərə yol verməsi zəifləməsinə, daxildə dayaqlarının itirilməsinə səbəb olur.

Bütün bunlarla yanaşı, ABŞ-də Trampın qalib gəlməsi də hazırki Fransa hökuməti üçün problematikdir. Tramp qalib gələcəyi halda Makronun hakimiyyətdən gedişi sürətlənəcək. Bütün bu fakltorlar onu göstərir ki, Makron hakimiyyətinin ömrü uzun deyil. İstənilən halda Makronun sonu uğursuzluq vəd edir"-deyə Ə.Zülfüqaroğlu qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ