Bazar ertəsi günü, 02 noyabr 2026
     

Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

Image


Elnur Kəlbizadə: "...Ermənistan hökuməti dərhal qərar qəbul etməlidir, o "nümayəndəliyin" fəaliyyətini tamamilə dayandırmalıdır"

İrəvandakı Qarabağ separatçılarının "nümayəndəliyi" bağlanmalıdır. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Erməni spiker qondarma rejimin "hakimiyyətini" tanınmamış "respublika"nın ləğvində ittiham edib.

Simonyan əlavə edib ki, onlar mütəmadi olaraq həmin "Artsax" nümayəndəliyində görüşlər təşkil edərək məsuliyyəti ört-basdır etməyə çalışırlar.

"Düşünürəm ki, bu binanın gələcəkdə hansı məqsəd üçün istifadə ediləcəyini yenidən nəzərdən keçirməliyik. O, bu cür məqsədlərə xidmət etməməlidir", - Simonyan vurğulayıb.

Ekspertlərin fikrincə, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, təcili surətdə Qarabağ separatçılarının "nümayəndəliyi"ni bağlamalıdır və onların bütün fəaliyyətlərinə qadağa qoymalıdır. Ekspertlərə görə, təəssüf ki, Ermənistan hökuməti bu barədə hələlik ciddi addım atmaq istəmir və bu ofisin bağlanmasını uzadır. Nikol Paşinyan hökumətinin bu istiqamətdə ciddi addım atmalı olduğunu deyən ekspertlər hesab edir ki, bu baş verməlidir. Alen Simonyanın, yaxud Paşinyan hökumətinin başqa bir rəsmisinin quru bəyanatı heç nəyi həll etmir, bu sahədə əməli addımlar atılmalıdır. 

"...Bu cür bəyanatlar heç də yetərli deyil, konkret tədbirlər görülməlidir..." 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Paşinyan hökuməti separatçıların "ofisini" bağlamalıdır. "Əgər Ermənistan hökuməti, Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmirsə və gələcəkdə də etməyəcəksə, bu zaman vaxtilə Qarabağda bir qrup terrorçu tör-töküntüsünün Ermənistanın keçmiş rəhbərliyinin də dəstəyi ilə yaratdığı "Arsax" terror təşkilatının, yaxud "Arsax Respublikasının"bu ölkədəki nümayəndəliyi niyə hələ var? Niyə bu "nümayəndəlik" (bəzən keçmiş dövrlərdə hətta onu "diplomatik nümayəndəlik də adlandırırdılar-E.K) hələ də fəaliyyət göstərir? Ermənistanın indiki hökuməti nə üçün hələ də belə bir "nümayəndəliyin" fəaliyyət göstərməsinə icazə verir? Əgər belə iddialar olmayacaqsa, yoxdursa, o zaman bu təşkilatın bu formada fəaliyyəti üçün hansı səbəbdən şərait yaradılır? Bilirik ki, Ermənistan hökumətinin əlində kifayət qədər inzibati resurslar var ki, bu qanunsuz terror təşkilatının fəaliyyətini dayandırsın. 

Əgər həqiqətən də həmin qüvvələr Ermənistan hakimiyyətinin deyil, kənar qüvvəllərin təsiri altında bu addımları atırsa, o zaman Ermənistan hökuməti dərhal qərar qəbul etməlidir, o "nümayəndəliyin" fəaliyyətini tamamilə dayandırmalıdır, o cür tədbirləri təşkil edən şəxslərin fəaliyyəti qanunvericilik çərçivəsində tənzimlənməlidir və nümayiş etdirilməlidir ki, bu, Ermənistanın rəsmi mövqeyi deyil, hansısa qrupların özfəaliyyətidir, özbaşınalığıdır. Ermənistan hökuməti belə bir addım atsa, Azərbaycanda müəyyən fikir formalaşdıra bilər ki, bu, Nikol Paşinyan hökumətinin özünün təşkil etdiyi bir məsələ deyil. Yox, bu istiqamətdə addım atılmasa, "Arsax nümayəndəliyinin" fəaliyyətinin tamamilə dayandırılması ilə bağlı Ermənistandakı hakimiyyət hər hansı bir tədbirlər həyata keçirməsə,  Azərbaycan tərəfinin belə bir nəticəyə gəlməsinə gətirib çıxara bilər ki, bu, əslində hökumətin özünün şərait yaratdığı bir tədbirdir, bir aksiyadır. İndiki vəziyyətdə seçim Ermənistanda faktiki olaraq hakimiyyətdə olan qüvvələrindir. Onlar mövqelərini ortaya qoymalıdırlar və Azərbaycan tərəfi üçün də aydınlaşmalıdır ki, onların yanaşması nədən ibarətdir"-deyə E.Kəlbizadə bildirdi. 

E.Kəlbizadənin sözlərinə görə, yəqin ki, Azərbaycan tərəfi separatçıların İrəvandakı "nümayəndəliyinin" fəaliyyətinin sülh prosesinə mane olduğunu ciddi şəkildə qarşı tərəfin diqqətinə çatdırıb: "Həqiqətən də qarşı tərəf baş  verən bu proseslərə görə cavabdehlik daşımırsa, yaxud bu proseslərdən xəbərsiz olubsa o zaman həmin "qurumun" fəaliyyətinin dayandırılmasının zəruri olduğunu deyib, hazırda Ermənistan hökumətinin və parlamentinin bəzi nümayəndələrinin sözügedən "nümayəndəliyin" fəaliyyətinin dayandırılmalı olduğu barədə verdikləri açıqlamalar da, ola bilsin ki, bununla bağlıdır. Nikol Paşinyan hökuməti və bu hökuməti dəstəkləyənlər, eyni zamanda Baş nazirin parlamentdəki tərəfdarları nümayiş etdirməyə çalışırlar ki, bu, hökumətdən qaynaqlanan bir fəaliyyət olmayıb. Amma Ermənistan rəhbərliyinin bunu sübut etməsi üçün bu cür bəyanatlar heç də yetərli deyil, konkret tədbirlər görülməlidir, hökumət bu "nümayəndəliyin" fəaliyyətini dayandırmalıdır, açıq-aydın nümayiş etdirməlidir ki, İrəvanda belə bir "nümayəndəlik" artıq fəaliyyət göstərmir".

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ