Bazar ertəsi günü, 02 noyabr 2026
     

İlham Əliyev 3 böyük qüvvənin arasında vasitəçilik edir - yaxşı imkan var

Image


Fuad İbrahimov: "Rusiya, Ukrayna, eyni zamanda da Avropa Birliyi, hər üçü Azərbaycanın vasitəçiliyini qəbul edir"

"Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır.

Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik". 

Bu fikirləri sentyabrın 6-da Prezident İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı deyib. 

Sessiyanın moderatorunun "Yəni burada müəyyən imkanlar varmı" sualına Prezident İlham Əliyev "Bəli, hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır"-deyə cavab verib. 

Söhbət qaz nəqli məsələsində Avropanın, Rusiyanın və Ukraynanın arasında Azərbaycanın vasitəçiliyindən gedir ki, ölkəmiz bu istiqamətdə gərək olan addımı atır. 

"Burda söhbət əsasən dövlət başçısının nüfuzundan gedir ki, artıq ölkəmizi bu məsələni həll edən qüvvə kimi görürlər" 

İqtisadçı ekspert Fuad İbrahimov "Bakı-Xəbər"ə bildirdi ki, iki ölkə arasında müharibə getməsinə baxmayaraq, bugünə kimi Rusiya Ukrayna ərazisindən Avropaya qaz və neft ixrac edir. "Belə çox maraqlı bir vəziyyətdir. Hətta qaz ixrac kəməri şiddətli döyüşlər gedən Kursk vilayətindən keçir. Nonsensdir, iki dövlət arasında müharibə gedir, amma tranzit xətləri işləyir, bu xətlərə də texniki cəhətdən xidmət edən komanda var. İşin dərinliyinə gedəndə bunun mürəkkəbliyi diqqətdən yayınmır. Belə fikirlər irəli sürülmüşdü ki, qaz nəqli yanvar ayından dayandırılsın. Onsuz da Rusiya qazından imtina Avropa məkanında müəyyən çətinliklərə şərait yaradıb. Qaz ixracının azalması bir çox ölkələrin makroiqtisadi səviyyədə böyük şirkətlərinin istehsal proseslərinə təsir edib. Müəyyən şirkətlər var ki, istehsal prosesini digər üçüncü ölkələrə keçirib və bununla da nə qədər işsizlər ordusu yaranıb. Çoxları sıxılmış qazdan istifadəyə keçir. Sıxılmış qazdan da istifadə qiymət baxımından nəql olunan qazdan baha başa gəlir. Eyni zamanda, bunun öz infrastrukturu var. Yəni onun xüsusi infrastrukturları, saxlanma yerləri olmalıdır, kapital yönəldilməlidir, investisiya qoyulmalıdır ki, təkmilləşsin. Təkmilləşəndən sonra problem yoxdur. Məsələn, Avstriya, Macarıstan, Çexiya kimi bir çox ölkələr var ki, bunlar yenə də Rusiya qazından aslılqlarını saxlayırıar. Bu gün bu problemin yaranması ilk növbədə bizim Cənub qaz xəttimizin aktuallığını daha da genişləndirir, payımızdan daha çox almaq istəyənlərin sayı artır, eyni zamanda xəttimizin dayanıqlı olması siyasi nöqteyi-nəzərdən bir daha cəzabədarlığını genişləndirir. Bu öz yerində. Cənab Prezident detallı şəkildə açıqlamasını verməsə də, açıq-aşkar bildirildi ki, Rusiya, Ukrayna, eyni zamanda da Avropa Birliyi, hər üçü Azərbaycanın vasitəçiliyini qəbul edir. Yəni daha çox bizim bu problemi siyasi mənada həll etməyimizi, eyni zamanda da ixrac kəmərinin fasiləsiz işləməsini (ya alternativ variantda – F.İ) bir zəmin kimi boynumuza götürməyimizi istəyir. Detallı açıqlanmasa da, deyilənlərə uyğun təxmini proqnoz vermək olur, elə olmalıdır ki, işləsin.  Əslində qazın ixracı Rusiyaya da, Avropaya da sərf edir. Çünki bunsuz çətindir. Eyni zamanda Ukrayna da tranzit pulu alır. Amma siyasi motivdə birdən Ukrayna maraqlı olar ki, bu qaz kəməri işləməsin, Avropa daha da  qıcıqlansın, ona daha çox dəstəyi artırsın.   Belə düşünürəm. Amma iqtisadi cəhətdən bu xəttin işləməməyi hər birinə ziyan vurur. Bu gün Azərbaycanın bu məsələdə vəziyyətdən çıxış yolu kimi iştirakı bir daha sübut edir ki,  artıq xarici siyasətdə, xarici məkanda dövlətimizin nüfuzu çox böyükdür. Burda söhbət əsasən dövlət başçısının nüfuzundan gedir ki, artıq ölkəmizi bu məsələni həll edən qüvvə kimi görürlər.  bu çox müsbət haldır, statusun dəyişməsidir, artıq başqa gözlə baxmaqdır. Bilirsiz, bir Avropa ölkəsinə Azərbaycan qazının verilməsi ola bilsin ki, həcm nöqteyi-nəzərdən Avropa məkanında istifadə olunan qazın çox az faizidir. Yuvarlaq olaraq 2-dən 4-ə çatdırmalıyıq, hələ 4 faiz olacaq. Ancaq coğrafi məkan baxımından, kifayət qədər Avropa ölkələrini əhatə edir. Bu böyük göstəricidir".

F.İbrahimovun fikrincə, biz buna strateji cəhətdən düzgün yanaşırıq. F.İbrahimov vəziyyəti belə qiymətləndirir. 

Eyni zamanda F.İbrahimov düşünmür ki, bu qaz ixracı Ukrayna üzərindən dayandırılacaq, çünki dasyandırılarsa vəziyyət daha da acınacaqlı olar. F.İbrahimovun sözlərinə görə, ümumiyyətlə bu fonda Azərbaycan dəhlizinin rolu böyükdür. "Çoxları bunu Cənub Qaz Dəhlizi adlandırsa da, mən bunu Azərbaycan dəhlizi adlandırıram. Bu dəhlizin adını Azərbaycan dəhlizi qoymaq lazımdır. Çünki bu gün Qərblə Şərqin arasında yeganə elastik keçid məntəqəsi, bir məkan kimi, Azərbaycandır. Cənubdan İrandan, aşağıdan Fars körfəsindən Suveyş kanalında müəyyən probelm var. Yuxarıdan da Şimaldan ta Qafqaz dağlarına qədər Qərblə Şərq arasında bu keçid məhdudlaşıb, dayandırılıb. Bu baxımdan ən əlverilşli, kommunikasiyalı infrastruktur, həm siyasi, həm iqtisadi baxımdan  ən əlverişli, cazibədar məkan Azərbaycan məkanıdır. Ona görə onun adını şərti olaraq Azərbaycan xətti qoymaq, bu ifadədən istifadə etmək lazımdır"-deyə F.İbrahimov bildirdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ