Bazar ertəsi günü, 02 noyabr 2026
     

Beynəlxalq Genosid Araşdırmaçılarının Assosiasiyası “erməni alətinə” çevrildi...

Image


Qasım Hacıyev: "Bu təşkilatın qəbul etdiyi qətnamənin heç bir tarixi, siyasi, hüququ  gücü yoxdur, çünki əsassızdır"

Nikol Paşinyan hökuməti Qarabağ sevdasından əl çəksə də, xaricdəki erməni diaspor və lobbi təşkilatları hələ də bu çürük fikirdən əl çəkmək istəmirlər. Odur ki, pulla ələ aldıqları təşkilarları Azərbaycana qarşı qaldırırlar, gerçəkləşməsi mümkün olmayan xam xəyallarını həyata keçirmək istəyirlər. 

İndi də "Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası" adlı bir təşkilat vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırlar ki, Azərbaycan erməniləri vaxtilə könüllü köçüb getdikləri Qarabağa qaytarsın. Erməni lobbisinin əlində oyuncağa çevrilən  "Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası" Qarabağla bağlı qətnamə qəbul edib. Guya ki, Azərbaycan Qarabağda "soyqırım" həyata keçirib və sözügedən təşkilat ölkəmizin Qarabağı işğaldan azad etməsini "soyqırım" kimi qəbul edib. 

2022-2023-cü illərdə Azərbaycanın Dağlıq Qarabağdakı fəaliyyəti qətnamədə soyqırım kimi qiymətləndirilir.

"Erməni Soyqırımı Muzey-İnstitutunun" keçmiş direktor müavini Suren Manukyan öz səhifəsində yazıb ki, "Soyqırım Alimlərinin Beynəlxalq Assosiasiyası" "soyqırımları" araşdıran ən böyük və "mötəbər" təşkilatdır və onun üzvləri 700-ə yaxın mütəxəssisdir.

"Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyasının" Qarabağla bağlı "qətnaməsində" bir sıra absurd məsələlər yer alıb. Guya  2022-ci ilin dekabrından 2023-cü ilin sentyabrınadək Qarabağın "blokadası", o cümlədən Laçın dəhlizinin bağlanması "etnik ermənilərin fiziki məhvinə və ya onlara fiziki zərər vurulmasına" səbəb olub. Guya dinc əhali "bombalanıb", onlar "ölüm aclığına məhkum edilib", "etnik təmizləməyə" məruz qalıb. Qondarma iddialar əsasında qəbul edilən qətnamədə diqqət çəkən məqamlardan biri Qarabağdan getmiş ermənilərin sayı ilə bağlıdır. Ermənilər son dövrə qədər onların sayının 120 min nəfər olduğunu iddia edirdilər, bu üzdəniraq sənəddə isə 30 min nəfəri uşaq olmaqla 101 nəfərin Qarabağdan getdiyi deyilir. Elə bu rəqəmin özü göstərir ki, qətnamə uydurmalar əsasında hazırlanıb. Burada o qədər absurd iddialar yer alıb ki, onların hamısını sadalamağı lazım bilmirik. Çünki baş verməyən, təpədən-dırnağa uydurma olan bir məsələyə geniş yer vermək yersizdir. 

Bu nə Assosiasiyadır, bunun qətnaməsinin hansısa hüquqi gücü varmı?

"Bu assosiasiyanın özü də erməni lobbisinin kağız üzərində yaratdığı bir təşkilat təsiri bağışlayır" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, materiallarla tanış olub və ilk cümlədən hər şeyin düzülüb-qoşulduğu aydın görünür: "Bu təşkilatın adı ilə tanış oldum. Bilirsiz ki, bu gün erməni lobbisinin əlində çox belə təşkilatlar var, çünki bu qurumları onlar özləri yaradıb qeydiyyatdan keçirirlər. Belə hesab edirəm ki, "Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası" adlı təşkilatı erməni lobbisinin yaratdığı bir təşkilatdır. Bu təşkiların müstəqil bir qurum olduğuna şübhəm var. Ona görə ki, başqa məsələlərlə, başqa dövlətlərlə, xalqlarla bağlı onun bəyanatlarına, qətnamələrinə rast gəlməmişəm. Həqiqətən də bu təşkilat erməni lobbisinin öz təşkilatı deyildisə, onda nə üçün Xocalı soyqırımına münasibət bildirməyib? Niyə ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrə, törətdiyi genosid cinayətlərinə seyrçi qalıb? Ukraynada, Qəzzada gündə nə qədər dinc sakin həyatını itirir, bəs bu təşkilat niyə bir bəyanat qəbul etmir? O doğrudan da soyqırımları araşdırırsa, niyə gerçək soyqırımlardan bəhs etmir?  Ermənilər tarixdə heç zaman genosidə məruz qalmayıblar, azərbaycanlıları, başqa xalqları genosid ediblər.

Bunlar qaraçı tayfasıdırlar, hər yerdə yalandan hay-küy salmağa öyrəşiblər. Bir vaxtlar Türkiyəyə qarşı qondarma iddalar irəli sürürdülər, indi də Azərbaycanı hədəfə alıblar. Xocalı genosidini törədən bir tayfa gör indi hansı yalandan yapışıb. 

Bütün məsələlərdə ermənilər küyçüdür, xırda bir hadisəni şişirdib dağ boyda edirlər. Qondarma erməni genosidi kimi, Qarabağdan gedən ermənilərlə də bağlı məsələni kökündən səhv qoyublar. Ermənilərin Qarabağdan hansı şəraitdə getdikləri haqda məlumatları olduğu, separatçıların Azərbaycana qarşı etdiyi bütün cinayətləri bildikləri halda durub belə qərəzli, böhtan dolu qətnamə qəbul ediblər. Sözügedən təşkilat yaxşı bilir ki, Qarabağ işğalda olanda ermənilər bizim ərazilərin altını üstünə çevirib, evlərimizi viran qoyublar, abidələrimizi, məscidlərimizi dağıdıblar, saysız azərbaycanlını qətlə yetiriblər. Bütün bunların hamısını bir qırağa qoyub çox ədalətsiz, çox qeyri-obyektiv şəkildə Azərbaycan xalqına qarşı ittihamlar yağdırırlar. Bütün dünya bilir ki, Qarabağda blokada olmayıb, Azərbaycanın mərkəzi hakimiyyəti ordakı ermənilərə kömək göstərmək üçün təşəbbüs göstərib, amma onlar qəbul etməyib. İndi bunlar qətnamə qəbul ediblər və ora reallığı əks etdirməyən maddələr salıblar, nə qədər tədqiqatçını bu işə cəlb ediblər ki, bu məsələni araşdırsın. Bütün bunlar onların öz yalanlarını  sübut etmək üçün göstərdikləri cəhdlərdir. Halbuki, bunların heç birini sübut edə bilməzlər, çünki dediklərində həqiqət yoxdur. Əgər bu təşkilat araşdırma aparmaq istəyirsə, buyurub aparsın, amma obyektivlik göstərsin, ermənilərin Qarabağda hansı cinayətlər törətdiyini, oradan hansı şəraitdə getdiklərini yazsın, Azərbaycan mərkəzi hakimiyyətinin onlara yaratdığı şəraiti, göstərdiyi real münasibəti o sənədə daxil etsin. Bu məsələyə səthi yanaşıb ermənipərəstlik göstərməsinlər. Ermənilərin Qarabağdan niyə getdiklərini araşdırmaq istəyirlərsə, bunu özündə ehtiva edən videolar, müsahibələr var, onları oxusunlar. Ermənilər deyirdilər ki, bizə Qarabağı tərk edin deyiblər, biz də gedirik. O vaxt özləri etiraf etdilər ki, qondarma rejimin rəhbərləri onlardan Azərbaycan ərazisini tərk etməyi tələb edib. O təşkilat bunları təhlil etsin, onların videolarına baxsın. O qədər faktlar var ki, onlarla tanış olsunlar. Onlar kütləvi şəkildə köçüb getmək istəyirdilər və keçid məntəqəsində növbələr yaranırdı. Burda bizimlə bağlı heç  nə yoxdur. Azərbaycan mərkəzi hakimiyyəti ermənilərə heç bir vaxt təzyiq göstərməyib. Onlar burada qalıb Azərbaycan vətəndaşlığını qəbul etmədilər, Ermənistana, oradan da başqa yerlərə getməyə üstünlük verdilər. Azərbaycan onları qovmayıb ki. Dəfələrlə ermənilərə müraciət etdik ki, qalıb yaşasınlar, bunların hamısının protokolları var, sənədləşib. Amma buna baxmayaraq, xaricdə oturan erməni lobbisi qondarma təşkilat yaradıb bizi qaralayır".

Q.Hacıyevin sözlərinə görə, bu bir qarayaxma kampaniyasıdır və bunun heç bir elmi, tarixi, hüquqi əsası yoxdur. "Onların dedikləri boş və mənasızdır. Ortaya fakt qoysunlar, Azərbaycan tarixçiləri, Azərbaycan siyasətçiləri də onlara lazımı cavab verəcək. Amma ermənilərin heç bir faktı yoxdur, qondarma, uydurma kağız parçaları düzəldib öz yalanlarını doğru kimi təsdiqlətmətmək istəyir. 

Bu mənada bu təşkilatın qəbul etdiyi qətnamənin heç bir tarixi, siyasi, hüququ  gücü yoxdur, çünki əsassızdır. Bu assosiasiyanın özü də erməni lobbisinin kağız üzərində yaratdığı bir təşkilat təsiri bağışlayır. Dediyim kimi, belə olmasaydı başqa hadisələrə də reaksiyası olardı. Necə olur ki, dünyadakı gerçək soyqırımları görmürlər, amma uydurma erməni "soyqırımını" görüb onunla bağlı qətnamə qəbul edirlər? Qarabağ ermənilərin tarixi vətəni deyil və onlar bu torpağın əzəli sakinləri olmayıblar. Onlar aid olmayan torpaqların yerli sakinlərinə qarşı cinayətlər, soyqırımlar törədiblər. O təşkilat obyektiv olduğunu sübut etmək sitəyirsə, gerçəkləri araşdırsın. Azərbaycan dövlətini, Azərbaycan xalqını hədəfə almaqla heç nəyə nail ola bilməyəcəklər və özlərini növbəti dəfə biabır edirlər"-deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyev bildirdi ki, 2023-cü ilin sentyabrına qədər Qarabağda məskunlaşan ermənilərin əskəriyyəti xarici ölkələrdən ora köçürülüb gətirilənlər idi və onlar da çıxıb gəldikləri yerlərə getdilər. Ermənilərin Qarabağa qaytarılması üçün heç bir təşkilat Azərbaycana təzyiq göstərə bilməz, onları oradan Azərbaycan dövləti çıxarmayıb, öz havadarları çıxarıb: "Ermənilər Qarabağa yalnız Azərbaycanın şərtləri daxilində qayıda bilərlər. Bu proses Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı ilə paralel getməlidir. Yeri gəlmişkən, bu təşkilat heç Qərbi azərbaycanlıların taleyindən belə danışmayıb. Bütün bunlar da bizə deməyə əsas verir ki, bu qurum da erməni lobbisinin yaratdığı təşkilatdır. Necə ola bilir ki, "genosidləri araşdırmaqla" məşğul olan təşkilatlar ancaq erməni "soyqırımını" araşdırmaq istəyir? Niyə Fransa müstəmləkəsi altında əzilən, genosidlərə məruz qalan xalqları yada salmır?"

Q.Hacıyev əlavə etdi ki, xaricdəki erməni lobbisi, Fransa və bəzi digər ölkələr Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktı ilə barışmaq istəmir, bu səbəbdən də belə absurd qətnamələr qəbul edirlər. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ