Bazar ertəsi günü, 02 noyabr 2026
     

Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

Image


Xəyal Bəşirov: "AŞPA Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, Azərbaycanın şərt olaraq irəli sürdüyü addımı atmaq bu qurumun iradəsi daxilindədir"

 AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək.

Prezident İlham Əliyev  bu sözləri Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.

Prezident vurğulayıb: "Bu ilin yanvarında baş verənlər (AŞPA-da - red.) qırmızı xətti keçdi. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib".

Prezident qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin "persona non-qrata" elan edilməsi qərarı adekvat olub. "Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək", - deyə Əliyev əlavə edib.

"AŞPA bu addımı aradan qaldıracaqsa...

Prezident Əliyevin AŞPA-nın qərarına qarşı qoyduğu şərt barədə baki-xeber.com-a şərh verən  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, Prezidentin də qeyd etdiyi kimi, biz ümumiyyətlə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) atdığı addıma cavab vermişik. X.Bəşirovun bildirdiyinə görə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv olub. "Prezidentin də qeyd etdiyi kimi, o dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev idi. Çünki o dönəmdə Prezident deputat olub. AŞPA ilə bizim münasibətlərimizdə təxminən 20 il müddətində elə də ciddi probelm olmayıb. Düzdür, bəzi hallarda, seçkidə müşahidə ilə bağlı xoşagəlməz mövqeləri olurdu. Bir məqamı qeyd edim ki, 2018-ci ildə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi və o seçkiləri müşahidə edən tərəflərdən biri AŞPA-nın nümayəndələri, digər tərəfdən isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçiləri idi. Başqa müşahidəçilər də vardı. Amma bunlar arasında müqayisə apardıqda həmin seçkilərin nəticələrinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan olan müşahidəçilər daha sərt münasibət bildirmişdilər, nəticələri daha ciddi tənqid etmişdilər. O məntiqlə yanaşsaq, Azərbaycan növbəti seçkilərə AŞPA-nın nümayəndələrini deyil,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçilərini dəvət etməməli idi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də onları dəvət etdi. Təbii, burada söhbət seçkidə müşahidədən və müşahidənin nəticəsinə uyğun olaraq münasibətdən getmir ki, onlar bizi keçən seçkilərdə tənqid edirdilər. 

Məhz bu ilin yanvar ayının 22-də Azərbaycan nümayəndə heyətinin etimadnaməsi qəbul edilmədi, mandatı donduruldu. AŞPA buna səbəb kimi Qarabağdakı ermənilərin "humanitar problemlərini" əsas gətirdi. Halbuki, bu heç bir konkret arqumentə, real fakta söykənmirdi. Ümumiyyətlə, Qarabağdakı "humanitar vəziyyətlə" bağlı iddialar absurd idi. Bu bəhanə ilə Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatı donduruldu. Bundan əvvəl Azərbaycan tərəfi onların belə bir addım atacağını gördüyü üçün bizim nümayəndələrimiz etirazlarını bildirərək AŞPA-nın qapısını çırparaq çıxdılar. Təbii ki, biz AŞPA-nın bizə qarşı atdığı bu ədalətsiz addımın geri götürülməsini istəyirik. Biz əsasımız olmadan AŞPA-nın qarşısında heç bir şərt qoymamışıq. Onlar bizə qarşı belə qərəzli mövqe sərgiləyiblər və Azərbaycan nümayəndə heyətinin səsini boğmaq məqsədi daşıyan bu addımı atan tərəf AŞPA-dır". 

X.Bəşirovun sözlərinə görə, AŞPA-da 306 əsas, 306 nəfər də ehtiyat deputat var. O vurğuladı ki, 306 deputatın 90 nəfəri səsvermədə iştirak edib və onun da 76-sı bizim əleyhimizə səs verib, bu 76 nəfərin 65-i isə LGBT nümayəndəsi olub: "AŞPA-da LGBT fraksiyasına üzv olan 157 deputat təmsil olunur ki, həmin fraksiyadan 65 nəfəri yanvarın 22-də Azərbaycan əleyhinə səs verib. Bu, cinsi azlıqları müdafiə edən tərəflərin Azərbaycana qarşı hazırladığı bir qətnamə idi. O qərəzli qətnamənin lehinə səs verən 76 deputatın 65-i  LGBT nümayənsəsi idi. Erməni diaspor və lobbi təşkilatlarının, Emmanuel Makron administrsiyasının, Cozef Borrel qruplaşmasının Frank Şvabe vasitəsilə hazırladığı bu oyunun əslində kimlər vasitəsilə  Azərbaycana qarşı həyata keçirildiyini düşünəndə qətnamənin ciddiliyinə də varmırıq. Amma hər bir halda Avropa Şurasının üç əsas qurumdan birində - AŞPA-da Azərbaycana qarşı atdığı addımı pisləyirik, bunu qəbul etmirik. Bizə qarşı hazırlanan bu təxribatçı qətnamənin lehinə səs verən şəxslərin Azərbaycanda arzuolunmaz şəxs elan edilməsi ilə bağlı addım atmışıq. Bu da  beynəlxalq hüquqa, diplomatik qaydalara uyğun, etik qaydalar çərçivəsində atılan addımdır. Biz onlar barəsində hər hansı bir qeyri-etik, yaxud beynəlxalq qanuna uyğun addım atmamışıq. Bu tam hüquqi, qanunauyğun addımdır. Həmin şəxslər bizə qarşı qərəzli mövqe göstəriblər. Avropa dövlətləri arasında da bizə qarşı qərəzli addım atan dövlətlər var. AŞPA öz qərarını dəyişib geriyə addım atmayınca Azərbaycan həmin o şəxslərin  "persona non-qrata" elan etməsini geri götürmək niyyətində deyil. Bunu bir daha Prezident İtaliyadan, Avropanın mərkəzindən bəyan etdi və buna təəssüfləndiyini bildirdi. Düşünürəm ki, AŞPA Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, Azərbaycanın şərt olaraq irəli sürdüyü addımı atmaq bu qurumun iradəsi daxilindədir. Amma onu da diqqətinizə çatdırım ki, bu gün Azərbaycan Avropa Şurası ilə bütün əlaqələrini kəsməyib. Avropa Şurasının digər qurumları var - Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsi mövcuddur, Azərbaycan onlarla sıx əməkdaşlıq edir. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını biz icra edirik. Yəni bütün bunlar bizə onu deməyə əsas verir ki, Avropa Şurası ilə hər hansı bir münasibətləri korlayan addımı ilk biz atmamışıq. Onun qurumlarından biri - Parlament Assambleyası Azərbaycana qarşı bu addımı atıb və Azərbaycan da ona adekvat cavab verib. Əgər AŞPA bu addımı aradan qaldıracaqsa, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, biz də qəbul etdiyimiz o qərarı geri götürəcəyik. Yəni artıq onların elə bir qətnaməsi mövcud olmayacaq, Azərbaycana qarşı qəbul edilən qətnamə mövcud olmadığı təqdirdə Azərbaycan da həmin o qətnaməyə qarşı atdığı, götürdüyü o ölçünü aradan qaldıracaq"-deyə X.Bəşirov bildirdi. 

İradə SARIYEVA            

 





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ