Bazar ertəsi günü, 02 noyabr 2026
     

Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

Image


Akif Nağı: "...Məhkəmənin gedişi Ermənistanın mövqeyinə elə də ciddi təsir göstərməyəcək"

Qarabağ separatçıları ilə bağlı aparılan təhqiqat yekunlaşıb və materiallar tezliklə məhkəməyə göndəriləcək. Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində "NEWS.ru" nəşrinə müsahibəsində bildirib.

Baş prokuror deyib: "Cinayət işində həm müttəhimlərin, həm də zərərçəkənlərin materialları ilə tanış oluruq. Bilirsiniz, bu cinayət işində çoxlu sayda zərərçəkən var. Bütün istintaq tədbirlərinin aparılmasından sonra cinayət işi beynəlxalq normalara və Azərbaycanın cinayət-hüquq qanunvericiliyinə uyğun şəkildə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək".

Separatçıların üzərində başlayacaq məhkəmə prosesinin sülh sazişinin imzalanmasına, Ermənistanla normallaşma prosesinə, sərhədlərin delimitasiyası və demarkasiyasına, bir sözlə, bu ölkə ilə münasibətlərimiz çərçivəsində danışıqlara necə təsir göstərəcək? Danışıqları sürətləndirəcək, yoxsa dayandıracaq? Ümumiyyətlə, məhkəmə prosesi Ermənistanın bu danışıqlarda iştirakını aqressivləşdirə bilərmi? Ya Ermənistan daha da normal siyasət aparacaq? Prosesə necə təsir edəcək?

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan heç kəsin fikrindən, Ermənistanın mövqeyindən asılı olmayaraq  öz ölkəsinin ərazisində ədalətli məhkəmə prosesini həyata keçirir, o cümlədən də hərbi canilərin üzərində məhkəmə prosesi həyata keçirilməlidir. "Xeyli vaxtdır tədqiqat, istintaq işləri aparılır, belə görünür ki, kifayət qədər material toplanıb. O materialların əsasında da məhkəmədə konkret olaraq onların hər birinin işinə baxılacaq və cəzaları veriləcək. Heç kəsin heç bir təsir imkanları yoxdur. Bilirsiz ki, istintaq işləri gedən dövrdə, xüsusən də Vardanyanla bağlı Azərbaycana təsir etməyə cəhd göstərildi, müxtəlif müraciətlər vardı, aksiyalar keçirdilər, bizə böhtanlar atırdılar ki, guya onlara təzyiq var, saxlanma şəraitləri uyğun deyil. Amma Azərbaycan bu cür təhdidlərin, təsir etmə cəhdlərinin hamsının qarşısında dayandı. İndi məhkəmə olacaq, böyük ehtimalla məhkəmə prosesi açıq şəkildə keçiriləcək, şahidlər var, əlimizdə kifayət qədər faktlar var. Onların əsasında məhkəmə prosesi baş tutacaq. Heç kəs məhkəmənin qərəzli olacağını iddia edə bilməz. Digər tərəfdən, bu prosesin Ermənistanla Azərbaycan  arasında gedən danışıqlara, normallaşma prosesinə necə təsir göstərməsi məsələsinə gəlincə, Ermənistan bu canilərin Azərbaycana verilməsində müqavimət göstərmədi, belə deyək, həmin adamların bizə təhvil verilməsində iştirak etdi. Dəqiq bilmirik ki, o canilər hansı şəraitdə saxlanılıb, Bakıya gətirilib. Amma hər halda, bu prosesdə Ermənistan tərəfi də iştirak etməmiş deyildi. Ermənistan da başa düşür ki, onlar canidirlər və onların üzərində məhkəmə prosesi aparılmalıdır. Hesab edirəm ki, Ermənistan özü o prosesin içində olubsa, onların saxlanılıb Bakıya gətirilməsində iştirak edibsə məhkəmənin gedişi Ermənistanın mövqeyinə elə də ciddi təsir göstərməyəcək. Ermənisan Azərbaycanla hansısa diqtə və təzyiq dilində danışa bilməz. İndiyə qədər də Ermənistan rəhbərliyi tərəfindən Azərbaycana hərbi canilərlə bağlı elə bir müraciət olmayıb. Əksinə, bu yaxınlarda Paşinyan açıqlamalarının birində Vardanyanla bağlı münasibətini bildirdi ki, o, Rusiya vətəndaşı olub, Rusiya tərəfindən Qarabağa göndərilib. Sözündən belə çıxdı ki, Ermənistan rəhbərliyi Vardanyanı müdafiə etmək fikrindən uzaqdır. Faktiki olaraq Paşinyan Vardanyanla bağlı Ermənistanın hər hansı bir öhdəliyinin olmadığını dilə gətirdi. Digərləri ilə bağlı da məsələ eynidir. Bilirsiz ki, Ermənistan rəhbərliyində Qarabağda fəaliyyət göstərmiş hərbi canilərə, separatçı rejimin rəhbərlərinə hansısa bir formada dəstək vermirlər və onları yaddan çıxarmağa çalışırlar.

Sentyabrın 2-də onlar özlərinin hansısa dırnaqarası günlərini qeyd edirdilər. Paşinyan tərəfindən bu barədə heç bir açıqlama olmadı. Deyək ki, müəyyən siyasi divident qazanmaq istəyən qüvvələr nəyisə ortaya qoymağa çalışdılar, sonuncu "liderləri" Şahmaranyan açıqlamalar verdi ki, guya ermənilər ora qayıtmaq istəyir, onların qayıdışı təmin olunmalıdır və sair. Ermənistan rəhbərliyinin "Qarabağ prosesi", ermənilərin orada qurduqları oyunlar çevrilmiş səhifədir, yəni Ermənistan rəhbərliyi bu mövqedən yanaşır. Ona görə də, canilərlə bağlı Ermənistanın elə bir iddiası olmayacaq. 

Danışıqların vəziyyətinə gəlincə, deyim ki, onsuz da danışıqlar elə də sürətlə getmir. Hesab edirəm ki, məhkəmə prosesinin danışıqların vəziyyətinə hər hansı bir təsir göstərəcəyi gözlənilən deyil".

A.Nağının sözlərinə görə, danışıqlar prosesində Ermənistanın tutduğu mövqe bəllidir. A.Nağıya görə, ola bilsin, Ermənistan hökumətinə təsir göstərmək üçün daxildə hansısa aksiyalar təşkil edilsin, Paşinyan da oynamağı xoşladığından əlinə bəhanə keçsin, "cəmiyyətdə narazılıq var" və sair desin. "Amma bütövlükdə inanmıram ki, Ermənistanın mövqeyinə, orda gedən proseslərə bu məhkəmə prosesi ciddi təsir göstərsin, o cümlədən də Ermənistan və Azərbaycan arasında gedən danışıqlara. Yəni Ermənistan cəmiyyəti bu hərbi canilərlə maraqlanmır, bu fikir geniş mənada ortadadır. Çünki bundan əvvəl bir neçə məhkəmə prosesi olub, müəyyən adamlarla bağlı qərar çıxarılıb. Səhv etmirəmsə,  Vaqif Xaçaturyana 15 il cəza verildi. Onunla bağlı da Ermənistan cəmiyyətinin ciddi bir reaksiyası olmadı, rəhbərlik də, başqa qüvvələr də buna münasibət bildirmədi. Eyni proses davam edəcək. Bu səbəbdən də, fikrimcə, bu məhkəmə prosesinin başlanması Ermənistana da bir siqnal olacaq ki, oyunbazlıqdan əl çəksin, normal, sivil siyasətlə məşğul olsun. Bilsinlər ki, Azərbaycan rəhbərliyi, Azərbaycan hüquq-mühafizə orqanları məsələyə ciddi şəkildə yanaşır, qanun müstəvisində yanaşır. Qanun müstəvisində yanaşdığına görə özləri üçün nəticə çıxarmalıdırlar ki, onlar da normal siyasətlə məşğul olmalıdırlar və Ermənistan rəhbərliyi populizmdən uzaqlaşmalıdır. Bu məhkəmə prosesi bu mənada onlara bir mesaj göndərməlidir. Bütüövlükdə hesab edirəm ki, bunun proseslərin gedişinə o qədər də təsiri olmayacaq. Amma bu məhkəmə prosesi Azərbaycanın haqlı olduğunu, öz mövqeyində davamlılığını bir daha göstərək. Yəni heç bir təzyiqə baxmayıb öz işindədir, normallaşmada da, sülh müqaviləsinin imzalanmasında da Azərbaycan öz mövqeyindən çıxış edir, kimlərinsə heç bir təsir etmək imkanı yoxdur. Bu bir göstərici olacaq ki, Azərbaycan istər hərbi canilər üzərində məhkəmələrin qurulmasında, istərsə də sülh müqaviləsinin imzalanmasında, danışıqlar prosesində öz sərbəst xəttini yeridir və hər kəs də, o cümlədən Ermənistan da Azərbaycanın bu mövqeyini birmənalı olaraq qəbul etməlidir" - deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ