Bazar ertəsi günü, 02 noyabr 2026
     

Qarabağlılar İrəvandan kütləvi qaçır - Paşinyan bir səbəb dedi, Şahramanyan variantlar sayır...

Image


Akif Nağı: "Oyunbazlıq edirlər, Paşinyan bir söz deyir, Şahramanyan tamam başqa bir iddia ortaya qoyur, bunlar isə bir-birini tutmur"

Qarabağdan könüllü köçüb getmiş ermənilərin ətrafında həm Paşinyan hökuməti, həm də Samvel Şahramanyan və onun kimiləri müxtəlif oyunlar qururlar. Məsələ burasındadır ki, Qarabağdan getmiş ermənilər özləri tamamilə məsələyə neytral yanaşır və tezliklə Ermənistanı da tərk edib başqa ölkələrə köçməyə can atırlar.  

2023-cü ilin sentyabrında qondarma "respublika" ləğv olunsa da, 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı "fərmana" əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün "dövlət qurumları", təşkilatların ləğv ediləcəyi və qondarma rejimin fəaliyyətinin dayandırılacağı elan edilsə də, təəssüf ki, hələ də Şahramanyan özünü "prezident" hesab edir və müxtəlif açıqlamalar verir.  

Qondarma "prezident" S.Şahramanyan sentyabrın 2-də açıqlama verib ki, ermənilər yenidən Qarabağa qayıtmaq istəyirlər, bu yolda "mübarizə" aparırlar, məqsədləri geri qayıtmaqdır və sair. 

O deyib ki, ermənilər "vətənə" qayıtmaq ümidi ilə yaşayırlar. Şahramanyan hətta qeyd edib ki, ermənilərin "öz tarixi vətənlərinə qayıtması məsələsi onların diqqət mərkəzindədir". Guya onu həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə komitə də yaradılıb. "Biz vaxtaşırı görüşür və mümkün qayıdışla bağlı məsələləri müzakirə edirik"-deyə bildirən Şahramanyan iddia edib ki, ermənilər "Ermənistan Artsaxında yaşamaq istəyir".

Utanmadan belə bir absurd ifadə işlədir və bununla da Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olduğunu sübut edir. 

Xatırladaq ki, bir-iki gün əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Şahramanyanın dediklərinin əksini söyləyib.  Paşinyan deyib ki, Qarabağdan olan ermənilər Ermənistanı da tərk edib başqa ölkələrə gedirlər. O, ermənilərə müraciət edib ki, Ermənistanı tərk edib getməsinlər və Ermənistan vətəndaşlığı almaq üçün hökumətə  müraciət etsinlər.

Şahramanyan deyir ermənilər Qarabağa qayıtmaq istəyir, Paşinyan isə bildirir ki, Qarabağdan gedən ermənilər Ermənistandan qaçırlar.

Ermənistandan qaçan ermənilər yenidən Qarabağa qayıtmaq istəyər? Bu məsələdə Paşinyanla Şahramanyanın sözü bir-birini tutmur. Nə baş verir? 

"Şahramanyan oyun oynayır, özü də başa düşür ki, ermənilərin Azərbaycan ərazisinə qayıtması mümkün deyil" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, Ermənistanda bəzi qüvvələr, bəzi qruplar hələ də Qarabağdan könüllü şəkildə köçüb gedən ermənilərdən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar: "Ermənistan hakimiyyəti, Paşinyan da bu məsələdə xüsusi məqsəd güdür, vaxtaşırı olaraq bu barədə danışır. Eyni zamanda, Bakıda həbsdə olmalı olan bu Şahramanyan deyilən cinayətkar da populist çıxışlarla gündəmə gəlməyə çalışır.  Amma hamısı başa düşür ki, dedikləri gerçəkləşən deyil, etdikləri boş-mənasız bir söhbətdir. Çünki artıq məsələ öz həllini tapıb. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da yaşlı vaxtında özünə yeni sənət tapıb və ona aid olmayan, başı çıxmayan işlərlə məşğul olur. Bu adam heç vaxt ağıl yiyəsi olmayıb, indi tamam ağlını itirib. Bunlar nə günə qalıblarsa Oskanyanın ağlı ilə oturub-dururlar, onunla məsləhətləşirlər. Guya o da hansısa təşkilat yaradıb. 

Reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağ heç vaxt ermənilərin vətəni olmayıb, onlar ora Çar Rusiyasının məkrli siyasəti nəticəsində köçürülüblər. Çar Rusiyası dövründə də Azərbaycan yaşamaq üçün onlara şərait yaratdı, sonrakı dövrlərdə onlar üçün müəyyən şərait olmasına çalışıb. Amma onlar onu başa düşmədilər, Azərbaycana, Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı çıxışlar etdilər. 1919-cu ildə Ermənistanın əlində alət olub, guya Azərbaycana qarşı üsyan qaldırdılar, o dövrdə Milli Hökumət onların bu üsyanlarının, Ermənistanın təcavüzünün qarşısını aldı və öz hakimiyyətini həmin ərazilərdə bərpa etdi. Sonrakı mərhələlərdə Azərbaycanın onlara qarşı hər hansı bir niyyəti yox idi. Ermənilər Azərbaycan ərazisində yaşayırdılar, bizim ölkəmizin vətəndaşları idilər. Amma növbəti dəfə Azərbaycana xəyanət etdilər. Onlardan bəzi dövlətlər, bəzi mərkəzlər Azərbaycana qarşı istifadə etdilər, onların əli ilə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı üsyan qaldırdılar, qiyam törətdilər. Onların bu hərəkətləri nəticəsində 30 il ərzində 1 milyondan artıq azərbaycanlı köçkün vəziyyətinə düşdü, 300 minə yaxın azərbaycanlı isə indiki Ermənistandan, tarixi Azərbaycan torpaqlarından, türk yurdundan,  Qərbi Azərbaycandan deportasiya edildi, qovuldu. Budur onların törətdiyi cinayətlər. İndi Ermənistandakı ermənilər, Qarabağdan köçüb getmiş ermənilər və dünyadakı ermənilər onun bədəlini ödəyirlər.  

Oyunbazlıq edirlər, Paşinyan bir söz deyir, Şahramanyan tamam başqa bir iddia ortaya qoyur, bunlar isə bir-birini tutmur. Əslində, hər ikisi də Qarabağdan könüllü köçüb getmiş ermənilərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. 

Paşinyan bu günlərdə bir söz də dedi ki, ermənilərin Qarabağa qaytarılması mümkünsüzdür, real deyil. O bu mövqedən çıxış etdi, o da öz siyasətini yeridir, oradakı erməniləri hələlik Ermənistanda saxlayıb öz məqsədləri üçün istifadə etməyə çalışır. O çalışır ki, müəyyən sayda ermənilər Ermənistanda qalsın. Çünki ermənilər Ermənistanda qalmaq istəmirlər, çıxıb getmək istəyirlər, daha yaxşı yaşamaq məqsədi güdürlər. Ermənilər üçün vətən anlayışı yoxdur. Qarabağ da, indiki Ermənistan deyilən ərazi də onların vətəni deyil, olmayıb, bunlar tarixi Azərbaycan torpaqlarıdır. Onlarda vətən anlayışı olmadığı üçün ordan da getmək istəyirlər, yaxşı həyat dalınca qaçırlar. Paşinyan çalışır ki, onların bu köçünün qarşısını alsın, onları heç olmasa müəyyən bir sayda Ermənistanda saxlasın. Məqsəd də odur ki, onların adından istifadə edib Azərbaycana qarşı müəyyən təxribatlar törətsin".

A.Nağının sözlərinə görə, Paşinyan istəyir ki, onların adlarından istifadə edilsin, onlarla bağlı müəyyən açıqlamalar verilsin. A.Nağının fikrincə, Paşinyan Qarabağdan köçüb getmiş ermənilərin Azərbaycana qayıtmasını istəmir, istəyir ki, onun əlinin altında olsunlar, eyni zamanda da başa düşür ki, onların geri qayıdışı artıq real deyil. A.Nağı qeyd etdi ki, ermənilər Azərbaycan ərazisindən könüllü şəkildə çıxıblar, öz qərarlarını veriblər və onların geri qayıtması üçün də Azərbaycanın şərtləri var, lakin onlar o şərtləri qəbul etmək istəmirlər. O vurğuladı ki, ermənilər geri qayıtmaq istəyirsə mütləq şəkildə Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, bizim qanunlara tabe olmalıdırlar, törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri qarşısında cavab verməlidirlər. "Ona görə də Paşinyan hesab edir ki, onların geri qayıtması həm də bu amilə görə mümkün deyil. Amma Şahramanyan oyun oynayır, özü də başa düşür ki, ermənilərin Azərbaycan ərazisinə qayıtması mümkün deyil. Guya bunlar 1991-ci ilin sentyabr ayının 2-də nəsə elan ediblərmiş, bunu gözə soxmağa çalışırlar. Amma heç bir reaksiya yoxdur. Onların bu "günlərinə" heç bir reaksiya yoxdur, Ermənistanın özündə artıq heç kəs buna fikir vermir. Heç kəs o bədnam tarixi yada salmaq istəmir, yanlış bir addım olduğu, səhv etdikləri  üçün xatırlamaq istəmirlər.  Bunu ermənilərin çoxu başa düşür və mümkün qədər 1991-ci ilin 2 sentyabrını yaddan çıxarmağa çalışırlar. Amma Şahramanyan kimi əl oyuncaqları kimlərinsə sifarişi ilə nələrisə təkrar etməyə cəhd edir, amma onun da heç bir mənası, təsiri yoxdur. Proses Azərbaycanın istəklərinə uyğun gedir və o istiqamətdə hər şey davam edəcək. Ermənilərə demək lazımdır ki, ağıllarını başlarına yığsınlar, bu boş xülyalarla özlərini aldatmasınlar" - deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ