Bazar ertəsi günü, 02 noyabr 2026
     

Bakının bombalanması planının detallarını azərbaycanlı professor açdı...

Image


Məhərrəm Zülfüqarlı: "Müttəfiq dövlət olan SSRİ tərəfindən Bakı neftinin faşist Almaniyasına göndərilməsinin qarşısını  almaq üçün Fransa və İngiltərə Bakının neft mədənlərini bombalamaq barədə plan hazırladılar"

İngiltərə və Fransa 1940-cı ildə Bakıda sovet neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürməyi və son nəticədə Sovet İttifaqının dağılmasına nail olmağı planlaşdırırdılar. Bu barədə RİA Novosti agentliyi Prezident Kitabxanasının dərc etdiyi arxiv sənədlərinə istinadən məlumat yayıb. 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, İngiltərə və Fransanın Bakının neft mədənlərini bombalamaq planı barədə məlumatın mahiyyəti təhrif edilərək verilib, əsl həqiqət isə başqadır. 

"Molotov-Ribbentrop müqaviləsinin gizli bəndinə əsasən, Bakı neftinin bir hissəsi Avropanı işğal etmək üçün faşist Almaniyasına verilməli idi" 

M.Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, əslində, buna səbəb SSRİ ilə Almaniya arasında 1939-cu ilin 23 avqustunda imzalanan  Molotov-Ribbentrop (Alman-Sovet Sərhəd Müqaviləsi) müqaviləsinin gizli bəndi olub. "1940-cı ildə İngiltərə və Fransanın Bakının neft mədənlərini bombalamaq planı olub. O barədə sizin qəzetdə yazı oxudum. Gördüm, faktların əksəriyyəti düzdür, amma mahiyyət, əsas səbəb göstərilmir ki, niyə İngiltərə və Fransa Bakını bombalamaq planı hazırlayırdılar, nə üçün Bakının neft mədənlərini bombalamaq istəyirdilər.  

SSRİ ilə faşist Almaniyası müttəfiq idi. Onların müttəfiq olması uzun müddət gizlədilib. Yəni 1939-cu ilin 23 avqustundan 1941-ci ilin iyun ayının  22-nə qədər faşist Almaniyasına ən yaxın dövlət Sovet İttifaqı olub. Ona görə ki, 1939-cu ilin avqust ayının 23-də faşist Almaniyası ilə SSRİ arasında "Hücum etməmək haqqında on illik müqavilə" imzalanıb. Əslində bu, müttəfiqlik müqaviləsi idi. Həmin müqavilə tarixdə xarici işlər nazirlərinin adı ilə Molotov-Ribbentrop müqaviləsi adlanır. Çünki onlar imzalamışdılar. Həmin müqavilənin də gizli saxlanılan maddələrinə görə, Bakı neftinin bir hissəsi faşist Almaniyasına verilməli idi. Bakı neftinin bir hissəsini Almaniya alandan sonra Avropa işğal olunmalı idi. Çünki hələ onda Fransa işğal olunmamışdı, İngiltərə üçün də təhlükə yaranmamışdı, Avropa tam işğal edilməmişdi. Fransa və İngiltərə belə hesab edirdilər ki, Bakı nefti faşist Almaniyasının əlinə keçsə, o, Avropanı işğal edəcək. Müttəfiq dövlət olan SSRİ tərəfindən Bakı neftinin faşist Almaniyasına göndərilməsinin qarşısını  almaq üçün Fransa və İngiltərə Bakının neft mədənlərini bombalamaq barədə plan hazırladılar. Amma elə təqdim olunur ki, günah Fransa və İngiltərədə olub, Sovet İttifaqının bu işdə heç bir günahı olmayıb, guya bu ölkələrin Bakını bombalamaq planı SSRİ-ni çökdürmək məqsədi daşıyıb. Əslində isə elə deyil. Bu sırf müdafiə xarakteri daşıyan bir məsələ idi. Düzdür, Bakını, Bakı neftini bombalamaq niyyəti güdən, bununla bağlı plan hazırlayan istənilən dövlətə qarşı mövqeyimiz çox sərtdir. Bakının bombalanma planının səbəbkarı Hitler və Stalin (Almaniya və Sovet İttifaqı)   arasında bağlanan Molotov-Ribbentrop müqaviləsindəki gizli bənd olub. Əgər o müqavilədə gizli maddələr, bəndlər olmasaydı, heç Bakını bombalamaq planı da olmazdı. 

Molotov-Ribbentrop müqaviləsinin gizli bəndinə  əsasən, Bakı neftinin bir hissəsi Avropanı işğal etmək üçün faşist Almaniyasına verilməli idi. Almaniya nefti aldıqdan sonra Avropanı maneəsiz, rahat işğal edəcəkdi. Fransa və İngiltərə də bunun qarşısını almaq üçün belə bir plan hazırladılar. Lakin almanlar Fransanı tutandan sonra bu plan gərəksiz oldu. Faşist Almaniyası Bakı neftini alana qədər artıq Fransanı işğal etmişdi. Fransanın işğalı Bakını bombalanmaqdan xilas edib". 

M.Zülfüqarlı  bildirdi ki, 1940-cı ildə İngiltərə və Fransa Bakını Suriya aerodromundakı təyyarələr vaistəsilə bombalamaq məqsədi güdürdü, plan bu şəkildə hazırlanmışdı. 

M.Zülfüqarlı qeyd etdi ki, bu fikirləri söz xatirinə deyil, apardığı uzun müddətli tədqiqatlar nəticəsində əldə etdiyi tarixi faktlara əsasən danışır. "Bakıda beynəlxalq konfrans keçirilirdi və ora İngiltərədən də bir alim gəlmişdi. Sözün düzü, qonaq olduğu üçün mən onun yanında İngiltərə və Fransanın Bakı neftini bombalamaq planı barədə danışmaq istəmədim. Elə fikirləşdiyim halda gördüm ki, ingilis tarixçisi arxiv sənədlərini, arxivdəki fotoları ekrana qoyub başladı bir-bir onlar barədə məlumat verməyə. Bu materiallar İngiltərə arxivlərində əvvəl gizlin saxlanılıb, sonra isə açıq olub. İngiltərəli tarixçi çıxışında bildirdi ki, 1940-cı ildə İngiltərə və Fransanın Bakının bütün neft mədənlərini bombalamaq barədə planları var idi, hətta bu planda dövlət binalarının bombalanması da olub. O, bir-bir şəkillər, faktlar üzərində danışmağa başladı. Mən də o vaxt Bakının qəhrəman müdafiəçisi general Məmmədbağır  Bağırov barədə kitab yazırdım. O, Bakıda hava hücumlarından müdafiə qoşunlarının komandanı olub.Yəni o dövrdə bu işlə o məşğul olub. Mən ingiltərəli tarixçidən o materailları, fotoları aldım və onları mənbəyə istinad edərək kitabıma saldım. Burada Bakının hansı obyektlərinin bombalanmalı olduğunu əks etdirən fotolar çox dəyərli materiallardır. Bakının bütün neft mədənləri və hökumət binalarının hamısı bombalanmalı idi. 

O zaman Bakı üçün üç böyük təhlükə vardı. Biri Fransa və İngiltərənin bu planı idi. İkincisi, faşist Almaniyası Bakını işğal etmək istəyirdi. Üçüncü isə, Stalinin əmri ilə Moskvadan Bakıya xüsusi adamlar göndərilmişdi ki, Bakı işğal olunacağı təqdirdə bütün neft mədənlərini, hökumət binalarını onlar özləri bombalasınlar. Binalara, neft mədənlərinə minalar yerləşdirmişdilər. Onda Mircəfər Bağırov Mosvaya bildirdi ki, lazm gələrsə biz özümüz partladarıq, o adamları göndərməyə ehtiyac yoxdur. Halbuki, adamlar artıq Bakıya gəlmişdilər. Burdan nə nəticə çıxır? Demək Azərbaycan müstəqil olmadığı vaxtlarda, xalq öz sərvətlərinin, torpaqlarının sahibi olmadığı zamanda onun Bakı kimi neftlə zəngin olan paytaxt şəhəri belə təhlükələrə məruz qalmışdı. Bir tərəfdən Fransa və İngiltərə, o biri tərəfdən Faşist Almaniyası, başqa bir tərəfdən də rəsmi Kreml Bakıya təhlükə yaradırdı. Təbii ki, hər biri də öz məqsədi üçün Bakını vurmaq istəyirdi". 

"Stalinin məqsədi nə idi ki, Bakı neftinin bir hissəsini faşist Almaniyasına vəd edirdi" sualına cavabında M.Zülfüqarlı bildirdi ki, Almaniyada 1933-cü ildə  nasistlər hakimiyyətə gələndən sonra onlar dünya ağalığı siyasətini yürüdürdülər və nasistlər də kommunistlərə düşmən idi. O qeyd etdi ki, o dövrdə kommunist Ernest Telmanın məhkəməsi oldu, çoxlu sayda kommunist Almaniyadan Sovet İttifaqına mühacirət etdi. "Maraqlıdır ki, Molotov-Ribbentrop müqaviləsindən sonra Stalin alman mühacir kommunistlərin hamısını güllələtdi, faşistlərin zülmündən qaçıb SSRİ-yə sığınan həmin adamların hamısı repressiyaya məruz qaldı. Çünki o vaxt faşist Almaniyası SSRİ-yə dost ölkə idi. Stalin faşistlərə qarşı olan öz kommunist əqidədaşlarını düşmən bilib alman kommunistlərini güllələtdi.   

1939-cu ilin sentyabr ayının 1-də İkinci Dünya müharibəsi başladı. Artıq ona qədər də SSRİ və faşist Almaniyası arasında məlum müqavilə bağlanmışdı. Amma 1938-ci ildə və ondan əvvəlki dövrlərdə SSRİ istəyirdi ki, Faşist Almaniyası əsas istiqaməti Fransaya və İngiltərəyə yönəltsin, Sovet İttifaqına hücum etməsin. Hitler də başa düşürdü ki, SSRİ-yə qarşı müharibəyə başlamaq tezdir, çünki böyük bir ərazini əhatə edən böyük bir dövlətdir. Ona görə də, Hitler birinci Avropanı işğal etmək istəyirdi, bundan sonra isə SSRİ-yə hücum etməyi planlaşdırırdı. Amma bu, Hitlerin gizli planı idi. Stalinin də əsas məqsədi o idi ki, Hitleri Avropanın işğalına yönəltsin. Bu fikir onları yaxınlaşdırdı. Yəni Hitlerin Avropanı işğal etmək planı SSRİ-nin marağında idi, ona görə də o müqaviləni imzaladı. Müqavilənin də bir bəndinə görə, Bakı nefti faşistlərə verilməli idi ki, Avropanı daha tez işğal etsin. Amma Stalin yaddan çıxarırdı ki, Hitlerin gizlin planı var və Avropadan sonra SSRİ-yə hücuma keçəcək. Ona görə də 1941-ci ilin iyun ayının 22-də faşist Almaniyası SSRİ-yə hücuma keçəndə Stalin inanmırdı, çünki müharibə elan etmədən qəfil hücum etmişdi. Faşist Almaniyası   Molotov-Ribbentrop müqaviləsini pozmuşdu. Faşistlərin SSRİ-yə hücumunu gözləmədiyi üçün Stalin Qərb sərhədlərinin qorunmasını möhkəmlətməmişdi, əsasən Uzaq Şərqdə Yaponiya təhlükəsinə görə orduları orda saxlayırdı. Ona görə də faşistlər qəfil hücum edərək artıq Moskvaya yaxınlaşırdılar. Əslində bu, Stalinin günahı, onun səhvi idi ki, düz hesablamamışdı" - deyə M.Zülfüqarlı əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ