Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Zəngəzur dəhlizi Bakıya, İrəvana, Ankaraya, hətta Parisə də lazımdır, lakin açılmır - sirr nədir?..

Image


Azərbaycan və Ermənistan arasında gələcək əməkdaşlıq münasibətlərinin taleyini müəyyən edəcək əsas faktorlardan biri, heç şübhəsiz ki, Zəngəzur dəhlizi olacaq. Hesab olunur ki, Ermənistanın və havadarlarının indiki müqavimətinə baxmayaraq, dəhliz mütləq açılacaq.

Qeyd edək ki, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən Zəngəzur dəhlizi strateji əhəmiyyətə malikdir.

Sözügedən dəhlizin açılması ilk növbədə Azərbaycan və Türkiyə üçün daha geniş ticarət əlaqələri və regional inkişaf baxımından böyük perspektivlər yarada bilər. Azərbaycan, Türkiyə və digər tərəfdaş ölkələr Zəngəzur dəhlizinin açılmasının iqtisadi inkişaf üçün vacib olduğunu və regionda sabitlik və əməkdaşlığın güclənməsinə səbəb olacağına inanırlar. İndilikdə Ermənistanın mövqeyi dəhliz üçün əngəl yaradır. Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, İrəvan dəhlizin işə düşməsində maraqlıdır, sadəcə nəzarət məsləsi ilə bağlı problemlər var: “Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Bu, təkcə Ermənistan rəhbərinin yox, həm də Qərbin istəyidir. Paşinyan və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Paşinyan buna görə bəyan edib ki, 10 noyabr üçtərəfli sənəd artıq mövcud deyil. Baş nazir Qərbin göstərişi ilə həmin sənədi ləğv etməyə çalışır ki, Rusiya Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq yola nəzarət edə bilməsin. Bu, həm də Rusiyanın təsirini azaltmaq hesabına Qərbin Zəngəzur və İranla sərhəd rayonlarında təsirini gücləndirmək məqsədi daşıyır". Qeyd edək ki, Ermənistan tərəfi mövcud durumda Zəngəzur dəhlizinin hansısa beynəlxalq korporasiyanın nəzarətində açılmasını gündəmə gətirir. Sabiq xarici işlər naziri Elmar Məmmədyarov qeyd edir ki, dünyada bununla bağlı presedentlər var: “Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də vaxtilə Abxaziyadan keçən dəmir yoluna nəzarət etmək üçün İsveçrənin bir şirkəti ilə müqavilə bağlamaq istəyirdi. Sonradan bu məsələ alınmadı. Əslində Nikol Paşinyanın indiki ritorikası anlaşılan deyil. O, Ermənistanın suverenliyindən danışa-danışa ərazilərin hansısa beynəlxalq korporasiyanin idarəçiliyinə verilməsini gündəmə gətirir. Bu məntiqi başa düşmək olmur”. Sabiq nazir bildirib ki, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyaya məxsusdur: “Ona görə də Moskvanın bu məsələyə normal yanaşacağı gözlənilmir. Yaxşı olardı ki, Ermənistan Azərbaycanla sülh məsələsində konkret addım atsın. Paşinyan hər şeydən danışır, amma ortada heç nə yoxdur. Əgər söhbət Zəngəzurdan keçəcək dəmir yolu şəbəkəsindən gedirsə, ən azından indi onun tikintisinə başlamaq lazımdır. Avropa İttifaqı və Rusiya Mehridən keçən dəmir yolunun tikintisi ilə bağlı dəstək verməyə hazır olduğunu bildirmişdi. Amma İrəvan gözləmə mövqeyini seçdi. Sadəcə olaraq bəyanatlar səsləndirirlər”.

Bir daha qeyd edək ki, Zəngəzur dəhlizi ilə yanaşı, regional kommunikasiya xəttlərinin açılması 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanatda əksini tapıb. Razılaşmada Zəngəzurdan keçəcək kommunikasiya xəttlərinə Rusiyanın nəzarət edəcəyi qeyd edilib. Daha sonra Ermənistan Rusiyanın nəzarəti ilə kommunikasiya xəttlərinin açılmasına qarşı olduğunu bəyan edib. Ermənistanın yanaşmalarına baxmayaraq, dəhlizin açılacağı şübhə doğurmur. Ehtiyatda olan türkiyəli general Yücel Karauz bu fonda qeyd edir: “Ermənistan tərəfi əvvəlcə dəhlizə Rusiyanın nəzarət etməməsini bəhanə edirdi. Sonra isə İran bu xəttin açılmasına qarşı çıxdı. Bununla da proses ləngidi. Azərbaycan və Türkiyə isə kommunikasiyaların açılması ilə bağlı qarşıya qoyulmuş işləri ardıcıllıqla icra edir. Bakı və Ankara öz işlərini "Zəngəzur dəhlizi sabah açılacaq" prinsipinə uyğun həyata keçirir”. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Naxçıvana, Türkiyəyə, Türk dünyasına, Paris və Londonun isə Pekinlə bağlantısının yaranacağını söyləyən general deyib: “Bununla Cənubi Qafqaza sülh və əməkdaşlıq, inkişaf gələcək. Bundan ən çox faydalanacaq ölkə Ermənistandır. Şərqdən Qərbə açılacaq dəhlizlə, Şimal-cənub istiqamətində formalaşdırılan layihələrlə İrəvan böyük qazanc əldə edəcək. Nəhayətdə, Azərbaycanla Türkiyənin Ermənistanla münasibətlərində yeni səhifə açılacaq. Zəngəzur dəhlizi açılmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkün deyil. İrəvan prosesə ABŞ və Avropa İttifaqı kimi üçüncü tərəfləri qatmağa cəhd edir. Ermənistan birdəfəlik dərk etməlidir ki, Zəngəzur dəhlizi açılmadan Türkiyə ilə sərhədlərinin açılması mümkün olmayacaq. Amma nə olur-olsun bu dəhliz açılacaq”. Erməni ekspert Vahe Davtyan da vurğulayır ki, Fransa da uranın nəqli üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Fransa Afrika qitəsini, o cümlədən uran əldə etmək imkanını itirdi. Bundan sonra Makron Mərkəzi Asiyaya səfər edərək, həmin ölkələrin rəhbərləri ilə uran idxalı məsələsini müzakirə etdi və onun idxalını Orta Dəhliz marşrutu məntiqi çərçivəsində qəbul edib. Bununla yanaşı, Fransa nadir metallara marağını gizlətmir. Bu kontekstdə Orta Dəhliz Fransa üçün son dərəcə əhəmiyyətli olur. Paris buna görə nəqliyyat marşrutları axtarır və onlardan biri də Zəngəzur dəhlizidir”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ