Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Trampdan Putinə “Ukraynanı daha bərk sıxın” mesajı...

Image


Abutalıb Səmədov: “Rusiya yaxşı bilir ki, indiki məqamda təzyiqlər müəyyən qədər artırılmalıdır”

Son günlər Rusiya Ukraynaya təzyiqləri gücləndirib. Martın 7-nə keçən gecə Rusiya Ukrayna ərazisinə “Kalibr” qanadlı raketlərilə zərbələr endirib. Raketlər Qara dənizdən buraxılıb. Bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqramına istinadən məlumat yayıb.

Məlumata görə, Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Həyəcan siqnalı Kiyev, Jitomir, Vinnitsa, Çerkassı, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Çerniqov, Dnepropetrovsk, Xerson, Zaporojye və Donetsk vilayətlərində davam edib.

Ola bilərmi, Tramp Putinlə gizli sövdələşib ki, Ukraynaya təzyiqlər gücləndirilsin və Ukrayna sülhə məcbur edilsin?

“Əgər əvvəllər ABŞ buna kəskin şəkildə etiraz edərdisə, Ağ Evdəki hadisədən sonra etiraz etməyəcək, çünki bu, Trampın məqsədlərinə xidmət edir”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ABŞ prezidenti qısa müddətdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq və sülhə nail olmaq istəyir. “Bunun üçün əvvəlcədən iki ssenarini ortaya qoymuşdu. Trampın iki müxtəlif istiqamətli planı var idi. Özü də elan etmişdi ki, həm Ukraynaya təzyiq göstərəcək, həm də Rusiyaya. Əgər Ukrayna sülhə getmək istəməsə yardımlar dayandırılacaq, əgər Rusiya sülhü qəbul etmək istəməsə Ukrayaya daha çox kömək göstəriləcək və cəbhədə vəziyyəti Ukraynanın xeyrinə dəyişməyə başlayacaq. Prezident Tramp eyni zamanda neftin qiymətini salacağını da söyləmişdi. Ancaq sonradan, görünür, öz yaxın ətrafı ilə ciddi müzakirələr apardıqdan və variantları müzakirə etdikdən sonra qərara gəldi ki, əgər Rusiyaya təzyiq yolunu seçsə Rusiyanı müəyyən güzəştlərə məcbur etmək üçün ən azı 3-4 il vaxt tələb olunur. Ancaq Ukraynanı dərhal məcbur etmək olar. Tramp müəyyən bəyanatlar verməyə başladı, ABŞ-ın keçmiş prezidenti Baydeni müharibəni başlamaqda günahlandırdı, dolayısı ilə Zelinskini suçladı, “Putini aldadıblar. Putinə vəd veriblər və sonradan verilən vədin üzərində dayanmayıblar” dedi. Bütün bunlar göstərdi ki, Tramp Zelenskiyə təzyiq, Putini də müəyyən qədər dilə tutmaq yolunu seçib. İlk danışıqlar da Putinlə başladı. Bu da Zelenskinin qəbul etməyəcəyi bir məqam idi. Çünki onun düşüncəsinə görə, (təbii ki, bu məsələdə Zelenski haqlı idi-A.S) Tramp Zelenski ilə görüşməli, birgə plan hazırlamalı və bunu Putinə qəbul etdirməli idilər. Amma Tramp birinci Putinlə danışıqlara başladı, Əl-Riyadda görüş keçirildi və bu da Zelenskini ciddi şəkildə narahat etdi. Fevralın 25-də Vaşinqtonda keçirilən görüşdə bütün bunlar və Zelenskinin dalbadal keçirdiyi ciddi ruhi sarsıntılar ona gətirib çıxardı ki, Ağ Evdə dava düşdü, Zeleniski həm Trampa, həm vitse-prezidentə kəskin sözlər söylədi və Ağ Evdən qovuldu. Bir-iki gün düşünəndən sonra da dərk etdi ki, çox ciddi yanlışlığa yol verib və Ukraynanın mövqeyi əvvəlkindən daha pis durumdadır. Fevralın 25-də Trampa yanlış yol tutduğunu və Putinlə danışıqlara getməyin yanlış olduğunu izah etməyə çalışan Zelenski birdən-birə üç gündən sonra bəyanat verdi ki, Trampın güclü liderliyi ətrafında sülh danışıqlarına başlamağa hazırdır. İndi aydındır ki, Ukraynanın mövqeyi əvvəlki ilə müqayisədə pisdir, Tramp 25 fevral qalmaqalından sonra hərbi yardımları dərhal dayandırdı, kəşfiyyat məlumatlarının verilməsi də dayandırılıb, bu vəziyyətdə Putinə nəyisə deməyə ehtiyac yoxdur. Rusiya yaxşı bilir ki, indiki məqamda təzyiqlər müəyyən qədər artırılmalıdır. Əgər əvvəllər ABŞ buna kəskin şəkildə etiraz edərdisə, Ağ Evdəki hadisədən sonra etiraz etməyəcək, çünki bu, Trampın məqsədlərinə xidmət edir”-deyə bildirən A.Səmədovun sözlərinə görə, Tramp fevralın 25-də Zelenskiyə izah etməyə çalışırdı ki, sənin vəziyyətin pisdi və bu vəziyyətdə sən özünü belə aparmamalısan. A.Səmədovun sözlərinə görə, bu biri tərəfdən də, Putin vəziyyətin bir daha ağırlaşmasına çalışır: “Əslinə qalsa, Trampla Putin eyni mövqedən çıxış edirlər. Güman edirəm ki, arada danışığın olmasına heç ehtiyac da yoxdur. Çünki uzun illərdir bu dövlətlər bu cür oyunlar oynayırlar və böyük intriqa təcrübələri var. Bilirlər ki, bu cür məqamlarda hansı addımların atılmasına ehtiyac var. Zelenski emosional hərəkət etdi, “qəhrəmanlıq” etmək istədi və ölkəsini ağır vəziyyətə saldı. Vaşinqtondan dərhal Londona getdi ki, bu da çox yanlış addım idi, Trampa meydan oxumaq idi. Bu cür hərəkət etməməli idi. Çünki demək istəyirdi ki, sən yoxsan Avropa var. Avropa yoxdur axı. Avropanın özünün Trampa, bütövlükdə ABŞ-a çox böyük ehtiyacı var və Amerika Ukrayaya etdiyi yardımların yarıdan çoxunu borc şəklində verib. Bu da Ukraynn üçün çox böyük yükdür. Zelenski sülh danışıqlarına gedir. Ola bilər ki, növbəti həftə yenidən Vaşinqtona qayıtsın. Ancaq bir daha anlayacaq ki, Tramp Putinin təqdim etdiyi sülh layihəsini, sülh planını dəstəkləyir. Zelenskinin bu cür plana razılıq verməsi mümkün deyil. Nəinki Zelenskinin, ümumiyyətlə başqa bir ukraynalı siyasətçinin də belə planı qəbul etmək, ona imza atmaq imkanı yoxdur. Son nəticədə artıq hamıya aydındır ki, Qərb Ukraynanı müharibəyə çəkməklə, ona yalan vədlər verməklə həm Zelenskini aldadıb, həm Ukraynanı ağır çıxılmaz vəziyyətə salıb. Aydındır ki, danışıqların Ukrayna üçün heç bir perspektivi yoxdur. O da aydındır ki, ABŞ Putinin təklif etdiyi planı tamamilə qəbul edə bilməz. Orda mütləq dəyişikliklər olmalıdır. Ancaq Lavrov da elan edib ki, bizim kompromislərə getmək fikrimiz yoxdur. Çünki Zelniskinin davranışı, hərbi yardımın dayandırılması Rusiyanın əlini gücləndirib. Bundan da istifadə etməyə çalışırlar. Əslinə qalsa, Rusiya indiki məqamda heç sülhə maraqlı da deyil. Çox təəssüf ki, Zelenski bu bəhanəni də verdi”.

A.Səmədovun fikrincə, çox güman ki, sülh danışıqları başlasa da, ciddi nəticə verməyəcək, ən azı ilin sonuna qədər bu danışıqların davam etmə etimalı var və burda Ukraynanı yaxşı heç nə gözləmir. A.Səmədovun sözlərinə görə, təbiidir ki, son nəticədə Ukrayna sülhə məcbur ediləcək, çünki Ukrayna o müharibədə Rusiyanın qarşısında dayanmaq şansına malik deyil. A.Səmədovun vurğuladığına görə, bu gün Avropa və ABŞ bir-birini günahlandırır ki, biz daha çox yardım etmişik, Zelenski də “hərəniz 100 milyard dollar səviyyəsində yardım etmisiniz” deyir. “Ukraynaya o yardımları qrant şəklində verən ABŞ indi verdiyinin beş qatını tələb edir və Zelenski də başa sala bilmir ki, bu mənə borc verilməyib, o pul mənə havayı verilib. Digər tərəfdən, göstərdiyi yardımın yarıdan çoxunu borc şəklində verən Avropa əlavə elə bir ciddi yardım göstərmək imkanına malik deyil və göstərilən “yardımları” da Ukrayana necə qaytaracaq, bu da başqa bir problemdir. Ukrayna belə ağır bir vəziyyətdədir və ağır vəziyyətdə Zelenski sülh danışıqlarına gedir. Nə qədər çəkəcək bu danışıqlar? Ola bilsin ki, yenidən bu qalmaqallar baş versin, yenidən Ukrayna müəyyən məqamlarda danışıqlardan imtina etsin. Çünki bu gediş Ukraynanı qane etmir və ancaq yeni torpaq itkilərindən sonra stol arxasında oturmaq məcburiyyətində qalacaq. Onu demək istəyirdim ki, Ukraynaya ABŞ-ın və Avropanın yaradım etdiyi şəraitdə belə, Ukrayna öz torpaqlarını qoruya bilmədi və son bir il ərzində 4-5 min kvadrat kilomert ərazi itirib, Rusiyanın hücumları davam edir, ağır-ağır da olsa irəliləyir. İndi yardımlar kəsilsə, ABŞ ki, artıq yardımları dayandırıb, kəşfiyyat məlumatlarını da vermək istəmir, bu şəraitdə Ukraynanın təbii ki, dayanmaq şansı yoxdur. Ən əsası, Ukraynanın hava hucumundan müdafiəsinin böyük hissəsini ABŞ təmin edir. Açıq demək lazımdır ki, o qədər də yüksək səviyyədə təmin etmirdi. Ancaq hər halda bəzən raket və dron hücumlarının qarşısını 90-95 faiz almaq olurdu. ABŞ-ın hava hücumundan müdafiə məqsədilə verdiyi raketlər də yaxın bir ayda bitə bilər. Ondan sonra Rusiyanın əl-qolu tamamilə açılacaq. Təkcə Odessa yox, indiyə qədər bombalanmamış digər şəhərlər də dağıdıla bilər. Bu da Zelenskinin danışıqlarda mövqeyini bir xeyli zəiflədəcək. Ukraynanın vəziyyəti ağırdır və güman edirəm ki, sülh danışıqlarında onu yaxşı heç nə gözləmir. Əvvəl hərbi əməliyyatlarla torpağı itirmişdi, indi sülh danışıqları, çox güman ki, torpaq itkilərini rəsmiləşdirəcək və Ukrayna neytral dövlət olmaq öhtəliyi götürmək məcburiyyətində qalacaq. Müharibə ərəfəsində torpaq itkisi olmadan əsas tələb bundan ibarət idi, Zelenski qəbul etmədi. İndi həm torpaq itirib, həm də ABŞ prezidenti açıq şəkildə dedi ki, NATO barədə söhbət ola bilməz”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ