Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Güc faktoru öndə: ABŞ, Rusiya, İsrail nümunəsini Azərbaycan Zəngəzur dəhlizində təkrarlaya bilər...

Image


Amerika prezidenti Donald Tramp bu və ya digər şəkildə Qrenlandiyanın ABŞ-ın bir hissəsi olacağına inandığını bildirib. Qeyd edək ki, Donald Tramp Qrenlandiyanı Amerika ərazisi etmək istəyini ilk dəfə altı il əvvəl dilə gətirib.

Bu günlərdə ABŞ Konqresinə müraciətində o, bu marağı bir daha təsdiqləyib: “Gözəl Qrenlandiya xalqına bir mesajım var. Biz sizin öz gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik. Əgər bu seçimi etsəniz, sizi Amerika Birləşmiş Ştatlarının tərkibində salamlayarıq. Bizə milli və beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya lazımdır və biz bunu əldə etmək üçün hər kəslə işləyirik. Və düşünürəm ki, biz bunu əldə edəcəyik. Bu və ya digər şəkildə onu əldə edəcəyik. Sizi təhlükəsiz saxlayacağıq və sizi zəngin edəcəyik”.

Konqresin bəzi üzvləri prezidentin sözlərinə gülüşlə cavab versələr də, Danimarka, təbii ki, Amerika administrasiyasının davamlı təzyiqindən narahatdır. Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Trampın son bəyanatını belə şərh edib: "Qrenlandiya heç vaxt satılmayıb və satılmayacaq. Buna görə də mən hesab edirəm ki, Qrenlandiyanın gələcəyi tamamilə bizdən, Qrenlandiya xalqından asılıdır. Düşünürəm ki, ABŞ administrasiyası həqiqətən də indi bunu anlamağa çalışır. Onlar həqiqətən başa düşməlidirlər ki, əks halda heç bir əməkdaşlıq olmayacaq”. Lakin ABŞ prezidenti artıq Danimarkanı Qrenlandiyadan imtina etməyə çağırıb. Ağ Ev rəhbərinin fikrincə, bu, Birləşmiş Ştatların milli maraqları baxımından vacibdir. Qeyd edək ki, adada keçirilən ictimai rəy sorğularının nəticələrinə görə, qrenlandiyalıların əksəriyyəti ABŞ-ın bir hissəsi olmaq istəmir. Danimarkanın hakimiyyət orqanları da adanın Birləşmiş Ştatların tərkibinə qatılması məsələsinə sərt reaksiya verir. Amma ABŞ istəyindən geri çəkilmir. Panama kanalı məsələsində də ABŞ israrlı mövqedə qalmaqda davam edir. Donald Tramp Konqresə müraciəti zamanı bildirib ki, Vaşinqton Panama kanalına nəzarəti bərpa etmək üçün fəaliyyətə başlayıb. O, bu məsələyə ABŞ-ın dövlət katibi Marko Rubionun cavabdeh olduğunu bildirərək deyib: “Birləşmiş Ştatların böyük şirkəti Panama kanalı yaxınlığındakı hər iki limanı satın aldığını elan edib”. Honkonqda yerləşən “CK Hutchinson” şirkəti də kanaldakı limanları satdığını etiraf edib. Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti vəzifəsinə başladığı gün Panama hakimiyyətinin kanalın idarə edilməsində öz öhdəliklərini yerinə yetirmədiyini və Vaşinqtonun ona nəzarəti qaytaracağını bildirmişdi. Daha sonra ABŞ-ın Dövlət katibi Marko Rubionun Panama səfərindən sonra Donald Tramp Çin şirkətlərinin Panama kanalında olması problemini tez bir zamanda həll edəcəyini vurğulayıb. Tramp kanadanı da ölkənin 51-ci ştatı etmək istiqamətində fəaliyyətini genişləndirir. Bütün bunlar bir daha müasir dğvrdə güc və təzyiq faktorunun ön plana çıxdığını nümayiş etdirir. Qeyd edək ki, güc faktorunun daha bir nümunəsi Rusiyanın Ukrayna ərazilərini ələ keçirməyə davam etməsidir. İsrail də Suriya torpaqlarının artıq xeyli hissəsini güc faktoru əsasında nəzarətinə götürüb.

Bunlar fonunda hesab edilir ki, Azərbaycan da Zəngəzur dəhlizi məsələsində güc və təzyiqdən yararlana bilər. Özü də nəzərə alınmalıdır ki, dəhlziin keçdiyi ərazi zorla Azərbaycandan alınıb. İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində çıxışı zamanı yenidən bu məsələyə toxunan prezident İlham Əliyev qeyd edib: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub”. Digər tərəfdən nəzərə alınmalıdır ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikdir. Lakin İrəvan hələ də bu öhdəliyin icrasından imtina edir. Belə şəraitdə Azərbaycanın təzyiq metodunu işə salması tamamilə mümkündür. Bu xüssuda politoloq Tofiq Zülfüqarov qeyd edir: “Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını ciddi qəbul etmirəm. Artıq üç ilə yaxındır ki, bu təkliflər və bəyanat var. Bu baxımdan yeni nəsə təklif olunmayıb. Bu bəyanat da kənar oyunçulara hesablanıb. İstək çox sadədir: Azərbaycana Zəngəzur dəhlizi yox, digər istiqamətlərin istifadəsini təklif edirlər. Azərbaycanın mövqeyi Zəngəzur dəhlizindən sonra digər kommunikasiyaların da qarşılıqlı şəkildə açıla bilməsi ilə bağlıdır. Təcrübə onu göstərir ki, İrəvan beynəlxalq qanunlara uyğun hansısa addım atan deyil, bunu ondan yalnız təzyiqlə almaq mümkündür. Bu məsələdə Ermənistan öz durumunu anlamadan yenə də əvvəlki oyunlarını oynaya bilmə imkanının olduğunu düşünür. İndi də istəyirlər ki, köhnə tezisləri öz diasporları vasitəsi ilə yenidən tirajlasınlar. Ancaq onları himayə edən qüvvələr də artıq dünyada iflic vəziyyətindədir”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də də qeyd edir ki, Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı 4 ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur. O bildirib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyədək yerinə yetirməyib: “Ümumilikdə Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ