Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Erməni kilsəsinin İsraildə böyük maliyyə maxinasiyaları üzə çıxdı

Image


İsraildə Yerusəlim şəhər hakimiyyəti kilsə strukturunun 1994-cü ildən bəri öz ərazisində icarə haqqı ödəmədiyini iddia edərək, buradakı Erməni Patriarxlığının əmlakını müsadirə etmək niyyətindədir. Lakin patriarxlıq və yerli ermənilər həmişəki kimi hay-küy salaraq qarşı tərəf barəsində qarayaxma kampaniyası aparmaqdadırlar.

Bu fonda onlar artıq əmlakın müsadirə olunmasının qarşısını almaq üçün məhkəməyə müraciət ediblər.

Erməni Patriarxlığı məsələ ilə bağlı bildirib: “Əgər Allah eləməsin, patriarxlığın iddiası rədd edilərsə, Qüds Bələdiyyəsi iddia edilən borcları toplamaq üçün patriarxlığa məxsus əmlaka həbs qoyaraq hərraca çıxaracaq”. O da vurğulanır ki, meriya heç bir hüquqi əsas təqdim etməyib və deyilən borcun necə yarandığını açıqlamayıb.Üstəlik, patriarxlığın fikrincə, borcun əhəmiyyətli bir hissəsi faktiki olaraq Qüds bələdiyyəsinin özünə icarəyə verilmiş daşınmaz əmlakla bağlıdır. Patriarxlıq borcun məbləğini və hansı binaların müsadirə olunmaq təhlükəsi altında olduğunu açıqlamır. Patriarxlıq binalarının yerləşdiyi erməni məhəlləsi Qüdsün tarixi ərazisinin böyük bir hissəsini əhatə edir. Onların arasında Müqəddəs Yaqub monastırı, kilsə binaları, tərcüməçilər məktəbi və erməni mətbəəsi var. Yerusəlimdəki erməni icmasını təmsil edən beynəlxalq hüquq qrupunun üzvü Arman Tatoyanın sözlərinə görə, iddia edilən borc 7 milyon dolları ötür: “Qüds bələdiyyəsi ənənəvi olaraq bu əmlakın vergiyə cəlb edilməməsinə baxmayaraq, konkret olaraq Ermənistan Patriarxlığından vergi almağa çalışır. Burada həm də mühüm tarixi ənənələr işləyir”. Tatoyan vurğulayıb ki, meriyanın tələbləri əsassızdır, çünki Qüdsdəki xristian kilsələri Osmanlı İmperiyası dövründən vergidən azad edilib. İsrail qanunlarına görə, vergi öhdəlikləri yalnız kommersiya fəaliyyəti ilə məşğul olan dini strukturlara şamil edilir: “Patriarxlıq kommersiya fəaliyyəti ilə məşğul olmur və icarədən əldə olunan gəlir kilsə əmlakını, mətbəəni və məktəbi saxlamaq üçün istifadə olunur. Üstəlik, bələdiyyənin özünün də patriarxlığa borcu var. Onlar borcu qaytarmaq barədə düşünmək əvəzinə, ayrı-seçkilik yoluna əl atırlar, qəsdən kilsəmizə hücum edirlər”. Yerusəlimdəki kilsə əmlakının vergiyə cəlb edilməsi məsələsi şəhər hakimiyyəti tərəfindən hələ 2018-ci ildə qaldırılmışdı. O zaman iddia edilirdi ki, katolik, yunan pravoslav və erməni apostol kilsələri təxminən 200 milyon dollar əmlak vergisi ödəməyiblər. Lakin kütləvi etirazlardan sonra hakimiyyət vergilərin yığılması prosesini dayandırıb və bununla bağlı hökumət komissiyası yaradılıb. Lakin Arman Tatoyanın sözlərinə görə, komissiya öz işini layiqincə yerinə yetirə bilməyib: “Nə üçün indi şəhər rəhbərliyi vergiləri yalnız erməni kilsəsindən tələb edir?” Yerli erməni icması bunun təzyiq vasitəsi olduğunu irəli sürür. Qüds sakini Sedrak Badalyan iddia edir ki, bu, təzyiq mexanizmi, Erməni Patriarxlığını təcrid etmək cəhdi ola bilər: “Çünki onlar onu bu kilsələr arasında ən zəif halqa hesab edirlər”. Erməni Patriarxlığı hələlik şərh verməkdən yayınır. Lakin bir neçə gün əvvəl patriarx Nurhan Manukyan İsrailin baş nazirinə məktub göndərərək ondan məsələyə müdaxilə etməyi xahiş edib ki, Qüds bələdiyyəsi Erməni Patriarxlığına qarşı fəaliyyətini dayandırsın və problemin həlli üçün hökumət komissiyasının iclaslarını bərpa etsin.

Arman Tatoyanın sözlərinə görə, Qüdsdəki erməni varlığının özü də təhlükə altındadır və bu məsələ təkcə diasporun deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini tələb edir. O, Ermənistan hökumətinin vəziyyətə müdaxilə etməməsindən narahatlığını ifadə edib: “Biz Ermənistan hökumətindən dəstək görmürük ki, bu da çox narahatedicidir. Baxmayaraq ki, o, erməni irsinin qorunub saxlanması və əsrlər boyu yaradılmış erməni kilsəsinin mövcudluğunun təmin edilməsi məsələləri ilə məşğul olmalıdır”. Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyan Qüdsdəki erməni icmasının ciddi problemlərlə üzləşdiyini etiraf edib, lakin Ermənistan hökumətinin nə edə biləcəyi sualına cavab verməkdən yayınıb: “Təsəvvür edin, İsraillə diplomatik əlaqələr qurmağa yeni başlayan Ermənistan üçün bu vəziyyətə hər hansı şəkildə təsir etmək nə qədər çətindir”. Erməni Patriarxlığı da Qüdsdəki erməni məhəlləsinin 25 faizini işğal edən “İnək bağı” kimi tanınan ərazi ilə bağlı məhkəmə prosesinin mərkəzində olub. Bu torpaq bir neçə il əvvəl İsrail şirkətinə satılıb və hazırda yerli ermənilər mümkün tikintinin qarşısını almaq üçün orada növbətçilik edirlər. Burada bir məsələni də qeyd edək ki, Ermənistanın əsas dayaqlarından biri kilsədirsə, o biri də diaspordur. Hər iki baza türk düşmənliyi, Azərbaycan, Gürcüstan, İran və Türkiyə torpaqlarının ələ keçirilməsi kimi saxta ideyalara əsaslanaraq erməniləri ətrafında birləşdirib. Kilsə-diaspor cütlüyü 200 ildən artıqdır müxtəlif ölkələrdəki erməni icmalarını öz çürük düşüncəsinin əsiri edib. Amma indi bu proses də iflasa uğrayır. İsraildə baş verənlər də bunun təsdiqidir. Xüsusən də Azərbaycan torpaqlarını işğaldan azad etməklə həm də bu cütlüyün dağılmasını sürətləndirib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ