Bazar ertəsi günü, 26 oktyabr 2026
     

İranda Azərbaycan türkcəsi uğrunda mübarizənin yeni mərhələsi başladı...

Image


Məlum olduğu kimi, bu günlərdə İran parlamentinin əksər üzvlərinin səsi ilə parlamentin Təhsil Komissiyası tərəfindən təklif olunan və 6 maddədən ibarət etnik dillərin ədəbiyyatının tədrisi layihəsi rədd edildi.

Qeyd edək ki, parlamentin iclasında “Etnik dillərin ədəbiyyatının tədrisi” adlı qanun layihəsi müzakirəyə çıxarılıb. 246 deputatın iştirak etdiyi iclasda layihə 104 lehinə, 130 əleyhinə, 5 isə bitərəf səslə rədd edilib və ümumi əsasları qəbul olunmayıb.

İran parlamentinin prosedur qaydalarına əsasən, layihənin əsaslarına qarşı çıxmaq həmin qanun layihəsinin və ya təklifin gündəlikdən çıxarılması və baxılmasının dayandırılması anlamına gəlir. Diqqət çəkən məqamlardan biri isə hökumətin parlamentdəki nümayəndəsi Seyyid Kazım Dilxoş Əbatərinin bu layihəyə qarşı çıxaraq onun əleyhinə çıxış etməsidir. O, parlamentin Təhsil Komissiyasının təklif etdiyi bu layihənin İran Konstitusiyasının 57-ci maddəsinə zidd olduğunu bildirib. Həmin maddə, dövlətə əlavə maliyyə yükü yaradan qanunların qarşısını almağı nəzərdə tutur.

Bundan əlavə, o, layihədəki texniki problemlərə toxunaraq dolayısı ilə ölkə rəhbərinin də bu layihəyə qarşı olduğunu vurğulayıb və bildirib: “Mədəni İnqilab Ali Şurası, ali rəhbərin önəm verdiyi bir qurum olaraq, bu layihəyə qarşıdır”. Səsvermədən sonra parlamentin sədri Məhəmmədbağır Qalibaf layihənin əsaslarının təsdiqlənmədiyini elan edərək, onun 6 ay müddətinə parlamentin gündəliyinə daxil edilməyəcəyini bildirib. O, Təhsil Komissiyasına layihənin Mədəni İnqilab Ali Şurası ilə birlikdə müzakirə olunmasını və daha əhatəli bir qanun layihəsinin hazırlanmasını tövsiyə edib. Təhsil Komissiyasının sədri, Təbrizli deputat Əlirza Münadi tərəfindən təqdim edilən 6 maddədən ibarət layihəyə əsasən, “Etnik və yerli dillərin ədəbiyyatının tədrisi” iki təhsil mərhələsində və seçməli dərs kimi həftədə iki saat təşkil olunmalı idi. Bu dərslərin məzmunu Fars Dili və Ədəbiyyatı Akademiyasının nəzarəti altında hazırlanmalı və tədris dili fars dili olaraq qalmalı idi. Həmin dərsləri keçən müəllimlər də fars dilində dərs deməli idilər. Təbrizdən olan deputat Əlirza Novin məsələ ilə bağlı prezident Məsud Pezeşkianı tənqid edib. O, paylaşımında seçkidən əvvəl və sonra bütün prezidentlərin konstitusiyanın 15-ci maddəsi zəminində verdikləri vədlərə əməl etmədiklərini vurğulayaraq qeyd edib: “Azərbaycanlılar üçün bu artıq tanış bir dərddir”. O, prezidentə xitabən qeyd edib: “Ən azından Pezeşkianın rəhbərlik etdiyi hökumətdə hökumət nümayəndəsinin parlamentdə etnik dillərin tədrisinə qarşı çıxış etməsi gözlənilməz idi”. Bundan əlavə, o, Fars Dili və Ədəbiyyatı Akademiyasının və Mədəni İnqilab Ali Şurasının yanaşmalarını tənqid edərək, bu iki qurumun milyonlarla İran vətəndaşının hüquqlarını pozmasına imkan verilməməli olduğunu vurğulayıb. O, Təbrizdən olan digər deputatlara layihənin lehinə çıxış etdiklərinə görə təşəkkür edib və bildirib ki, nə hökumət, nə də parlament onların səslərini eşitmək istəmədi. Bu xəbər milli fəallar arasında da geniş rezonans doğurub. Parlamentdə hökumət nümayəndəsinin layihəyə qarşı çıxışı tənqidlə qarşılanıb. Konstitusiyanın 15-ci maddəsi etnik və yerli dillərin tədrisini sərbəst hesab edir. Bununla belə, bu konstitusiya maddəsi hələ də İran İslam Respublikasında icra olunmayıb.

Təbriz millət vəkili və Parlamentin Təhsil Komissiyasının sədri Əlirza Münadi Sefidan da məsələ ilə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, ölkə əhalisinin təxminən 60 faizi türk dilində danışır və bu reallıq gözardı edilə bilməz. Deputat eyni zamanda, şəxsi “İnstagram” səhifəsində də mövzu ilə bağlı paylaşım edərək vurğulayıb: “Bu dil dünyada ən çox danışılan dillərdən biridir və yayılma baxımından dünyanın üçüncü dili hesab olunur. Azərbaycan, Türkiyə və Türkmənistan da daxil olmaqla, bir sıra qonşu ölkələrdə türk dili rəsmi statusa malikdir və bu ölkələrlə dil və mədəni əlaqələr İran üçün bir fürsət yarada bilər”. O, fars dili ilə yanaşı, yerli dillərin də qorunmasının və tədrisinin vacibliyini vurğulayaraq əlavə edib: “Bu dillərin məktəblərdə tədrisi mədəni kimliyin qorunmasına və gələcək nəsillərə düzgün ötürülməsinə kömək edə bilər”. Əlirza Münadi hökumət nümayəndəsinin parlamentdə layihəyə qarşı çıxmasına da toxunaraq bildirib ki, ilkin olaraq hökumətin parlamentdəki nümayəndəsi Seyyid Kazım Dilxoş layihəyə etiraz edib. Lakin daha sonra hökumət rəsmisi, Dilxoşun mövqeyinin hökumətin rəsmi mövqeyi olmadığını açıqlayıb. Münadi qeyd edib ki, layihədə müəyyən düzəlişlər edildikdən sonra prezidentin xüsusi dəstəyi ilə yenidən parlamentə təqdim ediləcək. Deputat əlavə edib ki, İranda ümumilikdə 84 dil mövcud olub, lakin onlardan 40-ı artıq məhv olub. O, son illərdə bir sıra dillərin yox olmasına diqqət çəkərək, onların qorunması və inkişafı üçün sistemli proqramın hazırlanmasının zəruriliyini vurğulayıb.Ümumiyyətlə, parlamentdə hökumət nümayəndəsi Seyyid Kazım Dilxoşun layihənin qəbuluna qarşı çıxması, layihəni dəstəkləyən deputatlar tərəfindən sərt tənqid edilib. Çünki seçki kampaniyası dövründə Məsud Pezeşkianın əsas vədlərindən biri Konstitusiyanın 15-ci maddəsinin icrası olmuşdu və hökumətin bu layihəyə qarşı çıxması geniş müzakirələrə səbəb olub. Buna görə də iclasdan və xəbərin yayılmasından sonra sosial mediada geniş reaksiyalar yaranıb. Bu tənqidlərə cavab olaraq prezidentin parlament məsələləri üzrə müavini Şəhram Dəbiri bildirib: “Prezident və hökumət məktəblərdə ana dilinin tədrisini dəstəkləyir”. Dəbiri hökumətin parlamentdəki nümayəndəsinin çıxışının şəxsi fikir olduğunu, onun bu mövqeni hökumətlə koordinasiya etmədən ifadə etdiyini qeyd edib. Qeyri-fars dillərinin məktəblərdə tədrisi daha əvvəl də müxtəlif səviyyələrdə gündəmə gəlsə də, bu məsələ ilk dəfə “Etnik və yerli dillərin ədəbiyyatının tədrisi” layihəsi formasında parlamentin ümumi iclasına çıxarılıb. İranda müxtəlif dillərdə danışanların sayı ilə bağlı rəsmi statistika yoxdur və hökumət bu barədə məlumat açıqlamaqdan çəkinir. İran türklərinin sayı ilə bağlı müxtəlif rəqəmlər yayımlansa da, dəqiq rəsmi məlumat mövcud deyil. Əvvəllər IRNA xəbər agentliyi bir məqaləsində türklərin ölkə əhalisinin 40 faizini təşkil etdiyini bildirmişdi, lakin bu rəqəmin hansı rəsmi mənbələrə əsaslandığı açıqlanmayıb. Bundan əvvəl İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı bildirmişdi ki, İran xalqının 40%-i türk dilində danışır. Hazırda İran İslam Respublikasının əhalisinin sayı 88 milyon nəfərdən ibarətdir və açıqlanan rəqəm nəzərə alındığı halda, İranda türklərin sayının 35 milyondan çox olduğu ehtimal edilir. İranda insan haqları fəalları və etnik qrupları təmsil edən hüquq müdafiəçiləri ölkədə etnik qrupların insan haqlarının pozulduğunu və İran İslam Respublikası tərəfindən bu icmalara, o cümlədən türk, bəluc, ərəb və kürdlərə qarşı mədəni və siyasi ayrı-seçkilikərin həyata keçirildiyini bildirir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ