Cümə axşamı günü, 20 avqust 2026
     

Qonşuların ikisi ilə düşmən, biri ilə soyuq, İranla miyanə, Avropaya isə qoşula bilmir - İrəvan ağlamalı gündə...

Image


Ermənistanın son onilliklərdəki siyasəti qonşu dövlətlərlə münasibətlərinin pisləşməsinə, münaqişlərin yaşanmasına səbəb olub. Bu durumdan ən çox zərər görən də elə Ermənistan özü olub. Hesab edilir ki, qonşularla bağlı siyasətinə korrektələr etməyəcəyi halda Ermənistan daha böyük sürətlə məhvə sürüklənəcək.

Məsələnun bu tərəfinə nəzər salan “Vestnik Kavkaza” nəşri yazır: “Ermənistan Azərbaycan, Türkiyə, Gürcüstan və İranla həmsərhəddir. İndi Ermənistanın ən yaxın qonşuları və Rusiya ilə münasibətlərinin necə inkişaf edəcəyi xüsusi maraq doğurur. Son bir ildə İrəvanla Ankara arasında təmaslar tarixi maksimuma çatıb. Erməni diplomatlar Türkiyənin xarici işlər naziri Hakan Fidanla iki dəfə görüşüblər. Bir dəfə Münhendə, illik təhlükəsizlik konfransında, bir dəfə Kazanda, BRİKS konfransında. Almaniya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə hər iki ölkənin diplomatları, həmçinin BMT və NATO sammitləri çərçivəsində bir dəfə də Berlində görüşüblər. Görüşlərin məzmunu dəyişməz qalıb: Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi, eləcə də daimi diplomatik münasibətlərin qurulması perspektivləri. Diplomatik fəallığın zirvəsi ötən ilin martında, iyulda Marqara-Əlican sərhəd-keçid məntəqəsində baş tutan xüsusi nümayəndələrin görüşünün təşkilinə təkan verən Anadolu Forumu zamanı qeydə alınıb. Bununla belə, hələ də Ermənistan-Türkiyə münasibətlərində ciddi irəliləyiş yoxdur. Təmasların davam etdirilməsi istəyinin təsdiqindən başqa bəyanatlar verilməyib. Türkiyə səması Ermənistan hava yolları üçün bağlı olaraq qalır. Lakin birbaşa hava yüklərinin daşınması və sərhədin açılması perspektivi var. İrəvanın Ankara ilə münasibətlərində nəqliyyat əlaqələrinin yaradılması əsas olaraq qalır. Lakin ikitərəfli münasibətlərin normallaşması birbaşa Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişdən asılıdır. Bununla yanaşı, ötən il Bakı ilə İrəvan arasında təmaslar iki konfrans (BRİKS, Münhen Konfransı) çərçivəsində baş tutub. Azərbaycanla danışıqların məzmunu sülh müqaviləsinin mətninin razılaşdırılmasına yönəlib. Azərbaycan üçün təhlükəsizlik məsələləri, ərazi bütövlüyünün tanınması, o cümlədən logistika layihələri, ilk növbədə, Zəngəzur dəhlizi diqqət mərkəzində saxlanılır. İlin sonunda tərəflər sülh sazişi layihəsinin hazırlanmasında irəliləyiş olduğunu, lakin iki bəndin hələ də razılaşdırılmamış qaldığını bəyan ediblər. Bunlardan biri erməni tərəfinin sərhəddə üçüncü tərəf qüvvələrin yerləşdirməsi ilə bağlıdır. Bakı bu cür təşəbbüsləri alqışlamır, çünki onlar Azərbaycanın təhlükəsizlik maraqlarına toxunaraq, sərhəd zonasını gərginlik mərkəzinə çevirir.

Belə vəziyyətdə Ermənistanın cənub qonşusu İranla münasibətləri nəzərəçarpacaq dərəcədə soyuyub. Lakin uzun illərdir ki, Ermənistan-İran gündəmi dəyişməyib. Bunlar, ilk növbədə, ticarət dövriyyəsinin artırılması və enerji sektorunda əməkdaşlıq məsələləridir. İki ölkənin müdafiə nazirlikləri arasında təmaslar minimal olaraq qalır, Ermənistan tərəfi isə Aİ və ABŞ təhlükəsizlik orqanları ilə əməkdaşlığı artırır. Bu da İranla ikitərəfli münasibətlərin hazırkı gündəliyinə birbaşa ziddir. Gürcüstana gəlincə, ötən il İrəvan və Tiflis strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Baş nazirlər, diplomatlar və hərbçilər səviyyəsində təmaslar aparılıb. Amma Ermənistan İrəvanla Brüssel arasında əlaqə saxladığı üçün Gürcüstana maraq göstərirdi. Tiflisin inteqrasiya təcrübəsi İrəvan üçün faydalı görünürdü, baxmayaraq ki, avrozonanın genişlənməsi 2030-cu ilə qədər gözlənilmir. Bu vəziyyətdə Ermənistan və Rusiya arasında diplomatik əlaqələr minimuma enib, lakin Ermənistanın baş naziri Nikol Paşinyan müntəzəm olaraq MDB və Aİİ sammitlərində iştirak etməkdə davam edir. Rusiyanın Ermənistandakı hərbi varlığı azalıb. Ötən ilin iyulunda rus sərhədçilərinin Zvartnots hava limanında xidməti başa çatıb və 2025-ci ilin yanvarından onlar Ermənistanın bütün sərhəd infrastrukturunu tərk ediblər. Ermənistanın KTMT-yə üzvlüyünün faktiki olaraq dondurulmasına baxmayaraq, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı heç bir müzakirə aparılmayıb. Baza mövzusu Avrasiya inteqrasiya məkanında ermənilərin mövcudluğunun faktiki olaraq qorunub saxlanması fonunda spekulyasiya mənbəyinə çevrilib. Bu, Ermənistanın xarici siyasətinin Avropa yolunun ardıcıllığına şübhə etməyə imkan verir”. Rusiyanın ən məşhur amerikaşünaslarından biri, politoloq Malek Dudakov qeyd edir ki, Ermənistan hakimiyyətinin xarici siyasət kursunun dəyişdirilməsi problemə səbəb olub: “Ermənistan hakimiyyəti Qərbdən asılı olan bir sıra digər dövlətlərin rəhbərləri ilə eyni tələyə düşüb, orada qərar qəbul edirlər, ölkələrə müəyyən qədər pul verirlər və onları müvafiq göstərişləri yerinə yetirməyə məcbur edirlər. Müasir Avropaya can atmaq ən məntiqli qərar deyil. Ermənistan daha ehtiyatlı siyasət aparmalıdır və Ermənistan hakimiyyətinin tutmağa çalışdığı yol yaxşı heç nəyə gətirib çıxarmayacaq”. Bununla belə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məsələyə fərqli yanaşır: “Bu gün Ermənistan unikal yol ayrıcındadır: zaman və məkan, ideoloji və dəyər mənalarında. Dünyanın və ayrı-ayrı regionların mürəkkəb və tez-tez gözlənilməz çağırışlarla və qeyri-müəyyənliklərlə üzləşdiyi, güc yolu ilə hökmranlıq axtarışının davam etdiyi indiki şəraitdə diplomatik cəbhədə dayanan döyüşçünün işi həyati əhəmiyyət kəsb edir. Dövlətimizin ətrafında dinc, təhlükəsiz və sabit mühit yaratmaq, həmin mühitdə iqtisadi inkişaf imkanlarını təmin etmək və beynəlxalq əməkdaşlığın müsbət gündəmini səmərəli şəkildə irəli sürmək günün vacib şərtidir. Missiyanı dərindən dərk etmək, sarsılmaz fədakarlıq, tükənməz enerji, çeviklik, peşəkarlığı effektiv şəkildə birləşdirməklə bu yolu uğurla keçmək mümkündür”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzinin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinada bir bazadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ