Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Trampın "Doktrinası" - "Kənardan balanslaşma", dünyanı gözləyən təhlükə, İlham Əliyevin yaratdığı yeni "beynəlxalq hüquq mənbəyi"... - VİDEO

Image


Ukrayna və Rusiyaya əbədi sülh yalnız bu yolla gələ bilər...

Tramp Zelenski ilə söhbətini jurnalistlər qarşısında açıq aparmaya da bilərdi. Və ya gərgin keçmiş görüşü qloballaşdırmaya da bilərdi. Ən azı kiçik bir ölkənin özündən azı 30 yaş gənc liderinin onun nüfuzunu dünyanın gözü qarşısında yerlə bir etməsini rəva görməyə bilərdi.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Bəzən bu söhbəti Trampla Zelenskinin öncədən razılaşdıqları "səhnəcik" kimi yozanlara rast gəlinir. Guya Tramp özünü Rusiyaya üzdə belə göstərir, dalda Ukraynaya hətta "atom, nüvə bombası" verməyə hazırlaşır. Belə oyun səhnəsi olar? Qurulmuş səhnə olsaydı, bu gərgin danışığı ilk dəqiqələrdən canlı yayımla bütün dünyaya göstərərdilər. Halbuki bu gün aşkara çıxmış videogörüntülərin sonradan yayımlandığına heç bir şübhə ola bilməz. Tramp danışığın gərgin keçəcəyini əvvəlcədən bilirdi, kadrları isə sonradan yaydırmaqla danışığın həqiqətdə necə getdiyini və Rusiya ilə heç bir pərdəarxası oyun aparmadığını Putinə göstərmiş oldu...

Trampın bundan sonra davam edəcək müharibədə Ukraynanın qələbəsinə azacıq da olsa, müsbət təsir göstərə bilən bütün hərəkətlərdən geri çəkiləcəyi şübhəsizdir. Ən azı onun Zelenskiyə qarşı qisas hisslərinin daha da qızışdığını görməmək olmaz. Zelenski ilə birlikdə bütün Avropanın isə məğlub ola biləcəyi onun vecinə deyil. Tramp onsuz da Avropa ilə yeni münasibətlər qurmağa çalışır.

"Müttəfiqim ol, ancaq öz müdafiəni özün təşkil elə, mən sənin təhlükəsizliyinə pul qoymayacağam, sənin təhlükəsizliyin üçün yaranan təhdid birbaşa Amerikanı da hədələsə, yalnız o zaman mən də döyüşə girəcəyəm" - Trampın Avropaya bu günkü mesajı budur... Bu gün Çini ABŞ-ın ən böyük rəqibi və düşməni kimi görən Tramp İsraildən başqa bütün istiqamətlərdə resurs və enerji xərcləyən fəaliyyətləri dayandırmaq və bütün resurslarla Çinə qarşı duran bir "Doktrina" hazırlayır. Amerika prezidentlərinin bir çoxunun özünə aid doktrinası olub. Trampın təsəvvüründə olan "Doktrinanın" elementləri özünü artıq göstərir. Bu elementlər:

1. Dövlətlərin daxili işlərinə müdaxilə etməmək.

2. Yalnız dövlətlərarası münasibətlərə, o da Amerikanın özünün sırf maraqları baxımından gərək olsa, müdaxilə etmək.

3. Başqa ölkələrin müdafiəsinə və təhlükəsizliyinə Amerikanın resurslarını sərf etməmək və onları özlərinin vəsaiti hesabına müdafiə etmək, başqa sözlə desək, müttəfiqlərin müdafiəsi və təhlükəsizliyi məsələsində "kənardan balanslaşma" siyasətinə üstünlük vermək, "uzaqda, lakin yanındayam" prinsipini onlara qəbul etdirmək.

4. Açıq odlu müharibələrdən mümkün qədər yayınmaq və əsas diqqəti əsas rəqib sayılan Çinə qarşı "vergi-rüsum müharibəsinə" yönəltmək.

5. Bütün bunlar Trampın dünyaya təqdim etmək istədiyi şərti "kənardan balanslaşma" doktrinası kimi başa düşülə bilər.

Bu doktrinaya başqa adlar da verilə bilər və yəqin veriləcək. Ancaq indi ortada olan hərəkət və gedişlər Trampın bu doktrina ilə işləyəcəyini deməyə əsas verir. Əlbəttə, olduqca risqli doktrinadır. Uğur şansları çox azdır. Üstəlik təhlükəli doktrinadır. ABŞ-ın özü və dünya üçün təhlükəlidir...

ABŞ, Rusiya və Avropa - Ukrayna üçbucağında bundan sonra nə baş verəcəyi çox maraqlıdır. Maraqlı olan o deyil ki, kim qalib gələcək, Ukrayna və yanındakılar, ya Rusiya və yanındakılar.

Şəxsən mən heç vaxt bu müharibəyə "o qalib gəlsin, bu qalib gəlsin" arzusu ilə yanaşmamışam. Bu gün də belə yanaşmıram. Ana xətt yanaşması hansısa dövlətin qalib ya məğlub olması yox, yalnız və yalnız "beynəlxalq hüquq normalarına söykənən ədalətin" qalib gəlməsidir. Bizim Prezident İlham Əliyevin Ukrayna müharibəsinə yanaşmasını bir daha xatırlatmaq gərəkdir. Nə Rusiyanı, nə də Ukraynanı müdafiə edir. Ukraynanın ərazi bütövlüyünü, suverenliyini açıqca tanıyır, müharibədən əziyyət çəkən ölkənin cəmiyyətinə humanitar yardımlar göstərir, müharibənin hər iki tərəfin suveren təhlükəsizliyinə qarant verən üsullarla yekunlaşmasını istəyir, Rusiya ilə isə müttəfiqlik və qonşuluq münasibətlərini davam etdirir. İrad tutulması mümkün olmayan və beynəlxalq hüquq və ədalət normalarına tam uyğun mövqedir.

Lakin bu gün Ukrayna - Rusiya müstəvisində cərəyan edən hadisələr lap başından məhz beynəlxalq hüququn ayaqlar altına atılması formasında gedir. Bu gün də ayaq altına atılan nə Rusiyadır, nə də Ukrayna. Ayaq altına atılan beynəlxalq hüquqdur. Düzdür, beynəlxalq hüququ kifayət qədər zədələyiblər, onun çox ciddi islahatlara ehtiyacı var. Ancaq yeni beynəlxalq hüquq normaları yazılana qədər indiki normalardan nə qədər pis olsa da, tutmaq lazımdır. Çünki ən zəif nizam-intizam da nizamsızlıqdan qat-qat üstündür. Bu gedişlə beynəlxalq münasibətlərdə ən zəif nizam-intizam da itirilə və xaos yarana bilər.

Biz Dağlıq Qarabağ münaqişəsini məhz elə bu zəif duruma salınmış beynəlxalq hüquqa söykənərək həll etmədik? Dağlıq Qarabağ münaqişəsinin həlli tarixində Azərbaycanın bütün tarixlər boyu yaşayacaq böyük nailiyyətlərindən biri bu oldu ki, İlham Əliyev heç bir halda beynəlxalq hüququ pozmadı. 30 illik münaqişəni müharibə yolu ilə həll et, ancaq bircə epizodda belə beynəlxalq hüququ pozma - tarixin Azərbaycanın bu təcrübəsini "beynəlxalq hüququn mənbələrindən" birinə çevirəcəyinə mənim şübhəm yoxdur. Beynəlxalq hüququn mənbələrinin nə demək olduğunu beynəlxalq hüquqçular yaxşı bilir və dostlarımın çox vaxtını almamaq üçün bunun izahını vermək istəmirəm.

İndi Trampın və Putinin timsalında beynəlxalq hüququn bir kənara atılması bütün dünya üçün təhlükəli presedent yaradır...

Belə ki, sabah istənilən bir ölkə başqasının ərazisini işğal edərək "bura mənimdir" deyə bilər. Belə iddiaların qarşısını isə "ABŞ, Rusiya ya başqa ölkə prezidentlərinin kəraməti ilə" yox, yalnız və yalnız beynəlxalq hüquq normaları ilə almaq olar...

Məhz beynəlxalq hüquq əsas götürülərək Rusiya Ukrayna torpaqlarından çıxmalı, Ukrayna NATO üzvlüyü iddiasından imtina etməli, təhlükəsizliyin ana prinsipi kimi Ukraynanın "əbədi bitərəflik" statusu qəbul edilməlidir - Ukraynaya, elə Rusiyanın özünə də əbədi sülh bu halda gələ bilər...

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ