Bazar ertəsi günü, 26 oktyabr 2026
     

17 maddəlik sənəd Ukraynanın təhlükəsizliyini sual altına aldı...

Image


Fevralın 23-də ölkədə keçirilən parlament seçkilərində Xristian Demokratik Birlik partiyasının qalib gəlməsindən sonra Almaniyanın kansleri olmağa hazırlaşan Fridrix Merz deyib ki, Avropa müstəqil müdafiə qabiliyyəti yaratmalı ola bilər, çünki ABŞ Avropanın taleyinə çox biganə qalıb.

Avropanın hər hansı yeni müdafiə mexanizminin əsas prioriteti artıq üç ildən çoxdur Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə aparmağa çalışan Ukraynanı qorumaq olacaq. Ukrayna böyük ölçüdə, o vaxtkı prezident Co Bayden tərəfindən təmin edilən ABŞ-ın böyük hərbi yardımı sayəsində bu günə qədər ayaqda qalıb. Yeni prezident Donald Tramp deyib ki, o, müharibəni bitirmək və Vaşinqtonun xərclədiyi pulları kompensasiya etmək istəyir. O hətta, ABŞ-ın Ukraynanın müdafiəsinə xərclədiyi on milyardlarla dollar pul müqabilində Ukraynadan ABŞ-a ölkənin mineral sərvətlərinə çıxış verməsini istəyib. Kiyevdə yerləşən beyin mərkəzi Üçüncü Sektor Analitik Mərkəzinin direktoru Andrey Zolotaryov bildirib ki, ABŞ-ın hərbi yardımı Ukraynanın müdafiəsi üçün müstəsna əhəmiyyət kəsb edir: “Xüsusilə, ABŞ-ın böyük silah ehtiyatları var, onlar kritik əhəmiyyətli kəşfiyyat məlumatlarının tədarükçüsüdür. Bütün Avropa ölkələrinin toplamda ABŞ kimi peyk qrupları yoxdur. Bundan əlavə, ABŞ Ukrayna üçün son dərəcə vacib və həqiqətən əvəzolunmaz silah növlərinə malikdir - “Patriot”raketdən müdafiə sistemləri, ATACMS uzaq mənzilli idarə olunan raketlər, HIMARS çox buraxılışlı raket sistemləri, həmçinin zirehli texnika və artilleriya sistemləri üçün ehtiyat hissələri və sair. Bunu heç bir şəkildə nəzərə almamaq olmaz”. Zolotaryovun dediyinə görə, Avropa qabaqcıl silahlar və başqa hərbi texnikalar istehsal etsə də, ABŞ yardımı dayandırarsa, Avropa İttifaqı Böyük Britaniya ilə birlikdə Ukraynanın itirəcəklərini ancaq qismən kompensasiya edə bilər: “Onların səyləri mənfi təsirləri yumşalda bilər, ancaq xoşagəlməz nəticələrin qarşısını ala bilməyəcək. Bu, sadəcə olaraq, qaçılmaz sonu gecikdirəcək. Avropa hazırda ən yaxşı iqtisadi və hərbi formada olmaqdan uzaqdır”. Mühacirətdə olan rusiyalı insan hüquqları fəalı və keçmiş vəkil Mark Feigin müsahibədə bildirib ki, Avropada Böyük Britaniya və Fransa kimi nüvə arsenalı olan iki ölkə olsa da və Avropa kollektiv bir şəkildə Rusiyadan zəngin olsa da, onun tək bir qurum olmaması qitənin hərbi potensialına mane olur: “Birləşmiş Ştatların gücü ondadır ki, o, bir və digər qərarları mərkəzləşdirilmiş qaydada qəbul edir və onlar daha sonra ardıcıl olaraq həyata keçirilir. Avropanın potensialı dağınıqdır. Bundan əlavə, Aİ ölkələrində siyasi vəziyyət çox qeyri-sabitdir. Bütün bunlar avropalıları öz aşkar üstünlüklərindən səmərəli istifadə etmələrinin qarşısını alır”.

Bu arada bəlli olub ki, heç ABŞ da Ukraynadan alacağı təbii ehtiyatlara görə bu ölkəni müdafiə etməyə hazırlaşmır. Ukrayna ABŞ-a özünün təbii resurslarına çıxış verən sazişə razılaşıb. Bu razılaşma Rusiyanın Ukraynaya qarşı üç ildir apardığı müharibəni bitirməyi hədəfləyən, son vaxtlar sürətlənən diplomatik səylər fonunda əldə olunub. Sənəddən görünən odur ki, əsas məsələlər həllini tapmır, detalların çoxunun gələcək razılaşmada yer alacağı gözlənilir. Sənəddə ABŞ-ın Ukraynaya təhlükəsizlik qarantiyaları nəzərdə tutulmayıb, baxmayaraq ki, bu, Kiyevin əsas tələbi idi. Həmçinin Birləşmiş Ştatların Ukraynaya hərbi texnika və sursat təchizatını davam etdirəcəyi də dəqiqləşdirilmir. Ümumi bəyanatlardan sonra sazişin əsas hissəsində birgə mülkiyyət hüququ ilə iğYenidənqurmaya Sərmayə Fondunun qurulmasından söz açılır. Ukrayna dövlətə məxsus təbii gəlirlərin 50 faizini bu fonda yatırmağa razılaşır. Bu, mineral sərvət, neft, qaz, eləcə də mayeləşdirilmiş təbii qaz terminalları və limanlarından gəlirlərə aiddir. ABŞ-a Ukraynanın təbii resurslarına çıxış verən saziş müqavilə üçün texniki çərçivədir və hüquqi baxımdan məcburi kontrakt deyil. Halbuki o, ABŞ prezidenti Donald Tramp tərəfindən çox böyük bir müqavilə kimi qiymətləndirilir. Tramp çıxışlarında vurğulayıb ki, bu razılaşma ilə o, Vaşinqtonun Ukraynaya verdiyi milyardlarla dollarlıq silah və yardımın bir hissəsini geri qaytaracaq. 17 maddədən ibarət sənəd ABŞ-ın maliyyə naziri Skott Bessent və Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko tərəfindən imzalanıb. Sənəd Ukraynanın yeraltı sərvətlərindən əldə ediləcək gəlirlərlə maliyyələşdiriləcək birgə fondun yaradılmasını nəzərdə tutur. Lakin ekspertlər bildirir ki, bu razılaşma fondun faktiki hüquqi təsis edilməsi deyil, sadəcə onun yaradılması niyyətini ifadə edir. Bunun nə vaxt baş verəcəyi hələ dəqiq bilinmir. Bu isə o deməkdir ki, fondun real şəkildə necə formalaşacağı ilə bağlı hələ kifayət qədər dəyişiklik imkanı mövcuddur. Sənəddə qeyd olunur ki, fonddan gələn pullar Ukrayna daxilindəki layihələrə yönəldiləcək. Bu da onu əvvəlki layihələrdən fərqləndirir, çünki ilkin versiyalarda vəsaitin ABŞ silahları və yardımlarının ödənilməsinə yönəldiləcəyi qeyd olunmuşdu, lakin Zelenski buna etiraz etmişdi. Filadelfiyada yerləşən Xarici Siyasət Araşdırmaları İnstitutunun siyasi risk analitiki Maksimilian Hess deyib ki, Ukraynanın müharibədə olduğunu və yaxın gələcəkdə də bu vəziyyətdən çıxmayacağı nəzərə alınarsa, bu razılaşma iqtisadi məna kəsb etmək üçün çox qeyri-müəyyəndir: “Lakin əgər bu, Trampa istədiyi zəfəri qazandırır və Ukraynaya dəstəyin davam etməsini təmin edirsə, o zaman bu, Ukrayna üçün çox yaxşı bir razılaşmadır”. Burada xatırladaq ki, prezident Volodimir Zelenskinin Tramp ilə münasibətlərinin gərgin tarixi var və bu, Trampın 2019-cu ildə ABŞ qanunvericiləri tərəfindən ilk dəfə impiçmentə məruz qaldığı dövrə gedib çıxır. Tramp ikinci dəfə prezidentliyə qayıdandan bəri Ukrayna lideri keçmişin hekayəsinin hazırkı silah tədarükünə mane olmaması üçün çox çalışıb. Tramp Zelenskini təhqir edib, onu diktator adlandırıb, yanlış olaraq Ukraynanın müharibəni başladığını iddia edib və mümkün qədər tez yeni prezident seçkiləri keçirilməsini tələb edib. Bu fonda 1994-cü ildəki uğursuz Budapeşt Memorandumunu xatırlayan Zelenski hökuməti uzun müddətdir gələcəkdəki hər hansı bir Rusiya təcavüzünü önləmək üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayır. Lakin Vaşinqtonun Ukraynanın müdafiəsinə və ya təhlükəsizliyinə dair hər hansı bir öhdəlik Tramp administrasiyası üçün məqbul məsələ kimi görünmür.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ