Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycan-Naxçıvan, Arazdəyən-Mehri dəmiryolu barədə Paşinyandan absurd təklif...

Image


Abutalıb Səmədov: "Əslinə qalsa heç bir fərq yoxdur - dəhlizlərin adi yoldan fərqi o vaxt olur ki, tərəflər arasında müəyyən üstünlüklərin verilməsi ilə bağlı razılaşmalar olsun"

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 26-da parlamentdə jurnalistlərlə söhbətində sülh müqaviləsini şərh edərkən deyib ki, 12-ci təkliflər paketini almağımız prosesin dalana dirənmədiyini göstərir.

Baş nazirin sözlərinə görə, İrəvanın yeni təklifi Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutur və bu xətt Qərbi Azərbaycanla Naxçıvan arasında əlaqə yaratmaq üçün Ermənistanın suveren ərazisindən keçəcək: “Hər iki ölkə bir-birinin ərazisindən keçən dəmir yollarından beynəlxalq yükdaşımalar üçün istifadə imkanı əldə edəcək”.

O qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır.

“Mən tez-tez təhlil edirəm və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”, - Paşinyan bildirib.

Paşinyan deyir ki, Mehridən Arazdəyənə, Qərbi Azərbaycanın əsas hissəsindən Naxçıvana dəmir yolu daşımaları təklif edirik, Azərbaycan niyə etiraz etməlidir? Yəni qabaqdangəlmişdik edib, daxili auditoriya qarşısında xal qazanmaq istəyir. Biz maneəsiz hərəkət statusuna malik həm dəmir yolunu, həm də avtomobil yolunu özündə ehtiva edən dəhlizi istəyirik, o isə adi yol təklif edir, dəhlizlə yolun fərqi var axı. Azərbaycandan Azərbaycana yük və sərinişin nəqliyyatını erməni nəyə görə adi tranzit dasıma kimi yoxlamalıdır? Digər tərəfdən, bu yolun açılması üçün ortada rəsmi sənəd var və orada söhbət "maneəsiz hərəkətdən" gedir.

Baki-xeber.com saytına məsələ ilə bağlı açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, Paşinyan Ermənistan hakimiyyətiinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi təklifi Azərbaycanın qəbul etməməsini anlamadığını deyir: "Ermənistan təklif edir ki, Mehri ərazisindən, İran sərhədinə yaxın 43 km-lik sahədən dəmir yolu çəkilsin və Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirsin. Eyni zamanda, Naxçıvan ərazisindən keçən Eras-Mehri dəmir yolu xətti də fəaliyyətə başlasın. Burada Paşinyanın "anlamadığı" (əslində anlamaq istəmədiyi), özü dediyi kimi, bir deyil, bir neçə məsələ var.

Birincisi, 10 noyabr bəyanatında söhbət yalnız dəmir yolundan getmir, həm də avtomobil yolundan gedir - bütün kommunikasiyaların açılması nəzərdə tutulur. Azərbaycan tələb edir ki, avtomobil yolu da həmin 43 km-lik ərazidən keçsin. Həm yol daha qısadır, həm də təhlükəsiz ərazidir. Ermənistan isə tamamilə başqa bir ərazidən avtomobil yolu təklif edir. Söhbət ermənilərin Karnizor adlandırdığı rayonun dağlıq ərazilərindən keçən, dolaylardan çəkiləcək avtomobil yolundan gedir. Ermənistan bir tərəfdən orada avtomobil yolunun çətin şəraitdə çəkiləcəyini, digər tərəfdən qış aylarında o yolun hava şəraiti ilə əlaqədar bağlanacağını və ən əsası təhkükəsizlik məsələlərini nəzərə almır. Çünki həmin Karnizor rayonu ərazisində Qarabağdan köçmüş kifayət qədər erməni məskunlaşıb ki, bu da Naxçıvandan Azərbaycanın qərb rayonlarına və əksinə hərəkət edən vətəndaşlarımıza ciddi problemlər yarada bilər. Bunu Paşinyan "anlamır" və ya anlamaq istəmir.

Digər məsələ dəhlizlə bağlıdır. Paşinyan da, İran səfiri də, biz dəhliz məntiqini qəbul etmirik deyir və "Zəngəzur dəhlizi" ifadəsinə etiraz edirlər. Ancaq nə İran səfirinin, nə də Ermənistan baş nazirinin ağlına gəlmir ki, "dəhliz" məfhumunun beynəlxalq statusunu araşdirsın, görsün bu nə deməkdir və onun adi yoldan fərqi nədir. Əslinə qalsa heç bir fərq yoxdur - dəhlizlərin adi yoldan fərqi o vaxt olur ki, tərəflər arasında müəyyən üstünlüklərin verilməsi ilə bağlı razılaşmalar olsun. Yəni dəhliz rejumi ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur. Hər bir dəhlizlə bağlı ayrıca razılaşma olur. Həm humanitar dəhlizlərlə, həm də beynəlxalq dəhluzlərlə bağlı xüsusi razılaşmalar olur. Bu razılaşmalarda da müəyyən üstünlüklər nəzərdə tutulur.

Nəzərə alsaq ki, 10 noyabr bəyanatında artıq Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yol üçün "maneəsiz hərəkət" tələbi var, yəni çox ciddi bir üstünlük nəzərdə tutulub, Ermənistan bunu təmin etməlidir. Hələ burada digər şərtlər, yəni əlavə üstünlüklər də müəyyənləşdirilə bilər. Nəzərə alsaq ki, artıq maneəsiz hərəkət tələbi var, bu artıq Zəngəzur dəhlizinin adi kommunikasiyalardan fərqli olduğunu göstərir. Paşinyan bunu hamıdan yaxşı anlayır, çünki sənədə özü imza atıb. Ancaq çox təəssüf ki, nə Paşinyan, nə də İranın bəzi rəsmi şəxsləri bunu qəbul etmək istəmir. Azərbaycan isə, təbii ki, bunu Ermənistanın təklif etdiyi kimi qəbul etmir.

Problemlərdən biri də yola kimin nəzarət etməsi məsələsidir. O da Paşinyanın imzası ilə tasdiq etdiyi sənəddə əksini tapıb - 10 noyabr bəyanatında bu yola Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub. Ən azı bir müddət - düşmənçiliyin aradan qaldırılması dönəmi üçün bu yola rus sərhədçilərinin nəzarət etməsi qərara alınıb.

Hər halda Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yolu dağlıq dolaylardan keçirmək təhlükənin artmasına xidmət edən təklifdir. Çox təəssüf ki, Paşinyan iqtidarı bu cür təkliflə çıxış edir və daha təhlükəsiz, qısa yol olan Zəngəzur dəhlizindən avtomobil yolu çəkmək istəmir.

Ancaq güman etmək olar ki, yaxın zamanlarda ABŞ-nin də bu prosesə aktiv şəkildə qoşulması Zəngəzur dəhlizi barədə razılaşmanın əldə olunmasına və sülh sazişinin imzalanmasına imkanlar yaradacaq. Sazişin mətni ilə bağlı iki razılaşdırılmamış bənd də - söhbət məhkəmə iddialarından imtina etməkdən və sərhəddən xarici qüvvələri geri çəkməkdən gedir - razılaşdırılacaq. Eyni zamanda sülh sazişinin mətninə daxil olmayan bir razılaşdırılmayan tələb qalıb, o da konstitusiyada və ya Müstəqillik Bəyannaməsinəsində müəyyən dəyişikliklərin edilməsidir ki, bu da elə bir ciddi problem deyil, psrlament bu qərarı qəbul edə bilər.

Əgər ABŞ prosesə aktiv şəkildə qoşulsa, hansı ki, bu, Trampa sülhpərvərliyini dünyaya nümayiş etdirmək üçün vacib lazımdir, proses qısa zamanda yekunlaşacaq. Yox, əgər Tramp bu prosesə qarışmasa məsələ 2027-ci ilə qədər uzana bilər".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ