Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Partiyaların zəifliyinin səbəbləri hardadır - iqtidarda, ya partiyaların özündə?..

Image


Xalqımızın böyük zəfər qələbəsi ilə başa çatan 44 günlük vətən müharibəsindən və ölkəmizin suverenliyi bütun ərazimizdə tam bərpa edildikdən sonra ölkədə yeni partiyalararası münasibətlər yaranmağa başlayıb. Hazırda vəziyyət xeyli yumşalıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühiti təşviq olunmaqdadır.

Azərbaycanın suverenliyinin bərpasından sonra siyasi münasibətlər sisteminin yenidən qurulması hazırda necə səmərə verir? Bu proses necə gedir, hansı dəyişiklikləri hiss edirsiniz?

Arzuxan Əlizadə: "Əslində bu birlik düşmənlərimizə ciddi mesajlar verdi və bununla bir çox xarici təhdidlər önləndi"

Baki-xeber.com saytının sualını cavablandıran AMİP lideri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, beş il əvvəl prezident İlham Əliyev ölkədə yeni siyasi münasibətlər sisteminin və dialoq mühitinin formalaşdırılmasının zəruriliyi ilə bağlı cəmiyyətə mesaj verdi. Bu istiqamətdə uzun müddətdir ki, bəlli bir siyasət yürüdülməkdədir. Prezident Administrasiyası yanında 2019-cu ilin noyabırında siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb.

2020-ci ilin fevral-mart aylarından bu qurum hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında ölkədəki bütün siyasi partiyaların rəhbərləri və funksionerləri ilə görüşlər keçirir və məsləhətləşmələr aparır.

Ötən müddət ərzində ölkənin siyasi həyatında kifayət qədər ciddi hadisələr baş verib.

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə konstitusiya və suverenlik ili elan edilib.

44 günlük müharibə və ondan sonrakı dövrdə siyasi partiyalar ümummilli məsələlərdə siyasi həmrəylik nümayiş etdirdilər. Yəni siyasi partiyalar hamılıqla ümummilli məsələlərdə dövlətin yanında olduqlarını bəyan etdilər. Əslində bu birlik düşmənlərimizə ciddi mesajlar verdi və bununla bir çox xarici təhdidlər önləndi.

Bu müddət ərzində siyasi partiyalar haqqında yeni qanun qəbul edilib, bir sıra partiyalar qeydiyyatdan keçə bilmirdi, onların qeydiyyat məsələləri həll edilib, partiyalar qərərgahla təmin edilib və siyasi partiyaların ölkənin siyasi sistemində fəaliyyəti stimullaşdırılıb. Hazirda ölkədə 26 partiya qeydiyyatdadır və fəaliyyət göstərir. Bu partiyalardan bir-ikisindən başqa hamısı ümumimilli məsələlərdə birlik nümayiş etdirir. Siyasi partiyaların ölkənin siyasi gündəmində bu cür iştirakı siyasi partiyalaşma institutunun inkişafı prosesinə öz töhfəsini verir.

Belə fikirlər də səslənir ki, YAP daha güclüdür, digər partiyalar onun yanında bir qədər zəif görünürlər. Doğrudur, YAP digər siyasi partiyalardan insan, maliyyə və inzibati resurslarına görə çox güclüdür. Amma bu digər partiyaların zəif olması anlamına gəlmir. Siyasi partiyalar ölkənin siyasi vitrinini təşkil etməkdədirlər. Onlarin siyasi proseslərdə işturakı ölkədə demokratiyanın mövcudluğundan xəbər verir.

Hamsının olmasa da, əksər partiyaların beynəlxalq əlaqələri mövcuddur. Məsələn, AMİP müqayisə olunmayacaq dərəcədə beynəlxalq siyasi əlaqələrə malikdir. Biz bu əlaqələrdən istifadə edərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın dünyada tanınması istiqamətində kifayət qədər ciddi işlər görməkdəyik.

Gələn il Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 35 illiyini qeyd edəcək. Bu, insan həyatı üçün bəlkə də böyük dövrdür, amma tarix üçün elə də uzun zaman deyil. Bu baxımdan Azərbaycanı müstəqilliyini yeni bərpa etmiş ölkələr sırasına aid etmək olar. Ölkədə demokratik ənənələr inkişaf etdirilməkdədir, siyasi partiyalar inkişaf edərək güclənirlər. Onların mövcudluğu dövlətçilik üçun vacib şərtlərdən biridir. Bu mənada siyasi partiyaların güclü olması hakim partiyanın da marağındadır. Bu gün parlamentdə 11 partiya təmsil olunmaqdadır. Son bələdiyyə seçkilərində 23 partiya iştirak etdi və əksəriyyəti yeni seçilmiş tərkibdə təmsil olunur.

Hesab edirəm ki, ölkənin siyasi palitrası rəngarəng olmalıdır. Bu, inkişafa stimul verən amillərdəndir".

Ceyhun Məmmədov: "Demokratik dövlətlərin idarə edilməsində siyasi partiyaların fəallığının önəmli rolu var"

Eyni suala cavabında YAP-ı təmsil edən deputat Ceyhun Məmmədov bildirdi ki, demokratik dövlətlərin idarə edilməsində siyasi partiyaların fəallığının önəmli rolu var: "Onların təşkilatlanması vacibdir. Çünki onlar demokratiyanın, dövlət quruculuğunun, dövlət idarəçiliyinin mühum elementləridir. Ona görə də dövlətin siyasi partiyalara önəmli diqqəti və qayğısı var. Bu gün bir çox siyasi partiyalar ölkənin siyasi sistemində uğurla və ləyaqətlə təmsil olunurlar. Əslində, dövlət üzərinə düşən vəzifələri yerinə yetirir. Hər il dövlət büdcəsindən siyasi partiyalara böyük həcmli vəsait ayrılır və yardımlar verilir. Bu qayğının qarşılığında şiyasi partiyaların üzərinə böyük məsuliyyət düşür. Yəni onlar çalışmalıdırlar ki, siyasi proseslərdə fəal rol oynasınlar. Onlar ölkədə gedən siyasi proseslərdən cəmiyyəti məlumatlandırmalıdırlar və prosesə öz töhfələrini verməlidirlər.

Hazırda prezidentin sərəncamı ilə siyasi partiyalarla iş şöbəsi yaradılib. Həmin qurum siyasi partiyalarla fəal iş aparır. Davamlı olaraq siyasi partiyalarla görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Dövlət partiyalara qərargah verib. Siyasi partiyaların üzərinə düşən vəzifə isə siyasi proseslərdə fəal iştirak etmək, daxili və xarici siyasi məsələlərə öz siyasi mövqeyini bildirməkdən ibarətdir.

Bu gün dövlətimizə qarşı xaricdən təxribatların həyata keçirilməsinin şahidi oluruq. Onlar ölkədə ictimai-siyasi prosesləri gərginləşdirmək üçün davamlı addımlar atır. Bu da dövlətin həyata keçirdiyi siyasətə öz mənfi təsirini göstərir. Bunlar yanlış informasiyaların verilməsi, zərərli təbliğatın aparılması, məqsədli şəkildə dövlətçilik əleyhinə yönəlmiş addımların atılması və s. bu gün üzləşdiyimiz siyasi problemlərdir. Bu problemlərin həllinə siyasi partiyalar da öz töhfəsini verməlidir.

Pənah Hüseyn: "Mən daha çox mənfi nəticələrə diqqət yetirilməsinin tərəfdarıyam"

AXP sədri Pənah Hüseyn məsələyə münasibət bildirərkən dedi ki, bu prosesi müsbət dərərləndirənlər də, mənfi dəyərləndirənlər də var: "Mən daha çox mənfi nəticələrə diqqət yetirilməsinin tərəfdarıyam. Son beş ildə siyasi partiyaların sayının iki dəfə azalması, partiyaların istər parlament, istərsə də bələdiyyə seçkilərində çox az namizədlərlə iştirak etmələri, parlamentdə, bələdiyyələrdə çox az üzvlərlə tamsil olunması və son seçkilərdə seçici fəallığının rekord səviyyədə aşağı düşməsi göstərir ki, nəticələrin narahatlıq doğuran tərəfləri də var".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ